C. M. Keyns və onun davamçılarının adı ilə bağlı olub, iqtisadi nəzəriyyədə "inqilabi dəyişikliklər" P. Samuel­



Yüklə 2,89 Mb.
səhifə71/114
tarix26.11.2023
ölçüsü2,89 Mb.
#136532
növüDərs
1   ...   67   68   69   70   71   72   73   74   ...   114
C fakepathelave vesait

Onuncu, cəmiyyətin siyasi-mənəvi birliyini qoru­yub saxlamaq, milli mentalitetin müsbət ənənə və psixo­lo­ji cəhətlərindən faydalanmaq, tarixi mənəvi əxlaqi dəyər­lərə zərbə vuran mənfi hallara (yerliçilik, tayfabazlıq, süründürməçilik, rüşvətxorluq, qanun pozuntuları, korrup­siya) qarşı qanunun aliliyi prinsipi əsasında qətiyyətlə mü­barizə aparmaq vəzifəsi ardıcıllıqla, habelə kimliyindən asılı olmadan, heç bir güzəşt edilmədən reallaşdırılmalıdır.
Postsosialist və postsovet ölkələrinin inzibati-amir­lik sistemindən bazar münasibətlərinə keçid dövrü, XX əsrin 90-cı illərin-dən başlayaraq müəyyən mərhələlər keç­mişdir. Doğrudur, ayrı-ayrı ölkələrin iqtisadi-sosial in­ki­şaf səviyyəsində konkret tarixi şəraitlə bağlı müxtəlif fərqli cəhətlər meydana çıxsa da, lakin ümumi oxşar bən­zəyişlər də olmuşdur. Bu səciyyəvi dəyişikliklər ilk növ­bə­də XX əsrin 90-cı illərinin ikinci yarısından etibarən, postsosialist və postsovet ölkələrinin tədricən iqtisadi-so­sial böhrandan çıxaraq, sonrakı dövrdə bazar münasi­bət­ləri iqtisadi sisteminin formalaşması nəticəsində keçid mərhələsini əsasən başa çatması ilə bağlıdır.


XI FƏSİL. MİLLİ İQTİSADİYYAT VƏ MİLLİ
BAZAR, İQTİSADİYYATIN DÖVLƏT
TƏNZİMLƏNMƏSİ


11.1.Mili bazarın formalaşması və quruluşu
Milli bazar ölkənin milli iqtisadiyyatının tərkib his­səsi kimi onunla vəhdət təşkil edir. Bilavasitə milli iqtisa­diyyata, onun potensial resurslarına, istehsal imkanlarına arxalanan milli bazar, ölkənin təsərrüfat həyatının gücünü, habelə rəngarəngliyini göstərir.
Ölkənin iqtisadi sistemi, müxtəlif mülkiyyət forma­larının (növlərinin) sərbəst fəaliyyəti, yanacaq-xam­mal bazasının imkanları, kadr potensialı, daxili-xarici investi­si­yaların ümumi həcmi və yönəldiyi istiqamətlər, əhalinin həyat səviyyəsinin iqtisadi-sosial göstəriciləri, şübhəsiz bütövlükdə milli iqtisadiyyata, o cümlədən də milli bazara öz müxtəlif istiqamətli təsirini göstərir.
Ümumiyyətlə «milli iqtisadiyyat» anlayışı, konkret surətdə «sağlam (sivilizasiyalı) iqtisadiyyat», sonra «asılı xarakterli milli iqtisadiyyat», nəhayət «yarımasılı xarak­terli milli iqtisadiyyat» mənasında öz mahiyyətini üzə çı­xa­rır.
Bazar münasibətləri iqtisadi sisteminin formalaş­dığı postsovet post-sosialist məkanında yerləşən müstəqil dövlətlərdə, o cümlədən də Azərbaycan Respub­likasında bu ziddiyyətli proses öz təsirini müxtəlif yollarla milli ba­zarın yaranmasında da göstərmişdir.
Keçid dövrünün ilk mərhələsində, əsas etibarilə yaxın-uzaq xarici ölkələrdən idxal olunan malların hesa­bı­na fəaliyyət göstərən bazarı sağlam iqtisadiyyata söykənən sağlam milli bazar hesab etmək çətindir. Milli bazarın təməli, ölkənin özündə müxtəlif təyinatlı məhsulların is­teh­­salı, mədəni təşkil olunmuş istehlak bazarı, xidmət dairə­si, əmək bazarı, kapital-pul bazarı və bunları tən­zim­ləyən çevik maliyyə bank, habelə vergi-gömrük sistemi ilə qoyulur.
Hər hansı bir ölkənin milli bazarı aşağıdakı quru­luşa (struktura) malikdir: əmtəə-xidmətlər bazarı; iş qüv­vəsi ba­za­rı; kapital bazarı. Yalnız bu strukturların qarşılıq­lı əmək­­­daşlığı və bir-birinə işgüzar yardımı nəticəsində, mil­li bazarın aydın inkişaf perspektivlərini müəyyən­ləş­dirmək mümkündür. Hələlik isə ayrı-ayrılıqda milli baza­rın həmin ünsürlərinin fəaliyyəti kompleks xarakter daşı­ma­dığından, bu mütərəqqi prosesin son iqtisadi-sosial sə­mərəliliyi istənilən səviyyədə deyildir.



Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin