C. M. Keyns və onun davamçılarının adı ilə bağlı olub, iqtisadi nəzəriyyədə "inqilabi dəyişikliklər" P. Samuel­


Keçid dövrünün ümumi qanunauyğunluqları



Yüklə 2,89 Mb.
səhifə67/114
tarix26.11.2023
ölçüsü2,89 Mb.
#136532
növüDərs
1   ...   63   64   65   66   67   68   69   70   ...   114
C fakepathelave vesait

10.2.Keçid dövrünün ümumi qanunauyğunluqları
Uzunmüddətli və çətin bir proses olan keçid mər­hələsi, müxtəlif ölkələrin tarixi inkişaf yolundan və kon­kret daxili-xarici amillərdən, təbii-iqtisadi şərtlər kom­plek­sindən asılı olaraq, şübhəsiz ayrı-ayrı ölkələrdə vaxt, habelə öz gedişi etibarı ilə fərqlənmişdir.
Bu mürəkkəb fərqli cəhətləri özündə əks etdirən və inzibati-amirlik sistemindən bazar münasibətləri iqtisadi sisteminə keçən postsosialist, habelə postsovet ölkələri, o cümlədən də Azərbaycan Respublikası üçün, keçid döv­rünün ümumi qanunauyğunluqları olmuşdur.
Keçid dövrünün ümumi qanunauyğunluqları aşağı­dakılardır:

  • Postsosialist və postsovet ölkələrinin təsərrüfat həyatında keçid mərhələsində dövlətin iqtisadi rolu tədri­cən dəyişərək, onun təsir dairəsinin zəifləməsi meyli ilə səciyyələnir. Bu suveren dövlətlərdə iqtisadiyyatın libe­ral­laş­dırılması (sərbəstləşdirilməsi), əvvəlki inzibati-amir­lik iqtisadi sisteminə xas olan bir sıra məhdudiyyət və qadağanları aradan qaldırdı. İqtisadi sərbəstlik prinsipləri xarici iqtisadi-ticarət əlaqələrinə, iqtisadi resursların mər­kəz­ləşdirilmiş bölgüsünə, tələb və təklif nəticəsində for­malaşan real bazar qiymətlərinə keçməyi irəli sürdü. Eyni zamanda iqtisadiyyatda keçmiş iqtisadi sistemin yaratdığı müxtəlif sahələrdəki inhisarçılığın dağıdılması, xırda və orta sahibkarlığın inkişafı, xarici kapitalın daxili bazara buraxılması, rəqabət mübarizəsi prosseslərini genişləndi.

  • Makroiqtisadi sabitliyin təmin olunması ilk növbədə ölkənin maliyyə sistemində nəzərə çarpan mənfi proseslərin nizamlanmasını, yüksək inflyasiyanın qarşısı­nın alınmasını, tədavüldə olan pul kütləsinin məhdudlaş­dırılmasını, dövlət büdcəsi kəsirinin azaldılma­sını, bank­ların faiz dərəcələrinin çevik dəyişkənliyini nəzərdə tutur­du. Keçid mərhələsində olan ölkələrin sərt pul-kredit siya­səti yeritməsi və pul emissiyasını xeyli məhdudlaşdıraraq, tədavüldəki pul kütləsini azaltması, həmin dövrün tələb­lərindən irəli gələn zəruri tədbirlər kimi qiymətlən­diril­məlidir.

  • İnzibati-amirlik sistemindən bazar münasibət­lə­rinə keçən ölkələrdə, dövlət mülkiyyətinin dövlətsizləş­dirilməsi, mülkiyyətin özəlləşdirilməsi, torpaq islahatları aparılması timsalında mülkiyyətin trasformasiyası, yəni onun mülkiyyətçinin dəyişməsi prosesi ümumi bir qanu­na­uyğunluqdur. Çünki totalitar iqtisadi sistemin hakim ol­du­ğu ölkələrdə bazar münasibətlərinin formalaşması üçün ilk növbədə xüsusi mülkiyyət, onun sahibi və sahib­karın qanunla icazə verilən müxtəlif fəaliyyət növləri ilə azad surətdə məşğul olması, iqtisadi sərbəstliyi mühüm şərtdir. Bu fəaliyyətin uğurlu davamı isə müvafiq hüquqi baza təməlində, daxili sərmayə qoyuluşu imkanlarından fayda­lanmaqla yanaşı, ölkəyə xarici investisiyaların da cəlb ol­masını tələb etmişdi.

- Yeni iqtisadi sistemə keçid, yalnız təsərrüfat hə­ya­tı ilə bağlı köklü problemlərin deyil, eyni zamanda bü­töv­lükdə bir kompleks halında cəmiyyət miqyasında - ictimai-siyasi, iqtisadi-sosial, mədəni-əxlaqi məsələlərin də ardıcıllıqla həllini irəli sürmüşdü.
- Keçid dövründə dövlətin və ölkənin milli təhlü­kəsizliyi ilə bağlı hərbi-müdafiə, ərzaq-təchizat məsələlə­rinin həlli, rüşvət-korrupsiyaya qarşı mübarizə, qanunçu­luq prinsiplərinin pozulmasına yol verilməməsi, milli men­­talitetə xələl gətirən mənfi halların qarşısının qətiy­yətlə alınması mühüm əhəmiyyət kəsb etmişdi.
- Əhalinin sosial müdafiəsinin bazar iqtisadiyyatı sis­teminin tələblərinə uyğun istiqamətində qurularaq, ümu­mi sosial təminat prinsiplərindən, tədricən ünvanlı so­sial mü­dafiə sisteminə keçilməsi, dövlətin sosial siyasətinin əsasmı təşkil etmişdi.
- Dünya təsərrüfat sistemi ilə əməkdaşlığın geniş­lən­dirilməsinə, iqtisadi inteqrasiya proseslərinin dərinləş­diril­məsinə, vaxtilə bu əlaqələrdən təcrid olunmuş ölkə­lərin vahid sistemə qoşulması prosesinə başlanmışdı.
- Keçid dövrü və cəmiyyət həyatının müxtəlif sahə­lərinin bazar münasibətləri əsasında qurulması, ölkənin ekoloji problemlərinə, habelə ətraf mühitin qorunmasına ciddi qayğı göstərilməsini irəli sürmüşdü.



Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin