C. M. Keyns və onun davamçılarının adı ilə bağlı olub, iqtisadi nəzəriyyədə "inqilabi dəyişikliklər" P. Samuel­



Yüklə 2,89 Mb.
səhifə66/114
tarix26.11.2023
ölçüsü2,89 Mb.
#136532
növüDərs
1   ...   62   63   64   65   66   67   68   69   ...   114
C fakepathelave vesait

X FƏSİL. KEÇİD İQTİSADİYYATININ
QANUNA­UY­ĞUNLUĞU VƏ
VƏZİFƏLƏRİ


10.1.Keçid dövrünün mahiyyəti və zəruriliyi


Bəşəriyyətin uzun və ziddiyyətli tarixi inkişafı bo­yu bir-birini əvəz etmiş müxtəlif iqtisadi sistemlər (ənə­nəvi sistem, bazar sistemi, inzibati-amirlik sistemi, qarışıq sistem) öz təkamülündə üç pilləli yüksəliş yolu keçmişdir. Əvvələn, hər hansı bir iqtisadi sistem tədricən meydana çıxaraq formalaşır. Sonra həmin iqtisadi sistem malik ol­du­ğu üstünlükləri reallaşdıraraq, öz inkişafının ən yüksək nöqtəsinə çatır. Nəhayət, iqtisadi sistem getdikcə öz üs­tün­lüklərini itirərək zəifləyir, dövrün cəmiyyətin dəyi­şən tələblərinə cavab verə bilmədiyindən məhv olub, sıra­dan çıxır.
Deməli iqtisadi sistemlər, müxtəlif təsərrüfat for­ma­ları əbədi bir şey deyildir. Onlar konkret tarixi şərait və müəyyən iqtisadi şərtlər, amillər, səbəblər nəticəsində mey­­dana çıxıb fəaliyyət göstərir, sonra isə öz ömürlərini başa vururlar.
Adətən, bir iqtisadi sistemdən digərinə birbaşa keç­mək, addımlamaq mümkün olmadığından, müəyyən ke­çid mərhələsinin yaşanması tarixi zərurət kimi qarşıya çıxır.
XX əsrin 90-cı illərində iki dünya – sosialist və kapitalist təsərrüfat sistemlərindən birincisinin iflası nəti­cəsində müstəqillik əldə etmiş bir qrup ölkələr, keçid mər­hələsi şəraitində bazar münasibətləri iqtisadi sistemi kimi yeni cəmiyyət formalaşdırmağa başladılar. Bu qrupa keç­miş Sovet İttifaqının 15 müttəfiq respublikası; Şərqi Av­ropa və Asiyanın bir sıra dövlətləri daxildir. Həmin ölkə­lərdə dövlət mülkiyyətinin özəlləşdirilməsi, torpaq islahat­ları aparılması, demokratik hüquqi dəyişikliklərin həyata keçirilməsi, dövlət idarəçiliyi sisteminin təkmilləşdiril­mə­si prosesi, şübhəsiz bazar münasibətləri iqtisadi sisteminə gedən çətin və mürəkkəb yolun ilk uğurlu addımları kimi qiymətləndirilməlidir.
Keçid mərhələsi və onun iqtisadi münasibətləri üçün həm köhnə cəmiyyətin, həm də yeni yaranmaqda olan cəmiyyətin inkişaf xüsusiyyətlərini özündə birləşdir­məsi səciyyəvidir.
Keçid mərhələsində bir müddət keçmiş iqtisadi sis­temin qayda-qanunları (atributları, institutları) ilə yanaşı, yeni sistemin təzəcə formalaşan ünsürləri birgə yaşayır. Təbiidir ki, keçmiş və yeni iqtisadi sistemin ünsürləri ara­sında ziddiyyətli mübarizə gedir. Lakin son nəticə etiba­rilə, yeni iqtisadi sistem üstün gəlir.
Belə bir cəhəti də qeyd etmək lazımdır ki, tarixdən iqtisadi sistemlərin bir-birini əvəz etməsinin təkamül (is­la­hatlar, tədrici dəyişikliklər, evolyusiya) və inqilab (zo­rakılıq) yolları məlumdur.
Keçid iqtisadiyyatının təbiəti və mahiyyəti yalnız mövcud təsərrüfatçılıq üsullarının, habelə iqtisadi siyasət xəttinin dəyişdirilərək təkmilləşdirilməsi ilə məhdudlaş­dırıla bilməz. Bu proses ilk növbədə cəmiyyətdəki iqtisa­di-sosial münasibətlərin köklü surətdə yenidən qurulması ilə bağlıdır. Çünki, keçid mərhələsində iqtisadi sistemi xa­rakterizə edən prinsiplər, ilk növbədə mülkiyyət müna­sibətləri, resursların bölgüsü, iqtisadi inkişafın meylləri, vasitələri, stimulları, təkrar istehsalın tipləri və nəhayət bü­tövlükdə iqtisadi institutlar və onların hüquqi bazası kök­lü surətdə dəyişir. Deməli, cəmiyyətin yeni iqtisadi sistemi köhnənin ziddiyyətləri nəticəsində meydana gəlir və zəruri keçid mərhələsi dövrünü yaşayaraq, reallığa çev­rilir.
Xüsusilə bu dövlətlərin beynəlxalq aləmdə tanı­ma­ları, onların tədricən müasir dünyanın iqtisadi inteqrasiya proseslərinə qoşulmaları, müəyyən qlobal problemlərə mü­na­sibətdə müstəqil mövqe tutmaları, özlərinin beynəl­xalq iqtisadi-ticarət, elmi-texniki, mədəni əlaqələr sistemi­ni genişləndirib-dərinləşdirmələri, onların müstəqil döv­lət­çilik siyasətinin mühüm amilləri, cəhətləri kimi böyük əhə­miyyətə malikdir.
Rəsmi məlumatlara görə keçid mərhələsində olan bu dövlətlər, hazırda dünya məhsulunun 5-7 faizini, dünya ticarət dövriyyəsinin 3-4 faizini verirlər.
Qeyd etmək lazımdır ki, BMT-nin təsnifatına görə keç­miş sosializm sisteminə daxil olan Çin Xalq Res­pub­likası və Kuba Respublikası postsosialist ölkələri sırasına daxil edilmir. Çin Xalq Respublikası, 1979-cu ildən eti­ba­rən Birləşmiş Millətlər Təşkilatının təsnifatına görə bey­nəlxalq aləmdə, inkişaf etməkdə olan ölkələr sırasına da­xil edilir.
Kuba Respublikası da inkişaf etməkdə olan ölkələr qrupuna aid edilsə də, lakin o özünü sosializm cəmiyyəti quran bir ölkə kimi səciyyələndirir.
İqtisadçıların və mütəxəssislərin fikrincə, postso­sialist ölkələri ilə inkişaf etməkdə olan ölkələr arasında ümu­mi oxşar cəhətlər vardır. Həmin oxşar cəhətlər, Vya­na­da (Avstriya) yerləşən Beynəlxalq Tətbiqi Sistemli Təh­lil İnstitutunun rəyincə aşağıdakılardır:

  • postsosialist və postsovet ölkələrinin əhalisi ara­sında yoxsulluğun nisbətən geniş yayılması;

  • bu ölkələrin sərvətlərinin bölgüsündə ədalətsiz­li­yin hökm sürməsi;

  • bütövlükdə iqtisadiyyatın, xüsusilə sənayenin müasir sahələrinin zəif inkişaf etməsi;

  • bu ölkələrin milli valyutalarının məzənnələrinin xeyli aşağı olması;

  • rüşvət-korrupsiya hallarının geniş yayılması və məh­kəmə sisteminin səmərəsiz fəaliyyət göstərməsi;

  • bu ölkələrin əksəriyyətinin kifayət qədər yana­caq-enerji ehtiyatlarına malik olmaması;

  • postsosialist və postsovet ölkələrinin, hələ keç­miş­dən miras qalmış ayrı-ayrı bölgələrinin (regionla­rının) iqtisadi-sosial inkişaf səviyyəsində ciddi fərqlərin qalması.

Lakin bütün bu nöqsan və çatışmayan cəhətlərə baxmayaraq, XX əsrin sonlarında Avropa və Asiyanın bir sıra ölkələrinin inzibati-amirlik üsulları ilə idarə olunan planlı sosialist iqtisadi sistemindən xilas olaraq, xüsusi mülkiyyətə, iqtisadi sərbəstliyə, rəqabət prinsiplərinə əsaslanan bazar münasibətlərinə keçidi, son dərəcə mühüm, habelə tarixi inqilabi bir proses oldu.
Şübhəsiz, bazar iqtisadi münasibətlərinin hakim ol­duğu iqtisadi bir sistem heç də ideal deyildir. Onun qey­ri-sabitlik, ədalətsizlik, işsizlik, inflyasiya kimi vaxtaşırı tək­rar olunan prosesləri, cəmiyyət üçün ciddi iqtisadi-so­sial problemlər yaradır.
Bütün nöqsan və çətinliklərinə, ziddiyyətlərinə bax­ma­yaraq, bəşəriyyətin çoxəsrli təsərrüfat həyatı təcrübə­sində bazar iqtisadi münasibətləri sistemi hələlik insanla­rın axtarıb tapdıqları elə bir təsərrüfatçılıq formasıdır ki, onların şəxsi maraqlarına, təşəbbüskarlıq səylərinə, səmə­rəli fəaliyyətlərinə, yüksək mənfəət əldə etmək niy­yət­lərinə daha çox cavab verir.

Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin