DəRBƏndnaməLƏr azərbayjan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 0,98 Mb.
səhifə31/38
tarix07.01.2022
ölçüsü0,98 Mb.
#84459
1   ...   27   28   29   30   31   32   33   34   ...   38
Zikri-şühədai-Dərbənd
Kütubi-təvarixdə belə yazılıbdır: «Üç yüz şəhid Qırxlar həvalisində mədfun olunubdur. Yetmiş səkkiz nəfər şəhid Qırxlar həvalisində yenə mədfun olunubdur. Qırx nəfər ismətli qız düşmən qələbəsindən qaçıb mağarada ğeyb olublar. İmdi ol mağara Qırxlar şəhidlərinin həvaləsində gözdən məsturdur…»

DƏRBƏNDNAMƏ

Daşbasma: I - 363


Ravi belə rəvayət eylər ki, hijrətin qırx birimji ilində, Bəni-Üməyyə xəlifəsinin əsrində xəbər yetişdi ki, tayfeyi-Xəzər Dərbənd şəhərinə qalib olub Azərbayjan sərhədlərinə qətl və qarət eylərlər. Xəlifeyi-zaman İbrahim və Səlman Bahilini dört min bahaduri-tiğzən və dilavəri-səfi-şikən ilə Dərbənd şəhərinə məmur etdi. Məzkur olan sərkərdələr əzimətin ələmin ujaldıb Dərbənd tərəfinə gəldilər. Azərbayjan sərhədlərinə yetişdikdə tamam sərhəd əhlini qılınj zərbi ilə müsəlman eyləyib Dərbənd şəhərinə yetişdilər. Dərbənd Narın qalasında olan Xəzəri tayfası islam əsgərinin əzimətin eşidib qələdən çıxıb Hümra qalasına yəni Qaya kəndinə qaçdılar. Ol tərəfdən Xaqani-Çin yüz min qoşun ilə Dərbənd şəhərinin içində olan islam qoşunun bərabərinə gəlib Dərvaq çayının qırağında nüzul eylədi. Xaqan çün şəhərdə ərəb tayfasının qılınj zərbətini eşitdi, özünün gəlməyindən peşiman olub mürajiət qılmaq istədi. Əyani-dövlət qayıtmağı durmaqdan səlah bilməyib durdular. İslam əsgəri dəxi Dərbənd şəhərindən çıxıb Dərvaq çayının qırağında onların müqabilində durdular. Xaqani-Çin həmişə söylərdi ki, «Ey mənim əmsallarım, deyirlər ki, bu ərəb tayfasına qılınj kar eyləməz. Ərəb vilayətindən bizim davamıza gəlibdir. Bular ilə jəng eyləmək səlah deyildir». Gördülər ərəb dərya kənarında üryan qüsl edər. Bir nəfər gəlib nizə ilə ol ərəbi zəxmdar qılıb, başın kəsib, Xaqanın hüzuruna gətirib dedi: «Bu ol ərəbin başıdır ki, heç səlah ona kargər olmazdı». Xaqan bunu mülahizə edib sonra jürətlənib səflərini rast eyləyib, yalın qılınj ilə ön səflərinə həmlə edib, ol gün axşam olunja jəng eylədilər. İyirmi min adam Xəzəri tayfasından qətlə yetirib, axşam hər güruh öz məqamına qayıtdılar. Sübhgah aftab tülu’ edəndən sonra hər iki ləşkər bir-birinin müqabilinə yüyürüb qılınj və nizə və kaman ilə əsr namazı olunja jəng eylədilər. Ol gün min adam onlardan və iki yüz islam əhlindən həlak oldular. Hər iki ləşkər öz ordularına qayıtdılar. Üçünjü gün ərəb ləşkəri Allahu Əkbər deyib şiri-məst kimi onların dəstələrinə həmlə aparıb çox pəhləvanlardan iki tərəfdən qətlə yetişib yenə ordularına qayıtdılar. Dördümjü gün ləşkəri-islam öz səflərini düzüb onların dəstələrinə həmlə aparıb çox pəhləvanlardan hüjum eylədilər.

Belə ki, ləşkəri-xaqani Çin islam hərbəsin gördülər müqavimət gətirməyib qaçmağa üz qoydular. Ləşkəri-islam oların ardinja yürüş aparıb jəmi-kəsiri qətlə yetirdilər. İslam ləşkərindən dəxi çox adamlar məqtul və məjruh oldu. Xaqani-Çin öz ləşkərinə tənə nərəsin vurub islam ləşkərinin müqabilinə qayıdıb əzim jənglər eylədilər. Jəmi kəsir islam ləşkərindən məjruh olub axşam hər iki güruh yenə öz məqamına qayıtdı. Beşinji gün Xaqani-Çin öz ləşkərinə qadağan eylədi ki, hər kəs bu dəfə düşməndən üz döndərib qaçsa, toxmi vüjudun yer üzündən yox edərəm. Gərəkdir ki, məjmu ləşkər fövj-fövj islam ləşkərinə həmlə edib oları məğlub edəsiz. Bu tərəfdən Səlman və Rəbiə-əl-Bahili qırx nəfər mübariz jan ilə dav tələb olub qarşıda durub və qalan dəstələr əğəbinjə Allahu Əkbər deyib Xaqanın dəstələrinə qarışıb bir mərtəbədə jəng eylədilər ki, iyirmi min nəfər onlardan həlak və özləri dəxi şəhid oldular. Ol qırx nəfər imdi Dərbənd şəhərindədirlər. Onlara «Qırxlar» deyirlər. Xaqani-Çin dəxi ləşkərilə Həmra qalasına ki, Qaya kəndi ola, getdi. Ol qalaçada qaravul qoyub İnji qalasına ki, çox əzim şəhərdir. Tərxunun üç fərsəxində. Baqi ləşkəri islam məjruh və zəxmdar şəhərinə daxil olub, bir az vaxtdan sonra Şam tərəfinə rəvanə oldular. Tayfeyi-xəzəridən bir qədər qoşun gəlib Dərbənd şəhərinə mütəsərrif oldular.



Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin