DəRBƏndnaməLƏr azərbayjan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 0,98 Mb.
səhifə33/38
tarix07.01.2022
ölçüsü0,98 Mb.
#84459
1   ...   30   31   32   33   34   35   36   37   38
Zikri-Amədəni-Əbu Ubeydə Jərrahi

bebabül-əbvab Dərbənd
Tarixi-hijrət yüz üç ildə olanda Əbdülməlik Mərvan Abdullah Bahilini Rum sərhədlərinin himayətinə və Əbu Ubeydə Jərrahini altı min mübariz ilə Dərbənd şəhərində olan qoşunun köməyinə yetirib. Əbu Ubeydə Jərrahi mənzil bəmənzil qəti- mərahil edib Şirvana yetişəndən sonra Paşa Xaqani-Çin oğlu islam ləşkərinin gəlməyini eşidib öz ləşkərilə Qaya kəndinə gəldi. Əbu Ubeydə Şirvandan keçib Müskurda olan qalalara gəldi və tamam qalaların qoşunların alıb Rubas qırağında Tabarsaran və Qara Qeytaq ümərası ilə ki, islam məzhəbinə daxil olmamışdılar mülaqat edib buyurdu ki, mən Ərəbistan vilayətindən gəlmişəm. Xəzəri tayfasilə jəng etmək gərəkdir. Siz daxi mənə kömək edərsiz. Sübbas adlı ki, ləzgilərin böyük-rəyisi idi, gizlin şahzadə Paşanın yanına xəbər göndərdi ki, Əbu Ubeydə Jərrahi altı min Şam ləşkəri ilə ətrafın qoşunları ilə sizin üstünüzə gəlir. Əbu Ubeydə Jərrahi bu xəbəri eşidəndə öz ləşkərinə buyurdu ki, üç günlük xörək hazır eylədilər. Ol gejə məşəllərin işığı ilə Rubasdan köçub Dərbəndin darvazasından girdi. Qırxlar qapısından çıxıb Avayin bulağında düşüb iki min atlı mübariz Qara Qeytağa və iki min atlı Dəluk, Zəbil, Dərvaq, Həmidi, Küçi və Çardə güruhlarını qətl və qarət etməyə müqərrər edib buyurdu ki, gün tülu etməmişdən irəli mənim yanimda hazır olasınız. Ol dörd min atlı ol gejə Qara Qeytaq və Tabasaran kəndlərinə şəbixun salıb gün tülunda on iki min mal və qoyun və iki min tümən qızıl və gümüş və yeddi yüz əsir Qara Qeytaqdan götürdülər. Qırx min at və qoyun və mal və küllü nəqd və əsbab və iki min əsir Tabasaran kəndlərindən gətirdilər. Tamam qənimətləri mübarizlərə təqsim eylədi. Şahzadə Paşa bu xəbəri eşidəndən sonra öz ləşkəri ilə Qaya kəndindən köçüb Dərvaq çayının qırağında durmuşdu. Əbu Ubeydə Jərrahi öz səflərini rast edib dəva ələmin uja eylədi. Təbli-jənglər döyülüb, hər iki tərəfdən dəstələr bir-birinə həmlə aparıb və qılınj və nizeyi-jansitan ilə çox mübarizlər iki tərəfdən məjruh və məqtul olub sər əsgəri-tayfeyi Xəzəri tabi-müqavimət gətirməyib tamam əsbab və əsasiyəsin töküb İnji qalasına fərar eylədilər. Ol gün yeddi min adam Xəzəri tayfasından və iki min mübariz islamdan meydanda qətlə yetişdilər.

Əlqissə, İnji qalasında qaravullar qoyub, Bəlx qalasına gedib, Bəlx və Surxab və Ulu Majar və Küçi Majar və Tatar qalalarının hakimlərinə qadağan eylədi ki, hamı qalaların hakimləri Əhruvanın hakimi Gülbaxın fərmanına tabe olub, islam ləşkərin bu ətrafə gəlməyə qoymayasınız. Paşa öz paytaxtına ki, Ədil çayının qırağındadır, gedib durdu. Əbu Ubeydə Jərrahi öz əsgərini Qaya kəndinin qələsində münəqid edib, Tərxu qalasına getdi. Tərxu xalqı amana gəlib müsəlman oldular. İnji şəhərinin bərabərində çadırlar qurub, iqamət eylədi. İnji qalası çox möhkəm və üstüvar qala idi. Bir tərəfi dərya və bir tərəfi dağ. Hər jəhətdən yürüş yolu yox idi. Oların hakimi darvazaları bağlayıb jəngə, durdular. Heç vəjhilə şəhəri almaq mümkün olmadı. Axır ül əmr on iki min ərradələr yürüdüb, darvazaları sındırıb qalaya daxil oldular. Qalanın hakimi Narın qalada gizlənib gejə öz əyanları ilə Keyvan qalasına qaçdı. Əbu Ubeydə Jərrahi ol hakimin mal-qənimətin alıb Dərbəndə gəldi. Dərbənd şəhərində qoşun qoydu. Şam tərəfinə mürajiət eylədi.




Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin