74
lıdır. Əsl antonimlik müxtəlif köklü sözlərin əksliyi şəklində
təzahür edən leksik antonimlərdir. Məsələn: ağ-qara,
dost-düş-
mən, gülmək-ağlamaq.
Antonimlər də
leksik və qrammatik olmaqla 2 yerə bölünür.
Leksik antonimlər əksmənalı köklərdən formalaşdığı halda,
qrammatik antonimlər şəkilçilərin vasitəsilə yaranır, yaxud kö-
məkçi nitq hissələrinin əksmənalılığı əsasında meydana çıxır. Be-
ləliklə, şəkilçilərin də antonimliyi olur. Məsələn: -lı
4
, -sız
4
şəkil-
çilərinin antonimliyi: dad
lı-dad
sız, duz
lu-duz
suz və s.
Leksikologiya hər cür antonimliyi yox,
leksik antonimliyi
öyrənir.
Antonimlər də sinonimlər kimi eyni nitq hissəsinə aid olur.
Nitq prosesində təzadlı, ziddiyyətli hadisə və əşyaları qaba-
rıq, obrazlı bir şəkildə təsvir etmək, qiymətləndirmək,
nəzərə
carpdırmaq məqsədilə də antonimlərdən istifadə olunur. Bədii
təsvir vasitəsi kimi antonimlər nitqdə lakoniklik, konkretlik, ob-
razlılıq yaradır. Antonimlərdən dilin bütün üslublarında istifadə
olunsa da, onlar üslubi vasitə kimi
bədii ədəbiyyatda, poeziyada
daha geniş şəkildə işlədilir:
Mən yaşıd qardaşam qocayla, gənclə,
Sirli bir aləməm bütün aləmdə.
Nifrət məhəbbətlə, sevinc kədərlə,
Baş-başa uyuyur mənim sinəmdə.
Verilmiş nümunədə fərqləndirilmiş
sözlər bir-biri ilə an-
tonimlik təşkil edir.
Natiqlik təcrübəsində danışan bəhs etdiyi əşya və hadisələrin
kəmiyyət, keyfiyyət, zaman və məkan məzmunlarının əks və
ziddiyyətli cəhətlərini ifadə edərkən daha uyarlı
və təsirli anto-
nim sözlərdən istifadə etməyi bacarmalıdır. Bu məqsədlə anto-
nimlər məntiqi vurğu ilə, nəzərə çarpacaq
bir tərzdə tələffüz
olunmalıdır.