Dərs vəsaiti kimi tövsiyyə edilib. 3-cü nəşr Moskva: Akademik Layihə


Fərdi kateqoriyaya aid şəxslər tərəfindən törədilən cinayətlərin miqdarı (min adam)



Yüklə 0,73 Mb.
səhifə104/206
tarix11.06.2023
ölçüsü0,73 Mb.
#128041
növüDərs
1   ...   100   101   102   103   104   105   106   107   ...   206
kitab tercume

Fərdi kateqoriyaya aid şəxslər tərəfindən törədilən cinayətlərin miqdarı (min adam)




1997

1998

1999

2000

2001

2002

Törədilmiş cinayətlərin miqdarı:
Yeniyetmələr və onlarla əlbir cinayət törətmiş şəxslər:
Qrup şəklində törədilmiş cinayətlər:
Onlardan sərxoş vəziyyətdə törədilən cinayətlər:

182,8
565,4
359,
28,5
508,9

189,3
604,6
374,3
28,7
485,2

208,3
692,1
450,9
32,9
488,1

195,4
651,5
419,0
36,0
442,7

185,4
622,0
376,9
33,5
408,1

139,7
418,8
255,0
26,0
325,6


Cinayət törətmiş şəxslər (min nəfər)




1997

1998

1999

2000

2001

2002

Müəyyənləşdirilmiş cinayətkarların ümumi miqdarı:
o cümlədən kişilər:
qadınlar:
Cinayət törədən zaman yaşları:
14-15
16-17
18-24
25-29
30-49
50yaş və yuxarı
Daimi gəlir mənbəyi olmayan və işsiz cinayət törədənlərin ümumi miqdarı:

1372,2

1186,1
186,1

45,9
116,1
349,4
214,9
567,5
78,4
719,0
78,0


1481,5

1263,3
218,2

46,8
118,0
385,4
238,1
606,7
84,4
797,9
81,4



1716,7

1456,0
260,7

51,2
132,3
460,6
282,0
682,7
107,9
954,0
91,4


1741,4

1457,3
284,1

49,3
128,6
465,4
289,3
676,0
132,8
954,2
91,4


1644,2

1365,3
278,9

51,9
120,9
440,5
272,8
625,3
132,8
905,9
85,8


1257,7

1034,4
223,3

40,1
100,31
348,01
199,31
463,31
106,7

63,3



Məhkum edilənlərin tərkibi (faizlə)





1997

1998

1999

2000

2001

2002

Məhkumlar yaşları üzrə:
14-17
18-24
25-29
30-49
50 yaş və yuxarı
Məhkumlar:qadınlar:
əvvəllər məhkum olunmuşlar:
müəyyən məşğulluğu olmayan əmək qabiliyyətlilər

100
11,9
25,5
15,2
40,4
5,0
11,7
33,3

46,0


100
12,3
29,1
15,3
38,5
4,8
11,6
33,6

48,5



100
12,0
30,0
15,6
37,6
4,8
11,8
34,4

50,7



100
12,6
31,3
16,3
34,9
4,9
13,0
35,0

50,1



100
11,5
30,6
16,6
36,0
5,3
13,7
36,0

50,2



100
13,0
22,4
14,7
45,3
11,9
11,3
22,9

48,4



30 yaşa qədər cinayətkarların fərdi cinayətlərinin miqdarı (min nəfər)




1997

1998

1999

2000

2001

2002

Cəmi məhkumlar:
O cümlədən mülkiyyətə qarşı cinayətlər:
Onlardan oğurluq:
Qətl:
Sağlamlığa ağır xəsarət yetirməklə
Zorlama:
Xuliqanliq:
Qanunsuz hərəkətlər, narkotik və psixotrop maddələrlə bağlı qanun pozmalar:

553,5
364,7
270,5
7,4
12,7
5,9
43,9
46,4

607,9
382,2
294,7
7,9
12,7
5,5
44,6
73,9

704,6
476,7
364,1
8,2
13,3
5,0
41,5
77,9

711,5
486,3
375,1
9,0
15,6
4,8
38,0
66,5

729,9
468,8
349,7
11,1
18,1
4,8
43,8
87,7

505,2
264,2
178,4
10,6
19,2
4,5
35,4
62,5


Mövzunun əsas anlayışları
Penitensiar sistem, yenidən tərbiyə ,preventiv ölçülər, resosializasiya, sanksiyalar,cəza sistemləri, məhkumluq, yuvenal hüquq, yuvenal məhkəmə yaradıcılığı.
Referat mövzuları
1.Penitensiar sistemdə sosial işin müasir modelləri.
2.”Küçə uşaqları” ilə sosial işin Rusiya təcrübəsi.
3. Qanun pozucuları ilə bağlı sosial işin Avropa modeli.
4.Qanun pozucularının resosiallaşma problemləri.
Seminar məşğələlərdə müzakirə məsələləri
1.Penitensiar sistemdə sosial iş və onun spesifik istiqamətləri.
2.Məhkəmə, yenidən tərbiyə olunma sistemində sosial iş.
3.Şəxsiyyətin həyat ssenarisində deformasiya və sosial iş.
4.Sosial işin həcm sistemində korreksiya metodları.
5.Penitensiar müəssisələrində münasibətlərin harmoniyası və problemlərin həlli.
6.İnsan hüquqları və sosial iş
7.Azadlıqdan məhrumetmə yerlərində sosial terapiya
8.Azadlıqdan məhrumetməklə cəza.Tarixi aspektlər

Ədəbiyyat siyahısı

  1. Анисимов Д.Н. Профилфилактика пьянства, алкоголизма и наркомании среды молодежи. М., 1989.

  2. Бабушкин АюВ. Основы социальной работы в пенитенцианарных учреждениях. М.,1996.

  3. Волков В.Н. Медицинская психология в ИТУ. М.,1989.

  4. Голубев В.Н. Типология поведения осужденных. М.,1985.

  5. Короленко Ц.П., Донских Т.А. Семь путей к катастрофе: Деструктивое поведение в современном миру. Новосибирск,1990.

  6. Кудрявцев В.Н. и др. Личность преступника. М.,1985.

  7. Молодежь и насилие: причины,формы проявления, методы предупреждения. М.,1995.

  8. Российская энсклопедия социальной работы. М.,1997.

  9. Социальная профилактика правонарушений: советы, рекомендации. М.,1990.

  10. Социальные отклонения. М.,1984.

  11. Энциклопедия социальной работы: В 3т. М.: центр общечеловеческих ценностей,1993.

9-cu mövzu
Təhsil sistemində sosial iş
Təhsil kurslarında mövzunu yeri
Təhsil sistemində sosial iş ümumi sosial iş məkanında vacib sahələrdən biridir. Təhsil çox mühüm vəzifələri yerinə yetirir: şəxsiyyətin inkişafını, onun sosiallaşmasını, eləcə də mənəvi-ruhi və bədii inkişafını təmin edir, cəmiyyətin mənəvi və maddi tələblərinin ödənilməsi üçün ixtisaslaşmış işçi qüvvəsi hazırlığını həyata keçirir.
Baxılacaq əsas məsələlər.

  1. Məktəbdə sosial işin əsaslılığı, forma və üsulları.

  2. Uşaq və yeniyetmələrin sosial profilaktikası və reabilitasiyası müəssisələri.

  3. Məktəbdə sosial işin əsaslılığı, forma və üsulları.


Məktəbdə sosial işin əsasları, forma və üsulları.
Cəmiyyət bütün uşaqları keyfiyyətli orta təhsillə təmin etməlidir və onun davamlı inkişafı üçün əlverişli mühit yaradılmalıdır.Sürətlə dəyişən şərtlər daxilində keyfiyyətli təhsil insanların cəmiyyət daxilində yerini müəyyənləşdirir və sosial-məişət, peşəkar-əmək və ictimai vəzifələr daşıyır. Bu gün hərtərəfli biliyi olmayan insan (ibtidai, orta, peşə) özünü təmin edə bilməyənlərin sırasına qatılır, cəmiyyətin ballastına çevrilir.Faktiki olaraq, bu gün savadsız, cəmiyyətə adaptasiya səviyyəsini aşağı salan, daima köməyə, sosial yardıma ehtiyac duyan insanların (təkrar) yenidən təhsili üçün bir sıra işlər həyata keçirilir. Bu təbəqənin (insan qrupunun) aktiv-tələbkar, aqressiv, sosial normaları dağıdan nümayəndələrini unutmaq olmaz. Mütəxəssislər məktəblərin problemlərini iki tipə bölürlər:

  • Daim ənənəvi olaraq diqqətdə saxlanan yetim uşaqların, imkansız və çoxuşaqlı ailələrin problemləri. Bu qrup insanlara kömək etməyin prioritetləri bunlardır: hər şeydən əvvəl, sosial-məişət və maddi yardım, vital tələbatlar və bugünkü məsələlərinin həlli.

  • Zəif oxuyan şagirdlərin pedaqoji problemlər çərçivəsindən kənara çıxan və daha çox həlli praktiki olaraq mümkün olmayan sosial problemləri. Söhbət inkişafdan qalan, xüsusi təlim tələb edən uşaqlardan deyil, qalıcı intellektə malik kütləvi məktəblərin şagirdlərindən- ildən-ilə ibtidai təhsillə bağlı çətinlik çəkən uşaqlardan gedir. Bu da nəticədə onların çox zəif oxumalarına, sağlamlıqlarının zəifləməsinə, sosial və psixoloji adaptasiyalarının pozulmasına gətirib çıxarır. Belə uşaqlar ibtidai təhsil almamış məktəbi atırlar. Onlar orta məktəblərdə təkrar siniflərdə oxumaq istəmirlər. Belə uşaqlar risk qrupuna düşür, sonralar başqa hərəkətlərin əsasını təşkil edən deviant davranışa malik olurlar. Bunu peşə təhsili alsalar da, funksional olaraq savadsız qalan uşaqlara da şamil etmək olar.

1996-cı ilin məlumatlarına əsasən məktəb problemləri olan məktəblillərin sayının artmaqda olduğunu söyləmək olar. Belə uşaqların sayı 80%-ə çatır və onlar sosial baxımdan kasıb rayonda yaşayanların payına düşür.
Təhsil idarələri bu işi təşkilati yolla həll etmək qərarına gəldi: belə uşaqları izolə (təcrid) edərək xüsusi siniflərə cəlb etdilər, lakin bu da gözlənən nəticələri vermədi. Belə ki, bir tərəfdən sayı həddindən çox olan uşaqları bir yerdə tutmaq çətindir, praktiki olaraq mümkünsüzdür, digər tərəfdən bu, məsələni həll etmir, əksinə süni şəkildə cəmiyyətin parçalanması ilə nəticələnir.
Çoxcəhətli məktəb çətinlikləri müxtəlif səbəblərlə şərtlənir; onun birtərəfli deyil, çoxvariantlı olması hər bir uşağın özünəməxsus xasiyyətinin olması və s.
Faktorlar iki qrupa ayrılır: ekzogen (xarici) və endogen ( daxili) faktorlar. Bəzi müəlliflər isə hər iki faktoru birləşdirərək bunun qarışıq faktorlar olduğunu deyirlər. Uşaqların böyüyüb inkişaf etməsini özündə birləşdirən xarici faktor həm müsbət, həm də mənfi spektrlərdən fərqlənir: uşaqlar kontaktlardan, qayğıdan,qarşılıqlı anlaşmadan təcrid olunmuş şəkildə sosial depresssiya keçirir, təbii ki, belə halda uşaq psixi və funksional cəhətdən geri qalır, uşağa olan soyuq münasibət (hiperhamilik) də ona əks təsir göstərir.
Müasir şərtlər daxilində uşağın inkişafına əks təsir göstərən xarici faktorlardan biri də ekoloji, pedaqoji şərtlər, valideynlərin adi pedaqoji biliklərdən məhrum olması, ixtisaslaşmış pedaqoji kadr çatışmazlığı, metodik təlimin yarıtmazlığı və s. kimi xarici fatorlar da diqqətə alınmalıdır.
Məktəb çətinliklərini şərtləndirən endogen faktorlara uşağın yanlış meyilləri, fiziki inkişafı, pozulmuş səhhəti və s. aiddir. Problemlərə kompleks şəkildə yanaşaraq başa düşülməlidir ki, bu məsələnin müsbət həlli həkim, psixoloq, müəllim və digər peşəkarların inteqrasiyası, işlənmiş nəzəri əsaslar, təcrübi təkliflərin uşaqlara valideyn və pedaqoqlar tərəfindən düzgün qəbul edilməsindən asılıdır.Sosial işçilər institutu sosial-pedaqoji istiqamətdə uşaqlarla,onların valideynləri və müəllimlərlə aparılan sosial-reabilitasiya işlərini həyata keçirən mütəxəssislər yetişdirir və bu işçilər haqqında danışılan inteqrasiyanı reallaşdırmağa qadirdir.
Sosial iş məktəblərdə get-gedə günün tələbinə çevrilməkdədir. Digər təhsil müəssisələrinin əsas diqqəti təlim və təhsilə yönəldiyi halda, burada təlim və təhsillə yanaşı tərbiyə işinə də parallel olaraq yanaşılır. Müasir dövrün artan tələbatları içərisində məktəblərdə, şagird–müəllim, müəllim-məktəb, valideyn-məktəb münasiətlərinin nizamlanmasında sosial işçilərə tələb artır. Sosial işçinin məktəblərdəki fəaliyyəti şagirdlərin social - fiziki və zehni inkişafına dəyərli töhfə verə bilər. Məsələyə sosial-pedaqoji yanaşma və yeni metodlar həm təlim prosesinə, həm də administrativ məsələlərin həllinə təkan verə bilər.
Məktəbdə sosial iş kollektiv məsləhətləşmələrin aparılmasına kömək edə, şagirdlərlə işdə potensialların müəyyənləşməsi və inkişafında, məktəb qarşısında duran təhsil və təlim məsələləri, ənənəvi və yaranmış təhsil problemlərinin həllində böyük əhəmiyyət kəsb edə bilər. Söhbət iştirakçıların təhsil prosesindəki müstəqilliyindən, hər hansı məsələni araşdırarkən ona tənqidi yanaşmağı bacarmaqdan, təlim və tərbiyədən və daim yeniləşən dünyanın reallığından gedir.
Məktəblərdə sosial iş diqqəti şagird, valideyn və müəllimlərin qeyd etdikləri çatışmazlıqların həlli üçün optimal konsepsiyaların yaradılmasına yönəlmişdir. Xarici ölkələrin praktikasına əsaslanaraq, müasir Rusiya məktəblərinin əsas məqsədləri kimi bunları göstərmək olar:
-kasıb ailələrdən olan uşaqların sosiallaşması və spesifik çətinliklərdən qurtarmalarında vasitəçi olmaq;
-sosial mənşəyindən asılı olmayaraq, bütün məktəblilərin cəmiyyətin tələblərini dərk etmələri üçün sosiallaşma məqsədi ilə qabaqlayıcı tədbirlər görmək;
-təhsil və peşə seçimində şəxsiyyətin inkişafı və və sosial təhsil prosesində onlara köməklik göstərmək;
-partlamaq üzrə olan potensial konfliktlərin pedaqoji həllində iştirak etmək;
Bu məqsədləri həyata keçirmək üçün məktəbdə sosial işçi:
-öz fəaliyyətində yalnız şagirdləri deyil, onların valideynləri ilə araşdırma, məsləhətləşmə, müalicə və fəallaşma metodlarından istifadə etməli;
-öz işini məsləhətçi-müəllimlər, məktəb psixoloqları və həkimlərlə, eləcə də peşə yönümündə məsləhətçilərlə sıx əməkdaşlıq şəraitində həyata keçirməli;
-şagird qruplarına və ayrı-ayrı şagirdlərə hərtərəfli dəstək göstərməli; müəllim həmkarlarla işdə qrup pedaqoqikasının metodlarını tətbiq etməli, valideyn iclasları və valideyn komitələri vasitəsilə məktəbdə sosial mənzərənin pozitiv şəkildə dəyişməsinə nail olmalı;
Bu məqsədlərin həyata keçirilməsi məktəbdə, institutlaşma istiqamətlərinin əsasını yaradır və bu, məktəb üçün məktəb çərçivəsində sosial işçilərin həyata keçirəcəkləri kompleks işlər toplusudur. Xarici ölkələrdə sosial iş praktikasını gənclərlə asudə vaxtın təşkili ilə məşğul olan təşkilatlar tez-tez tənqid edirlər. Lakin bu halda, söhbət məktəbə az da olsa,təsir obyekti kimi baxmaqdan gedir.
Yuxarıda qeyd etdiklərimizə əsaslanmaqla sosial işin məktəbdə tədris prosesi istisna olmaqla, hər şeyi öz nəzarət sahəsinə aid etdiyini söyləmək mümkündür. Bu da onun nəticəsində baş verir ki, sosial iş məktəbdə və dar mənada pedaqoji işə yonəldilmiş işdir. Bir tərəfdən bu, doqmatik normalardan azad çoxşaxəli fəaliyyətdir , digər tərəfdən isə onun konturlarını yuyub aparması təhlükəsi də vardır.
Məktəb şərtlərində sosial iş müxtəlif qarışıq fəalliq impulsları yaradır, yeri gəldikdə başqa xidmətlərin xeyrinə öz mövqeyini zəiflədir.
Məktəbdə sosial iş: məktəb rəhbərliyi pedaqoqlara, şagirdlərə, onların valideynlərinə, onların şəxsiyyət hüquqlarını qorumaq şərti ilə nöqsanları barədə xəbərdarlıq edir. Daha sonra bu funksiyaları yerinə yetirir:
-məktəb şagird kollektivinin hər bir üzvünə zamanət verən tərəf rolunu oynayır;
-şəxsiyyəti qoruyur və onun hüquq, maraq və əməyini müdafiə edir;
-şagirdlərin rahat yaradıcılıq və həyat şərtlərinin təhlükəsizliyi üçün şərait yaradır;
-ehtiyacı olan müəllim və şagirdlərə lazımi vaxtda yardım edir;
-şəxsiyyət üzərində psixi zorakılıq faktlarına qarşı çıxır, kollektiv arasında qarşılıqlı əlaqə yaradır;
-məktəb kollekivində ictimai rəyi öyrənir;
-şagirdlər, müəllimlər,məktəb rəhbərliyi və valideynlərlə sosial-psixoloji və hüquqi məsləhətlər təşkil edir;
“Inam- məktəb” telefon işini təşkil edir;
-kollektivə və hər bir şagirdə sağlam həyat tərzi aşılayır.
Əsas xidmət prinsipləri bunlardır:
-çoxfunksionallıq - şagird və müəllimlərin şəxsiyyət hüquqlarının müdafiəsi və qorunması sahəsində kompleks işlər;
-obyektivlik: şagird kollektivi və hər bir şagirdlə bağlı daha çox faktorların hesabını aparır, yaş xüsusiyyətləri və şəxsi meyillərlə, şagirdin maraq sahəsi,əxlaqi mövqeyi ilə bağlı hesabatlar hazırlayır;
-kommunikativlik: şagird kollektivinin həyatı ilə bağlı onun xüsusi tərəfləri, sərbəst vaxtlarda meyillər, peşəkar , sürətli yardım və s. Bağlı məktəb rəhbərliyi, pedaqoji kollektiv, şagird kontingenti, həkim, psixoloq, hüquqşünas və yerli icra orqanları arasında sıx əlaqə yaradılması işlərini tənzimləyir.
-inteqrasiya: əldə edilmiş məlumatlar toplanır və repsodentlərin anonimliyi gözlənir,tam sirr kimi qapalı sistemə daxil edilir.
Operativlik: məktəb kollektivinin sosial problem və ziddiyyətinin dərhal həllinə başlayır.
-avtonomluq: sosial xidmət məktəb rəhbərliyinə, təhsil orqanlarına və digər dövlət strukturlarına tabe deyil.
-reprezentativlik: məktəb kollektivinin bütün qruplarında iştirak edir və onların maraqlarını qeydə alır.
-adaptasiya: inertlikdən uzaqdır, fərd və kollektivin xüsusiyyətlərinə alışır, dəyişən sosial mühitə sürətlə uyğunlaşır.
-nöqsanlarını aradan qaldırmaları üçün uşaqlarla xüsusi işlər həyata keçirmək;
-şagirdlərə onların bacarıqlarını nəzərə alaraq təlim və tərbiyə vermək.
Əsas sosial-pedaqoji modula daxildir:
-bir-birimə yaxın olan məktəblərdə təhsil alan şagirdlərin sosial, pedaqoji və psixoloji diaqnostikası;
-uşağa və onun ailəsinə sosial-psixoloji dəstək;
-məktəbdə və ailədə inkişafdan qalan uşaqlara nəzarət və tərbiyə;
-ailədə və məktəbdə sosial adaptasiya və psixoloji-pedaqoji reabilitasiya
Məktəb psixoloji xidməti: inteqrativ məsləhət yanaşması sosial biliyin həcmi qədər psixoloji bilik də tələb edir. Müasir təhsil praktikasında psixoloqlar və sosial işçilərin (konkret şəraitdə psixoloji diaqnostika və yardım bir tərəfdən, sosial şəraitin analizi və sosial-pedaqoji fəallığı digər tərəfdən) birgə məsləhətləşmələr keçirməsi ilə bağlı kifayət qədər təcrübələr vardır. Yalnız hər iki tərəfin əməkdaşlığı ilə məktəblərdə təsəvvür edilən konkret problemin həllinə kompleks yanaşma mümkündür.
Məsləhətçi pedaqoqun fəaliyyəti: bu, ayrı-ayrı şagirdlərin problemləri üzərində konkretləşir. Məsləhətçi pedaqoq şagirdlərin kənar yayınmalar, intizamın pozulması və s. bağlı ümumi hıərəkətlərini tədqiq edir. Onun vəzifəsi konkret şəraitdə şagirdə kömək etmək, tədris prosesində və təlim intizamları ilə əlaqədar məsləhətlər verməkdir. Bu vəzifələrin yerinə yetirilməsində məktəb xeyriyyəçilik xidməti də az iş görmür. Lakin, göründüyü kimi, bu modellə bağlı işdə sosial işçi iştirak etmir.
Məktəbin sosial həyatı və məktəbdə sosial təlim: məktəbdə sosial fəaliyyətə nə qədər çox diqqət yetirilərsə, onun əhəmiyyəti ayrı-ayrı fənlər üzrə didaktik məsələlərə bərabər olar və məktəb sosial işi üçün uyğun mühit yaranar.
Sosial elmlər fənn kimi: burada sosial işçilərlə məktəbin sıx əməkdaşlığı nəticəsində məhdudlaşmayan imkanlar meydana çıxır; pedaqoji, psixoloji, sosial-siyasi və sosioloji məsələləri birləşdirən tədris planlarının hazırlanması, onun sinifdə və sinifdən kənarda öyrənilməsi üçün tam zəmanət vermir. Belə halda məktəblilər, müəllimlər və sosial işçilər tədris prosesini müxtəlif xüsusi kurslar (ekoloji tərbiyə, cinsi tərbiyə və s.) təşkil etmək, mövzu layihələri hazırlamaq və s. praktiki işlərdə əməkdaşlıq edə bilərlər. Bu zaman sosial işçi sosial elmlərə aid dərin məzmunlu dərsliyin hazırlanmasında material baxımından praktiki-təcrübi dəstək verə bilər.
Məktəb daxilində sosial pedaqoji modul: şagirdlərin davranışı, ünsiyyəti, əlaqələri, inntelleklərinin inkişafı, dərslərdən geri qalan şagirdlərin geriləmə səbəblərinin araşdırılması və aradan qaldırılması, nöqsanları və s. barədə yardım məqsədilə fəaliyyət göstərmək;

  • təhsildə və tərbiyədə çətinlikləri olan, sosial adaptasiya çətinliyi olan uşaqların erkən üzə çıxarılması, geriləmə səbəblərinin tapılması və aradan qaldırılması yollarını göstərmək;

  • -bu və ya digər yayınmaları olan orta məktəb şagirdlərinə və məktəb pedaqoji kollektivinə dəstək vermək;

  • nöqsanlarını aradan qaldırmaları üçün uşaqlarla xüsusi işlər həyata keçirmək,

  • şagirdlərə onların bacarıqlarını nəzərə alaraq, təlim və tərbiyə vermək.

Əsas sosial -pedaqoji modullara bunlar daxildir:
-bir-birinə yaxın olan məktəblərdə təhsil alan şagirdlərin sosial, pedaqoji və psixoloji diaqnostikası;
-şagirdə və onun ailəsinə sosial-psixoloji yardım;
-məktəbdə, ailədə olan zəif uşaqlara nəzarət və tərbiyənin təşkili;
-ailədə və məktəbdə sosial adaptasiya və psixoloji-pedaqoji reabilitasiyaya yardım.
Peşə yönümü, peşəkar hazırlıq, professional məşğələ və praktiki iş
Məktəb müxtəlifliyinin çatışmayan cəhətlərindən biri də məktəblilərin bu və ya digər peşə əldə etməsi üçün yönəlmələrinin geç baş verməsi faktıdır. Məktəb üzrə sosial iş xidməti peşəyönümlü məktəbdənkənar təşkilat və müəssisələrin əməkdaşlığını təşkil etmək üçün nəzərdə tutulmuşdur.
Valideynlər və valideyn komitələri ilə əməkdaşlıq; məktəb özünüidarəsi
Şagirdlər və onların valideynləri tədris prosesini hərtərəfli şəkildə hər bir dərs məşğələsi üzrə əlaqələndirən iki vacib qrupdur. Sosial işçinin fəaliyyət sahəsinə məktəblə bağlı hər bir işdə məsuliyyət və fəallığa cəlbetmə kimi məsələlər daxildir. Valideynlərlə qrup işinin yeni formaları valideynlər arasında əməkdaşlıq, şagird qruplarının özünü təşkili, sinif divar qəzetlərinin tərtibi və s. işlərdə əhəmiyyətli rol oynayır. Qrupların fərqli maraq dairələri məktəbdə demokratiyanın inkişafına təkan verir.
Rusiyada cəmiyyətin demokratiyaya, humanist inkişafa, iqtisadi və siyasi stabilliyə can atması bu işlərin sürətlə həyata keçirilməsində və böyüməkdə olan nəslin sosiallaşmasında, hər bir şəxsin, fərdin tərbiyəsində dönüş yaratmağa sövq edir. Məktəblərdə sosial pedaqoq vəzifəsinin tətbiqi yuxarıda qeyd olunan vəzifələrin praktiki olaraq, yerinə yetirilməsində çox mühüm addımdır.
Sosial pedaqoq təşkilatçının fəaliyyəti konkret şəxsiyyətin tam şəkildə sosiallaşması üçün şərait yaratmaqdan ibarətdir.
Sosial paradiqmanın işığında sosial pedaqoqun missiyası şagirdin hüquqlarını müdafiə etmək, onun arzu, istək və maraqlarını dərk etmək, həyata keçirilməsi üçün əzmkarlıq göstərməkdir.
Məktəbdə sosial işin təşkili ilə məşğul olan, sosial-pedaqoji işlərdə bilavasitə məktəblə bağlı olmayan, lakin ailələrə, məktəbə kənardan köməklik göstərən gənclər təşkilatlarının da fəaliyyətini qeyd etməmək olmaz. Onlar yaşayış yerlərində ailələrin əlavə təlimatlanması üçün uşaq bağçaları və uşaq evlərində kompleks mədəni-tərbiyəvi tədbirlər təşkil edirlər.
Məktəbdə sosial işin forma və metodları:

  • Şagirdlərlə dərsdənkənar qrup işləri ( o cümlədən məktəb işlərində və asudə vaxtlarda);

  • Məşğələlərin təşkili üçün tövsiyələr (məsələn, oyunlu dərslər, dərs prosesində sosial-təcrübi treninqlər keçirilməsi və s.)

  • Məktəbin sosial həyatında iştirak etmə (sinfin iştirakı ilə səyahət və ekskursiyalar, şəhər ətrafında düşərgələrdə istirahət təşkil etmək və s.);

  • Maraqları üzrə valideynlərlə iş;

  • Peşə hazırlığı, peşə yönümü və peşə seçmədə yardım;

  • Məsləhətvermə (şagirdlər və müəllimlərlə məsləhətləşmələr, qrup daxilində müəllimlərlə iş);

  • Təşkilatlarla iş, planlaşdırma,məktəb siyasəti üzrə məsələlərdə əməkdaşlıq;

  • Superviziya;

  • Elmi əsaslandırma, tətbiqetmə və qiymətləndirmə.


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   206




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin