4. Müqavilənin icrası Mehmanxananın sahibi və müştəri müqavilənin şərtlərinə hör
mətlə yanaşmağa borcludurlar.
Maddə 5. Müqavilənin yerinə yetirilməməsi Müqavilənin tam və ya qismən yerinə yetirilmədiyi halda təqsirli
tərəf digər tərəfin çəkdiyi bütün itkilərin əvəzini tam ödəməlidir. Zərər
çəkmiş tərəf ehtimal edilən itkilərin azaldılması məqsədilə zəruri olan
bütün tədbirlərin görülməsini öz üzərinə götürür.
Mehmanxana sahibi müqaviləni yerinə yetirə bilmədiyi halda o,
həmin yerdə olmaqla keyfiyyət etibarı ilə bərabər olan və ya daha
yüksək standarta uyğun digər yerin axtarılması üçün tədbir görməlidir.
Bununla əlaqədar ortaya çıxan bütün və əlavə xərclər mehmanxana
sahibi bunları təmin etmədiyi halda o, zərərçəkənə kompensasiya
ödənilməsi üçün məsuliyyətə cəlb oluna bilər.
Maddə 6. Müqavilənin qurtarması Milli qanunvericiliyin və ya dövlət ticarət təcrübəsinin müqavilə
şərtlərini başqa cür şərh etdiyi hallar istisna olmaqla, tərəflərin qarşılıqlı
razılığı olmadan heç bir müqavilə tam icra olunmamış qurtarmış hesab
edilə bilməz.
Maddə 7. Ödəniş Mehmanxana tam və ya qismən ilkin ödəniş tələb edə bilər.
Mehmanxana müştəridən avans şəklində müəyyən
pul
məbləğini aldığı halda bu məbləğ təklif olunacaq yerləşdirmə və əlavə
xidmətlər göstərilməsi üçün ilkin ödəmə kimi nəzərdə tutulmalıdır.
İlkin ödənişin qaytarılmaz olduğu barədə tərəflər arasında
qabaqcadan danışılmadığı halda ilkin ödənilən məbləğ ödənişə tələb
olunan məbləğdən artıq olduqda mehmanxana bu məbləğlər arasında
olan fərqi müştəriyə qaytarmalıdır.
Haqq-hesab verildiyi andan qüvvəyə minmiş hesab olunur.
Qabaqcadan razılaşdırılmadığı halda mehmanxana çeklərin, ku
ponların, kredit kartlarının və ya digər nağdsız haqq-hesab vasitələrinin
qəbul edilməməsinə görə məsuliyyət daşımır.
185
Mehmanxana tərəfindən başqa qaydalar nəzərdə tutulmadığı
halda ödəmələr müvafiq milli valyuta ilə həyata keçirilməlidir.