Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi


Cədvəl 3.1 Homoyoterm heyvanların əzələ hüceyrələrində ionların hüceyrədaxili və hüceyrəxarici qatılığı. (



Yüklə 31,99 Mb.
səhifə20/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

Cədvəl 3.1
Homoyoterm heyvanların əzələ hüceyrələrində ionların hüceyrədaxili və hüceyrəxarici qatılığı. (A--«yüksəkmolekullu hüceyrə anionları», sükunət potensialı – 90 mV).

İonlar

Hüceyrədaxili qatılıq, mmol⋅l1

İonlar

Hüceyrəxarici qatılıq, mmol⋅l1

Na+

12

Na+

145

K+

155

K+

4

Ca2+

10−8-10−7

Ca2+

2

Cl

4

Cl

120

HCO3

8

HCO3

27

A

155

Sair kationlar

5

3.2. Hüceyrə ilə ətraf mühit arasında maddələr mübadiləsi
Bizim hüceyrənin quruluşunu qısaca şərh etməkdə məqsədimiz hüceyrə fiziologiyasının məzmununu açmaqdır. Hüceyrəni heç bir halda statik hesab etmək olmaz. Çünki müxtəlif təbiətli hüceyrədaxili komponentlərlə, xarici mühit arasında həmişə maddələr mübadiləsi gedir. Hüceyrə quruluşları dinamik tarazlıqda olur. Bu isə onların öz aralarında və ətraf mühitlə normal qarşılıqlı təsir nisbətini təmin edir. Nəticədə orqanizmin normal həyat fəaliyyəti üçün təminat yaranır.
Diffuziya – maddələrin daşınmasının sadə yoludur. Bir maddənin atom və molekulları məhlullarda və qazlarda sərbəst halda yayılır və bu mühitlərdə diffuziya hesabına qatılıq
42
bərabərləşir. Maye və ya qazla doldurulmuş 2 həcmə baxaq (şəkil 3.4). c1 və c2 qatılığını göstərir. Onlar bir-birindən d qalınlıqlı S səthli qatla ayrılıblar. t zamanı ərzində maddələrin diffuziya ilə axın sürəti Fikin I qanunu ilə təsvir olunur: dm c1 −c2 dm dc
= −DS və ya = −DS (1)
dt dx dt dx
D – diffuziya əmsalı olub, verilmiş maddə, həlledici və temperatur üçün sabit kəmiyyətdir. Beləliklə də, diffuziyanın sürəti (dm/dt), qatılıq qradiyenti (dc/dx) və diffuziyanın getdiyi səthin sahəsi (S) ilə düz mütənasibdir. Sistemdə maddənin ümumi axını, qatılıq az olan tərəfə olduğundan, tənlikdə mənfi işarəsi yaranır.

Şəkil 3.4. Diffuziyanın miqdari sxemi. İki fəza d qalınlıqlı və S sahəli qatla ayrılıb. c1 – həcmin sol hissəsində hissəciklərin yüksək qatılığı, c2 – sağ hissədə hissəciklərin aşağı qatılığı; A səthi – diffuziya qatında qatılıq qradiyenti.
Diffuziya – vacib proses olub, onun köməyilə maddə hissəcikləri sulu məhlulda yayılır. Bir çox maddələr, xüsusilə də su və onda həll olan qazlar – O2 və CO2 lipid membranından sərbəst diffuziya edə bilir. Yağda həll olan maddələr də membranlardan yaxşı diffuziya edir; bu etanol və sidik cövhəri
43
kimi kiçik ölçülü polyar (qütblü) molekullara da aiddir, şəkərlər isə lipid qatından çətinliklə keçirlər. Bununla yanaşı lipid qatları yüklənmiş molekullar və habelə qeyri-üzvi ionlar üçün demək olar ki, pis keçiricidir. Qeyri-elektrolitlər üçün membranın xarakteristikasını və diffuziya edən maddəni bir
parametirdə – keçiricilikdə (P) birləşdirərək yeni tənlik alınır: dm dm
= PS(c1 − c2) və ya = PSdc (2)
dt dt
Şəkil 3.5-də müxtəlif molekullar üçün lipid membranının keçiriciliyi (P) müqayisə edilir.


Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin