Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi


Lizosomlar və peroksisomlar



Yüklə 31,99 Mb.
səhifə19/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

Lizosomlar və peroksisomlar – çox böyük olmayan ixtisaslaşmış qovuqcuqlardır (vezikullardır). Bu cür müxtəlif orqanoidlərin membranlarında və onların ətraf sahələrində spesifik fermentlər olur. Orqanellanın daxilində onların müxtəlif funksiyalarının həyata keçirilməsində istifadə olunan xüsusi mübadilə məhsulları yığılır.
Nüvə və mitoxondirilər onunla fərqlənir ki, bu orqanoidlərin hər biri ikiqat membranla əhatə olunub. Nüvə hüceyrədə əsasən metabolizmin genetik nəzarətinə cavabdehdir; mitoxondirinin daxili, girintili-çıxıntılı membranında oksidləşdirici-fosforlaşdırıcı metabolizm proseslərinin getdiyi yerdir. Burada piruvatın və ya yağ turşularının oksidləşməsinin hesabına yüksək enerjili birləşmə-adenozintrifosfat (ATP) sintez olunur.
Sitoskelet. Orqanoidlərı əhatə edən sitoplazmanı mütləq amorf hesab etmək olmaz. Onun sitoskelet törəməsi vardır. Sitoskelet mikroborucuqlardan, aktin filamentlərindən və aralıq filamentlərdən təşkil olunur (şəkil 3.2) Mikroborucuqların xarici diametri təxminən 25 nm təşkil edir. Onlar adi polimer
40
kimi tubulin zülal molekullarının yığılması nəticəsində yaranır.
Aktin filamentləri. Yığıcı liflər membran qatı yanında və bütün hüceyrə boyu yerləşir. Xüsusilə hərəkətlə bağlı olan proseslərdə iştirak edirlər.
Aralıq filamentləri. Bunlar müxtəlif hüceyrə tiplərində saxlanılan müxtəlif kimyəvi tərkibli bloklardan təşkil olunmuşlar. Onlar sitoskeletlərin digər iki elementi arasında müxtəlif əlaqə yaradırlar. Orqanoidlər kimi plazmatik membran da, sitoskeletlə birləşmiş vəziyyətdədir. Sitoskelet hüceyrənin quruluşunu və onlarda orqanoidlərin vəziyyətinin saxlanılmasını təmin etməklə yanaşı hüceyrənin formasının dəyişməsini və onun hərəkətliliyini şərtləndirir.
Sitozol. Müəyyən edilmişdir ki, hüceyrə həcminin təxminən yarısını sitozol təşkil edir. Belə ki, sitozol təxminən 20% (kütləcə) sulu məhlul yox, gel şəklində zülaldan ibarətdir, yəni sitozol hüceyrə kütləsinin 20%-ni zülal mənşəli birləşmələr əhatə edir. Kiçik molekullar, o cümlədən üzvi və qeyri-üzvi ionlar, sulu fazada həll olur. Hüceyrələrlə ətraf mühit arasında ion mübadiləsi gedir (bu mübadilə prosesinə növbəti bölmədə baxılacaq). Hüceyrəxarici mühitdə ionların qatılığı demək olar ki, sabit səviyyədə saxlanılır. Bu ionlardan hər birinin hüceyrə xaricindəki miqdarından fərqli olaraq, onun hüceyrə daxilindəki miqdarı spesifik səviyyəyə malikdir (cədvəl 3.1). Hüceyrənin xarici mühitində Na+ kationu daha geniş yayılmışdır. Hüceyrədaxilində onun qatılığı xarici mühitə nisbətən 10 dəfə azdır. K+ kationunun qatılığı isə əksinə, hüceyrə daxilində daha çoxdur. Hüceyrədaxili və hüceyrəxarici mühitdəki qatılıqlar arasındakı daha böyük qradient (fərq) Ca2+ ionları üçün də mövcuddur. Sərbəst Ca2+ ionlarının qatılığı hüceyrənin xaricinə nisbətən onun daxilində on min dəfə azdır. Bütün ionlar sitozolda həll olur, onların bir hissəsi zülallarla adsorbsiya edir və ya orqanoidlərdə ehtiyat halında toplanır. Məsələn, Ca2+-un misalında birləşmiş ionlar sitozolda sərbəst ionlara nisbətən daha çoxdur. Sitozol zülallarının böyük hissəsi –
41
fermentlərdir, onların iştirakı ilə aralıq metabolizmin çoxlu prosesləri həyata keçirilir: qlikoliz və qlikoneogenez amin turşularının sintezi və parçalanması, ribosomlarda zülalın sintezi (şəkil 3.1). Sitozolda həmçinin vacib molekulların ehtiyatı kimi lipid damlaları və qlikogen qranulaları (dənələri) vardır (cədvəl 3.1).

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin