Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi


Görmədə gözün hərəkətinin rolu



Yüklə 31,99 Mb.
səhifə215/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   212   213   214   215   216   217   218   219   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

Görmədə gözün hərəkətinin rolu. Yuxarıda və uzaqda olan, hərəkətli və ya hərəkətsiz əşyaları aydın görmək üçün gözün hərəkəti vacib rol oynayır.
Gözün həpəkəti III, IV, VI cüt kəllə beyin sinirlərinin başbeyin tərəfindən koordinasiya ilə onun ekvatorundan bir qədər öndə gözə birləşmiş 6 əzələnin köməyi ilə yerinə yetirilir. Bunlar 2 xarici çəp və 4 xarici düz, daxili, yuxarı və aşağı əzələlərdir (şəkil 8.17).
Onlardan xarici və daxili düz əzələlər adlarına uyğun olaraq gözü düz xətlə xaricə və daxilə doğru yönəldir. Yuxarı və aşağı düz əzələlər isə funksiyalarını çəp əzələlərlə müştərək ifa edir.
Yaxın əşyalara baxdıqda görmə oxunun çevrilməsi hər iki daxili düz əzələlərin gərginləşməsi ilə həyata keçirilir. Bu hadisə konvergensiya adlanır. Xarici düz əzələlərin köməyi ilə görmə oxunun ayrılmasına isə divergensiya deyilir.
Görmə prosesində gözün hərəkətinin mühüm rolu hər şeydən əvvəl onunla müəyyən edilir ki, fasiləsiz görmə üçün xəyalların torlu qişada hərəkəti təmin edilsin.
Gözün əzələləri göz almasının hərəkətində əsas rol oynayır. Əgər gözün düz lateral əzələsi yığılırsa, onda digər gözün düz medial əzələsi boşalır. Yuxarı düz əzələlər bir yerdə işləyir və gözün arxaya, yuxarıya baxa bilməsi üçün hərəkətinə səbəb olur. Aşağı düz əzələ aşağıya baxmağa imkan verir. Yuxarı çəp əzələ gözü aşağı və xaricə, aşağı çəp əzələ isə – yuxarı və daxilə fırlandırır.
403

Şəkil 8.17. Gözün əzələləri: 1-yuxarı çəp, 2-qaşı qaldıran əzələ, 3-yuxarı düz, 4-xarici düz, 5-aşağı düz, 6-aşağı çəp, 7görmə siniri
8.16. Görmə impulslarının genezi və ötürülmə mexanizmi
Qaranlıqda fotoreseptorların xarici seqmentlərinin Na+ və K+ kanalları açıq vəziyyətdə olur. Na+ ionlarının seqmentləri tərk etməsi və K+ ionlarının seqmentlərə daxil olması nəticəsində fotoreseptorlar və onları tor qişanın bipolyar neyronları ilə əlaqələndirən sinapslar səviyyəsində ion qradiyentlərinin tarazlığı sayəsində membran potensialları formalaşır. Bu cərəyanlar fotoreseptorların daxili seqmentlərindən xarici seqmentlərə və daha sonra fotoreseptiv sinapslara yayılır. Mikroelektrod texnikanın köməyi ilə qeyd edilə bilən bu tip ilkin membran potensialları «qaranlıq cərəyanları» adlanır.
İşıqda fotoreseptorlar oyanırlar. Bu proses fotoreseptorların xarici seqmentlərində kaskad fotokimyəvi çevrilmələr və transmembran nəqliyyat mexanizmlərində baş verən dəyişikliklərlə sıx əlaqədardır.
Prosesin yekun nəticələri kimi konkret olaraq aşağıdakıları qeyd etmək olar. Fotoreseptorun oyanması zamanı onun xarici seqmentində Na+ kanalları bağlanır, ion tarazlığı pozulur, K+-
404
ionlarının qradiyenti artdıqca fotoreseptorda ion yüklərinin hiperpolyarlaşması baş verir, hiperpolyarlaşmış reseptor potensialı yaranır, fotoreseptorun xarici seqmentində sinaptik ucuna qədər yayılır, burada sinaptik neyromediator qlütamatın azad olmasına təsir edir. Bu, tezliklə tor qişanın qanqlioz neyronlarının akson çıxıntılarında yayılan təsir potensialları – görmə sensor siqnallarının generasiyasına səbəb olur. Tor qişanın müxtəlif tip hüceyrələri – fotoreseptorlar, bipolyar və amakrin hüceyrələri, habelə qanqlioz neyronların dendrit zonaları lokal (məhəlli) potensialları generasiya edir, burada təsir potensialları (görmə siqnalları) ancaq qanqlioz neyronların ümumi bioelektrik fəallığı elektroretinoqrama (ERQ) kimi qeydə alınır.
İşıq qıcığının təsirindən görmə reseptorlarında kolbayabənzər və çöpəbənzər hüceyrələrdəki kompleks fotokimyəvi reaksiyalarından sonra görmə sinirində elektrik dalğaları meydana çıxır.
Eksperimentdə elektroretinoqrammanı almaq üçün elektrodun biri buynuz qişaya, digəri əks qütbə – göz almasına yerləşdirilir. Elektrodun birini buynuz qişanın səthinə qoyub, ikincisini buruna yeritmək və ya qulaq seyvanına, ya gözə yaxın yerdə üzün dərisinə toxundurmaqla da ERQ almaq olar.
Heyvanların ERQ-da bir neçə səciyyəvi dalğa ayırd edilir (şəkil 18.18). Birinci dalğa (a) – a-dalğası amplitudası çox böyük olmayan mənfi elektrik dalğası olub, sükunət potensialının azalmasını göstərir. Bu dalğa tez artan və gec sönən böyük amplitudalı müsbət elektrik dalğasına (b) – b-dalğasına keçir. bdalğasının aşağı düşməsi fonunda çox halda zəifləyən müsbət elektrik s-dalğası müşahidə olunur. İşıq qıcığının kəsilməsi anında yeni müsbət elektrik dalğası d-dalğası meydana çıxır.
İnsanın ERQ-sı a- və b-dalğaları arasında əlavə qısamüddətli x-dalğası müşhaidə olunur.

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   212   213   214   215   216   217   218   219   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin