[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik
Görmə qabığı. Baş-beyin böyük yarımkürələrinin ənsə payında mahmız qırışığı nahiyyəsində birincili və ikincili görmə qabıq sahələri (Brodmana görə, 17, 18 və 19-cu qabıq sahələri) yerləşmişdir. Digər sensor sistemlərdə olduğu kimi, görmə yollarında da dəqiq topoqrafik qayda gözlənilir, tor qişanın, eləcə də görmə sahəsinin xəritəsi olduğu kimi görmə qabığında proyeksiya olunur. Gözün tor qişasının mərkəzi çuxuru, hardakı maksimum görmə istiliyi yaranır, görmə qabığının çox sahəsinə proyeksiya verir. Son neyrofizioloji tədqiqatlara görə qabığın 17ci sahəsi gözün retinotopik mənzərəsini daha dəqiq surətdə əks etdirir, 18 və 19-cu qabıq sahələri isə görmədə bir növ ikinci dərəcəli rol oynayır, görmə assosativ mərkəzləri funksiyası daşıyır.
Görmə qabığında görmə siqnalalrının təhlil-tərtib (analizsintez) prosesləri çoxpilləli prosesləri kimi təsəvvür edilir. Amerikan neyrofizioloqları Devid Xyubel və Torsten Vizel görmə siqnalarının (görmə informasiyaların) görmə qabıq neyronlarında yenidən işlənməsinin prinsipləri və yolları haqqında yeni faktlar toplanmışdır. Görmə sistemində informasiyaların işlənməsi mexanizmlərinin tədqiqi sahəsində elmi xidmətlərinə görə onlar
408 1981-ci ildə Nobel mükafatına layiq görülmüşdür.
D.Xyubel və T.Vizelin tədqiqatları göstərmişdir ki, ilkin görmə qabığında işıq şüalarının yalnız sadə əlamətləri (işıq zolaqları, işığın yönümü və s.) qəbul edən sadə neyronlar, görmə sahəsinin istənilən nöqtəsindən gələn işıq şüalarına reaksiya verən mürəkkəb neyronlar mövcuddur. Daha mürəkkəb neyronlar ancaq müəyyən dalğa uzunluğu və eni olan işıq şüaları, işıq zolaqları, işığın rəngi, işığın tonu (kontrastı), görmə obrazları haqqında siqnallara həssasdırlar. Görmə qabıq neyronları təkcə bu xassələrə görə deyil, habelə görmə siqnallarının sağ və ya sol gözdən qəbul edilməsinə görə də ixtisaslaşmışdır. Görmə neyronları, həmçinin qabığın göz dominantlığı və gözün hərəkətlərə həssaslığı əks etdirən siqnallara üstünlük verilməsi prinsipi üzrə işləyirlər. Elektron mikroskopik və mikroelektroq tədqiqatlar göstərmişdir ki, görmə qabığı işıq şüalarının yönümü və göz dominantlığı müəyyən edən ayrı-ayrı neyroarxitektonik və mieloarxitektonik sütuncuqlar şəklində qurulmuşdur. Hesablamalara görə görmə qabığında hər biri 1000 neyrondan ibarət, diametri 30 mikrondan 50 mikrona çatan bir neçə milyon belə sütuncuq ola bilər.