##Fakültə: Qeyri ixtisas, əyani və qiyabi I ii kurslar üçün



Yüklə 0.69 Mb.
səhifə4/27
tarix12.08.2018
ölçüsü0.69 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   27

##num= 4// level= 1// sumtest=17 // name= Ərəb xilafəti və Azərbaycan xxx //


1. Azərbaycanın xilafətin hakimiyyəti altında olduğu dövr üçün səciyyəvi idi:

A) Uc torpaq sahibliyinin yaranması

B) Ölkə ərazisində mərzbanlıq sisteminin tətbiq edilməsi

C) Kilsənin bir müddət vergidən azad olunub və dövlət tərəfindən himayə edilməsi

D) Bayrat torpaqlarının yeni sahiblərə paylanılması

E) İncu torpaq sahibliyinin tətbiq edilməsi

2. VII əsrin 40 – cı illərində Ərdəbil yaxınlığında ərəblərlə bağlanan sülh müqaviləsinin şərtləri:

A) Əhali ərəblərə tabe olmalı və nəzərdə tutulan vergini verməsi idi

B) Sasanilərdən qalma bütün vergilər ləğv olmalı idi

C) Ərəblərə müqavimət göstərən müdafiəçilər bağışlanmalı idi

D) Ərəblər Azərbaycanın içərilərinə nəzərdə tutulan yürüşü dayandırılmalı idi

E) Əhali hökmən islam dinini qəbul etməli idi

3. Xilafət dövründə Azərbaycanda din uğrunda mübarizlər, şəhidlər üçün nəzərdə tutulan mülkiyyət forması adlanırdı:

A) İcma torpaqları

B) Bağışlanan “iqta”

C) Vəqf torpaqları

D) Divan torpaqları

E) Şərti iqta

4. Ərəb ağalığı dövründə Azərbaycanda inzibati sahədə baş vermiş dəyişiklik:

A) Mərzbanlıqlar əmirliklərlə əvəz edildi

B) Əmirliklər mahallarla əvəz edildi

C) Məntəqələr mahallarla əvəz edildi

D) Şəhrdarlıq mərzbanlıqlarla əvəz edildi

E) Mahallar əmirliklə əvəz edildi

5. Sasani dövlətinin yaranmasından neçə il sonra xilafət Albaniya dövlətinə son qoydu

A) 349

B) 481

C) 435

D) 479

E) 468

6. Ərəb dövlətinin yaranmasından 75 il sonra :

A) Mehranilər sülaləsinin hakimiyyətinə son qoyulmuşdur

B) Babək anadan olmuşdur

C) Abbasilər xilafəti yaranmışdır

D) Xürrəmilərin ərəblərə qarşı ilk üsyanı olmuşdur

E) Babək qətlə yetirilmişdir

7. Ərəb dövlətinin yaranmasından necə il sonra Sasanilər dövlətinə son qoyulmuşdur:

A) 20

B) 25

C) 31

D) 21

E) 19

8. Harun - ər Rəşidin xəlifəliyi dövründə Azərbaycanda:

1 - Vergi islahatlarına əsasən əkilməyən torpaqlardan xərac alınması ləğv olundu

2 - On beş yaşına çatmış hər bir şəxs vergiyə cəlb olundu

3 - Vergilər daha da artırıldı

4 - Xürrəmilərin ikinci üsyanı baş verdi

5 - Xürrəmilər hərəkatı yatırıldı

A) 1, 3, 5

B) 1, 2, 3

C) 2, 4, 5

D) 2, 3, 4

E) 1, 2, 4

9. Düzgün variantı müəyyən edin:

I - Sasanilər dövlətinə son qoyulmuşdur

II - Alban feodal dövlətinə son qoyulmuşdur

III - Abbasilər sülaləsinə son qoyulmuşdur

IV - Əməvilər sülaləsinə son qoyulmuşdur

1 - 705 - ci il

2 - 1258 - ci il

3 - 651 - ci il

4 - 750 - ci il

A) I - 2, II - 4, III - 1, IV - 3

B) I - 3, II - 2, III - 1, IV - 4

C) I - 2, II - 3, III - 4, IV - 1

D) I - 4, II - 2, III - 3, IV - 1

E) I - 3, II - 1, III - 2, IV - 4

10. Alban hökmdarı Cavanşirin Xilafətlə yaxınlaşmasını şərtləndirən amillər:

1 - Cavanşirin müttəfiqi Bizansın Xilafətə nisbətən zəif olması;

2 - Xürrəmilərin hücumundan qorunmaq zərurəti;

3 - Ərəblərin Ərməniyyəni tutduqdan sonra Bizans - Albaniya əlaqələrinin çətinləşməsi;

4 - Alban əyanlarının üsyanı yatırtmaq üçün hərbi kömək almaq;

5 - Xəzər və İran feodallarının hücumundan qorunmaq üçün

A) 1, 4, 5

B) 3, 4, 5

C) 1, 2, 3

D) 2, 3, 4

E) 1, 3, 5

11. Xronoloji ardıcıllğı müəyyən edin:

1 - Xəzərlərlə ərəblər arasında I Bələncər döyüşü

2 - Ərəblərin Ərdəbələ yürüşü və yeni müqavilənin imzalanması

3 - Bizansın Ktesifonu (Mədaini) tutması II Xosrovun öldürülməsi

A) 3, 2, 1

B) 1, 3, 2

C) 3, 1, 2

D) 2, 3, 1

E) 1, 2, 3

12. Xronololi ardıcıllığı müəyyən edin:

1 – Albaniya dövlətinin yaranması

2 – Kadisiyyə döyüşü

3 – Girdiman dövlətinin yaranması

4 – Sacilər dövləti

A) 1, 3, 4, 2

B) 3. 2, 1, 4

C) 1, 2, 4, 3

D) 2, 1, 2, 4

E) 1, 3, 2, 4

13. Xronoloji ardıcıllığı müəyyən edin:

1 - Ərəb dövlətinin yaranması

2 - Sasani imperiyasının süquti

3 - Xilafət tərəfindən Albaniyanın dövlət müstəqilliyinə son qoyulması

4 - Müsafirin başcılığı ilə üsyan

5 - Ərdəbil sülhü

A) 3, 5, 4, 3, 2

B) 1, 2, 3, 4, 5

C) 2, 1, 4, 3, 5

D) 1, 5, 2, 3, 4

E) 1, 5, 4, 3, 2

14. Xronoloji ardıcıllığı müəyyən edin:

1 - İkinci Bələncər döyüşü

2 - Savalan dağı yaxınlığında xəzərlərlə ərəblər arasında baş vermiş döyüş

3 - Cavanşirin Şam şəhərində Xəlifə Müaviyə ilə ilk görüşü

A) 1, 3, 2

B) 3, 2, 1

C) 2, 1, 3

D) 2, 3, 1

E) 1, 2, 3

15. Uyğun variantı müəyyən edin:

I - Zimmilər

II - Bəril

III - Amil

1 - Səlahiyyətinə hərbi və mülkü işlər daxil idi

2 - Məhkəmə işlərinin başçısı, vəqf işlərinə nəzarət edirdi

3 - Mülki işlərə baxır, vergilərin toplanmasına nəzarət edirdi

4 - Poçt – rabitə sistemidir

5 - Ərəb ordusunda könüllü xidmət edən xristianlar

A) I – 2, II – 3, III – 4

B) I – 5, II – 1, III – 3

C) I – 5, II – 4, III – 3

D) I – 1, II – 2, III – 3

E) I – 4, II – 2, III – 1

16. Uyğun variantı müəyyən edin:

I - Gezit

II - Xərac

III - Xostaq

IV - Xüms

1 - Adamların faydalandığı bütün sahələrdən, daşına bilən əmlakdan

2 - Xırda və orta feodal

3 - Can vergisi

4 - Torpaq vergisi

5 - Şərti torpaq sahibliyi

A) I – 1, II – 3, III – 5, IV - 2

B) I – 3, II – 4, III – 2, IV – 1

C) I – 4, II – 3, III – 2, IV – 5

D) I – 3, II – 4, III – 5, IV – 1

E) Heç biri

17. Uyğun variantı müəyyən edin:

I - Kadisiyyə döyüşü

II - İkinci Bələncər döyüşü

III - Amid döyüşü

1 - Sasanilərin Romalılara qalib gəlməsi

2 - Sasanilərlə Ərəb xilafəti arasında baş vermişdir

3 - Bizansın Ərəb xilafətinə qalib gəlməsi

4 - Ərəblər məğlub olmuşdur

A) I – 2, II – 4, III – 1

B) I – 3, II – 1, III – 2

C) I – 4, II – 3, III – 2

D) I – 2, II – 1, III – 4

E) I – 3, II – 2, III – 1


Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə