Haqqin iZİ İLƏ



Yüklə 2,22 Mb.
səhifə168/283
tarix01.01.2022
ölçüsü2,22 Mb.
#103516
1   ...   164   165   166   167   168   169   170   171   ...   283

DİGƏR RƏVAYƏTLƏR


Bəziləri yazırlar: "Abdullah ibn Səba haqqında sənəd silsiləsində Seyf ibn Ömərin yer almadığı rəvayətlər də vardır. Bu rəvayətlər onun haqqında yazılanların doğru olduğunu sübut edir. Həmin rəvayətlər İbn Əsakirin "Tarixi-mədinəti-Dəməşq" əsərində qeyd edilmişdir.

Birinci rəvayət

İbn Əsakir Əbu əl-Bərəkatdan, o, Əbu Tahir Əhməd ibn əl-Həsən və Əbu əl-Fəzl Əhməd ibn əl-Həsəndən, onlar Əbd əl-Məlik ibn Məhəmməd ibn Abdullahdan, o, Əbu Əli ibn Səvvafdan, o, Məhəmməd ibn Osman ibn Əbu Şeybədən, o, Məhəmməd ibn Əladan, o, Əbu Bəkr ibn Əyyaşdan, o, Mücahiddən, o da Şüeybdən belə nəql edir: “İlk yalan danışan Abdullah ibn Səba oldu”.



Cavab: Birincisi, Şüeyb Bəni-Üməyyənin qazılarından olmuş və əksər hallarda yanlış hökmlər çıxarmışdır3.

İkincisi, bu rəvayətdə məzmun baxımından problem var. Çünki bir çox ayə və rəvayətlərə görə ilk yalançı şeytandır. O, Adəm və Həvvaya yalan satmışdır. Belə ki, Allah-Taala onun dilindən buyurur:

Rəbbiniz sizə bu ağacı yalnız mələk olmamağınız və ya (cənnətdə) əbədi qalmamağınız üçün qadağan etmişdir!”(“Əraf”, 20)

Firon (istehza ilə) dedi: “Ey əyanlar! Mən sizin üçün özümdən başqa bir tanrı olduğunu bilmirəm” (“Qəsəs”, 38).

İkinci rəvayət

İbn Əsakir yazır: "Əbu Abdullah Yəhya ibn əl-Həsən Əbu əl-Hüseyn ibn əl-Ənbusidən, o, Əhməd ibn Əbid ibn Fəzldən, o, Əbu Nəim Məhəmməd ibn Əbd əl-Vahid ibn Əbd əl-Əzizdən, o, Əli ibn Məhəmməd Xəzəfədən, o, Məhəmməd ibn Hüseyndən, o, İbn Əbu Xəysəmədən, Məhəmməd ibn İbaddan, o, Süfyandan, o da Əmmar Dühnidən, Əbu əl-Tüfeylin belə dediyini nəql edir: “Əli (ə) minbərdə ikən Müsəyyib ibn Nəcəbə İbn əs-Səvdanı onun yanına gətirdi”. Əli (ə) buyurdu: "O, nə edib?" Müsəyyib: “Allah və Peyğəmbər (s) adına yalan söyləmişdir", - deyə cavab verdi.



Cavab: Birincisi, bu hədisdə Abdullah ibn Səbadan söhbət açılmamışdır. İbn əs-Səvda bir neçə nəfərə deyilmişdir ki, onlardan yalnız biri Abdullah ibn Səbadır.

İkincisi, sözügedən hədisdə İbn Səbanın fitnələrdəki roluna hər hansı bir işarə yoxdur.

Üçüncüsü, öncə də qeyd etdiyimiz kimi biz, Abdullah ibn Səba adlı birinin olmasını inkar etmirik. Hansı ki, Əhli-beyt (ə) yolu ilə gələn rəvayətlərdə də qeyd edilmişdir. O, Əlini (ə) Allah, özünü isə onun peyğəmbəri hesab edirdi. Onun yalançı olmasına heç bir şübhəmiz yoxdur. Yuxarıdakı hədislər də əgər sənəd baxımından səhih olarsa və ya Abdullah ibn Səba haqqında olarsa, bundan artığını isbat etməz.

Üçüncü rəvayət

Əbu əl-Qasim Yəhya ibn Bitriq və Əbu Məhəmməd Əbd əl-Kərim ibn Həmzədən, onlar, Əbu əl-Hüseyn ibn Məkkidən, o, Əbu əl-Müəmməl ibn Əhməd ibn Məhəmməd Şeybanidən, o, Yəhya ibn Məhəmməd ibn Saiddən, o, Bundardan, o, Cəfərdən, o, Şöbədən, o, Sələmədən, o, Zeyd ibn Vəhəbdən Əlinin (ə) belə buyurduğunu nəql edir: "Mənim olduqca qara olan bununla nə əlaqəm var?!”



Cavab: Birincisi, bu rəvayətdə Abdullah ibn Səba haqqında hər hansı bir söhbət getməmişdir.

İkincisi, əgər onun haqqında olmuş olsa belə, bunu Əli (ə) haqqında allahlıq iddiası, özü haqqında isə peyğəmbərlik iddia etməsinə aid etmək lazımdır.




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin