Helmintozların müayinə üsulları


Heyvanlar suvarılan hövzələrin qurd yumurtaları və su sürfələrinə görə müayinə edilməsi



Yüklə 51,48 Kb.
səhifə14/34
tarix01.01.2022
ölçüsü51,48 Kb.
#107457
1   ...   10   11   12   13   14   15   16   17   ...   34
Parazitologiya

Heyvanlar suvarılan hövzələrin qurd yumurtaları və su sürfələrinə görə müayinə edilməsi. Su heyvanlarının helmintlərlə əsas yoluxma mənbələrindən biridir (askarid, trixosefalyus, diktikaulyoz və s.). Suyu helmintin yumurta və sürfələrinə görə müayinə etmək üçün Vasilkovanın təklif etdiyi üsuldan istifadə etmək lazımdır. Müayinə üçün götürülmüş su nümunəsi iri məsaməli süzgəclərdən keçirilir. Bu məqsədlə sürətli su cərəyanı əmələ gətirən Qoldman qıfından və nasosdan istifadə edilir. Bu üsulla bir saat ərzində 10 litr çay suyunu süzmək olar. Su süzüldükdən sonra süzgəcin üzərindən götürülmüş qaşıntı əşya şüşəsi üzərinə qoyulub mikroskop altında müayinə edilir.

Parazit və sərbəst yaşayan qurd sürfələrinin təfriqi. Sərbəst yaşayan nematod sürfələrini parazitlərin sürfələrindən Kort adlanan üsulla təfriq edirlər. Müayinə olunacaq nematod sürfələrini Petri fincanına və ya əşya şüşəsinə qoyub suya salırlar. Sonra suya 40%-li formalin mayesi əlavə edirlər. Formalinli suda sərbəst yaşayan nematod sürfələri 5-8 dəqiqə, parazit nematodlarının sürfələri isə 15-20 dəqiqə diri qalır, lakin onların hərəkəti zəifləyir.

Qurdların yumurta və sürfələrinin canlı olmasının müəyyən edilməsi. Helmintlərin yumurta və sürfələri xarici mühitin təsirinə qarşı çox davamlı olur. Lakin xarici mühitdə uzun müddət qalmış yumurta və sürfələr bir sıra fiziki və kimyəvi amillərin təsirindən dəyişikliklərə uğrayır, yoluxdurma qabiliyyətini itirir.

Ölmüş nematod yumurtaları və sürfələrinin xarici görünüşü və rəngləri dəyişir, daxilində boşluqlar əmələ gəlir, sürfələr hərəkət etmirlər. Exinokokk yumurtalarının diri olub-olmamasını yoxlamaq üçün onun axırıncı buğumundan alınmış kütləni bir damcı suya salır və əşya şüşəsinə qoyaraq örtücü şüşə ilə örtülür, azacıq qızdırırlar. Bu zaman diri exinokokk skoleksinin başcığı açılıb-bükülür.

Helmintlərin ölü yumurta və sürfələri üzərinə tökülmüş rənglə tez boyanırlar. Helmint yumurtasının diri olub-olmamasını bilmək üçün metilen abısından istifadə olunur. Yumurta tez göy rəng alırsa, bu onun ölü olmasını göstərir. Askaridia yumurtasının üzərinə yodun spirtdə 5%-li məhlulu əlavə edilir. Ölü yumurtalar 1-3 saniyə ərzində cəhrayı rəngə boyanırlar, diri yumurtalar isə 15 dəqiqəyə.

Yumurtaların yetişdirilməsi üsulu. Nematod yumurtasını əşya şüşəsi üzərində Petri fincanına qoyub termostatda saxlayırlar. Yumurtanın inkişafı üçün termostatda 26-300C istilik yaradılır. Həmin mühitdə bakteriya və hüceyrə canlıların inkişafının qarşısını almaq məqsədilə Petri fincanının dibinə 3%-li formalin məhluluna hopdurulmuş süzgəc kağızı qoyulur. Sonra termostata qoyulmuş yumurtalar vaxtaşırı mikroskop altında müayinə edilir. Yumurtaların daxilində rüşeym və sürfələrin inkişafı müşahidə olunur. Fassiola yumurtaları yalnız qaranlıqda inkişaf edirlər. Ona görə də fassiola yumurtaları olan fincanını qara kağıza büküb termostata qoyulur.

İnvazion mərhələsini başa vurmuş yumurta və sürfələrin heyvanları yoluxdurmaq qabiliyyətinə malik olub-olmamalarını müəyyən etmək üçün təcrübə heyvanlarını yoluxdurmaq lazımdır.

Qaramal və donuz ətindən götürülmüş sistiserklər əzələ və toxumalardan təmizlənməli, Petri fincanına qoyub 40-410C istiliyi olan termostatda saxlanılmalıdır. Petri fincanının içərisində su + öd qarışığı vardır. Əgər sistiserklərin boyun və başcıqları 1 saat ərzində çevrilmirsə, bu onların həyat qabiliyyətli olmamasını göstərir.





Yüklə 51,48 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin