Helmintozların müayinə üsulları


Parazitar xəstəliklərə qarşı mübarizə tədbirləri



Yüklə 51,48 Kb.
səhifə15/34
tarix01.01.2022
ölçüsü51,48 Kb.
#107457
1   ...   11   12   13   14   15   16   17   18   ...   34
Parazitologiya

Parazitar xəstəliklərə qarşı mübarizə tədbirləri

Azərbaycanda kənd təsərrüfatı heyvanları və quşların helmintozlarını ilk dəfə akademik K.İ.Skryabinin rəhbərliyi ilə tədqiq etmişlər. Sonrakı dövrlərdə respublikamızda parazitologiya elminin müxtəlif sahələri ilə S.M.Əsədov, Q.S.Qasımov, Z.M.Şaxtaxtinskaya, İ.H.Hacıyev, A.Q.Məmmədov, N.M.Şirinov və s.mütəxəssislər məşğul olmuşlar.1903-cü ildə ilk dəfə Bakı şəhəri və Xanlar rayonunun Zurnabad kəndində qan-parazitar xəstəliklərinin və onların amillərini keçirən gənələrin öyrənilməsi ilə Azərbaycanda protozoologiya elminin əsası qoyulmuşdur.



İqtisadi ziyan. Helmintozlar heyvanların tələfatına və məhsulun itkisinə səbəb olurlar. Exinokokkozlu heyvanlarda ətin 10%, piyin 20%-i, ağciyər və qaraciyərin isə 60%-i yararsız hala düşür. Hər 100 baş doğar qoyundan 10 quzu itirir. Senuroz zamanı qoyun öz çəkisini 50%-ə qədər itirir. Finnozlu ətin xeyli miqdarından istifadə edilmir. Helmintlər sahibin hesabına yaşayır, onun toxuma və şirəsi ilə qidalanırlar. Qandan istifadə edən helmintlər xüsusi maddə buraxaraq qanın tez laxtalanmasının qarşısını alırlar. Helmintlər vitaminləri və başqa yararlı maddələri udaraq orqanizmin maddələr mübadiləsinin pozulmasına və bir çox xəstəliklərin baş verməsinə səbəb olurlar.

Xəstəlik zamanı yeyilən yemin xeyli hissəsi itkiyə gedir. Belə ki, yoluxmuş heyvanların enerji balansını tarazlaşdırmaq üçün sağlamlara nisbətən onlara 2 dəfə artıq yem verilməlidir. Digər tərəfdən də müalicə və profilaktik tədbirlər xeyli əlavə vəsait tələb edir.



Yüklə 51,48 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin