İsmayil əLİyev


Didaktik oyunların əsasında təlim-öyrətmə xarakterli məsələlər durur



Yüklə 1,12 Mb.
səhifə103/110
tarix01.01.2022
ölçüsü1,12 Mb.
#104054
növüDərs
1   ...   99   100   101   102   103   104   105   106   ...   110
Didaktik oyunların əsasında təlim-öyrətmə xarakterli məsələlər durur. Bu oyunlara, adətən, yaşca böyüklər rəhbərlik edirlər. Onlar didaktik oyuna əyləncə forma və xarakteri verirlər. Uşağı oyunun öyrədici məqsədi yox, bu zaman özünün göstərə­cəyi fəallıq, oyun hərəkətlərini düzgün və üstün yerinə yetirmək, yaxşı nəticə göstərərək qalib gəlmək daha çox maraqlındırır. Ancaq iştirakçı oyun qaydalarına, onları yerinə yetirmək üçün zəruri biliklərə, fikri əməliyyatlar aparmaq vərdişlərinə yiyələnməyibsə, qalib gəlmək şansı çox azdır. Buna görə də didaktik oyunların fərqləndirici xüsusiyyətlərindən, əsas məqsədlərindən biri uşaqlarda təlim maraqları yaratmaqla zəruri biliklərə yiyələndirməkdir.

Didiaktik oyunların tarixi çox qədimdir. Xalq müxtəlif oyun və oyuncaq­lar vasitəsilə uşaqlara müəyyən biliklər öyrətməyin üstünlüklərini praktik işdə həmişə aydın dərk edirdi. Hər bir xalqın tarix boyu yaratdığı və istifadə etdiyi özünəməxsus didaktik oyunları, xalqın oyun mədəniyyətinin bir hissəsini təşkil edən məxsusi oyuncaqları olub. Didaktik oyunların məzmunu, milli xarakteri, doğma təbiəti, əmək növü və şəraitini, xalqın məişətini əks etdirib.

Bununla belə, bütün xalqların didaktik oyunlarında müəyyən ümumi cəhətlər də vardır. Yer kürəsinin hansı hissəsin­də yaşamaqlarından asılı olmayaraq bütün xalqlar uşağa, onun normal inkişafından ötrü, böyüklərlə düzgün təşkil edilmiş ünsiy­yətə möhtac bir varlıq kimi baxırlar. Bütün xalqlar uşaqların ətraf mühiti dərk etməyə, şən yaşamağa və sevinclə, məhəbbətlə əhatə olunmağa, özünü təsdiq etmək, tanıtmaq, həyatda müəyyən mövqe tutmaq üçün aktiv fəaliyyətə ehtiyacları olduğunu bilirlər.

Uşaqların nitqini, iradəsini, diqqətini, onların rənglər, cisimlərin formaları, ölçüləri barədə təsəvvürlərini formalaşdıran didaktik oyuncaqlar nəsildən nəsilə ötürülərək yaşadılmışdır.




Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin