İsmayil əLİyev



Yüklə 1,12 Mb.
səhifə106/110
tarix01.01.2022
ölçüsü1,12 Mb.
#104054
növüDərs
1   ...   102   103   104   105   106   107   108   109   110
«Qusdurma»
İştirakçılardan xüsusi qabiliyyət və hazırlıq tələb etməyən «aşıq-aşıq» oyunudur. «Səqqə» tələb etməyən nadir oyunlardandır. Adətən, iki iştirakçı ilə oynanılır. «Qusdurma» oyunu üçün təşkilati mərhələ lazım olmur.

Oyunun məzmunu.

Oyunçulardan biri öz xəzinəsindən götürdüyü 4 aşığı ovcunda tutaraq, rəqibindən aşığın hansı üzü üstə düşəcəyini soruşur. Sonra ovcunda aşıqları qarışdırıb yerə tullayır. Müəyyən qaydalar daxilində rəqib dediyi üzü üstə düşmüş aşığı götürür. Əgər o dediyi olmayıbsa, yerdəki aşıqların sayı qədər aşıq verməlidir.

Oyunun qaydaları.


  1. Əvvəlcə oyuna birinci başlayacaq iştirakçı müəyyən edilir. Bundan ötrü oyunçular hərəyə bir aşıq atırlar. Kimin aşığı «alçı» dursa, oyuna birinci o başlayır.

  2. Tutaq ki, rəqib yerə aşıqların «bök» düşəcəyini dedi. Aşıqların birinci atımında:

a) aşıqlardan ikisi və artığı «bök» düşübsə, rəqib aşıqların dördünü də götürür;

b) aşıqlardan biri «bök» düşübsə, ona bir «tay» da hesablanır və rəqib, oyunçuya yerdəki aşıqların sayı qədər, bizim misalda 2 aşıq, verməli olur;

c) əgər aşıqlardan «bök» duranı yoxdursa, rəqib dörd aşıq verməli – «qusmalı» olur.

3. Əgər rəqib aşıqların hansı üzü üstündə duracaqlarını tam tapa bilməyibsə və buna uyğun sayda aşıq «qusubsa», onda oyunçu bütün aşıqların hamısını ovcuna yığıb, rəqibdən yenə soruşur və aşıqları qarışdırıb atır.

4. Birinci atışdan fərqli olaraq, sonrakı «atış»larda rəqib tapa bildiyi aşığı götürür. Amma aşıqlardan heç biri o dediyi kimi düşməyibsə, yerdəki aşıqların sayı qədər aşıq «qusmalı» olur.

5. Əvvəlcədən razılaşmaya əsasən:

a) bir oyunçu oyuna müəyyən edilmiş sayda birinci başlaya bilər. Məsələn, bir oyunçu on dəfə aşıqları yerə atdıqdan sonra növbə digər oyunçuya keçməlidir. On sayı tamam olandan sonra oyunçu öz dörd aşığını və «qusdurduğu» aşıqları götürə bilər;

b) say danışılmasa, oyun rəqiblərdən birinin aşığı qurtaranacan davam edir. Bu halda bəzən elə olur ki, rəqib, oyunçuya «borclu» qalır;

c) oyunçu istədiyi anda «axırıncı dəfə atıram» deyib oyunu saxlaya və udduğu aşıqları götürə bilir;

ç) rəqib müəyyən anda «axırıncını atırsan» deyib, uduzsa belə, oyuna özü başlamağı gərəkli sayır.

Qeyd olunmalıdır ki, usta oyunçular «Qusdurma» oyununu, adətən, ya oynamır, ya da az bir vaxt keçdikdən sonra xüsusi bacarıq və qabiliyyət tələb edən digər «aşıq-aşıq» oyununa keçməyi üstün tuturlar.

«Qusdurma» oyununun imkanlarından bəzən böyüklər də qazanc məqsədilə istifadə edərdilər.

Oyuna əvvəlcədən müəyyən edilmiş əşya, məsələn, bir cüt corab, əlcək, bir miqdar çərəz və s. qoyulurdu. Bəzən oyun o qədər qızışırdı ki, oyuna bir quzu, çəpiş də çıxarılırdı. Çox sonralar bütün bu əşyalarla bərabər pul da qoyulmağa başladı. Bu cür oynanılan «Qusdurma» ən çoxu dörd oyuna qədər davam edir, sonra əşya götürülürdü.

«Qusdurma»nın bu növü qumar sayıldığından, nəinki uşaqlar, hətta böyüklər üçün də yasaq idi. Əksəriyyəti bir-birinə qohum olan kəndlərdə toy gecələrində, el şənliklərində bu oyundan istifadə olunur, oyunun axırında isə udulanlar qaytarılır və ya, məsələn, çəpiş kəsilib, hamılıqla kabab qonaqlığı olurdu.



Müdrik xalq «Qusdurma» oyununun məhz bu mənfi, «şeytani» tərəfini gördüyündən məlum nağılı yaratmışdır:

Bir kişinin gözünün ağı-qarası bir oğlu var idi. Ailənin tək uşağı olduğundan ərköyün böyümüşdü. Ömründə bir işin qulpundan yapışmamışdı. İşi-gücü çöldə-bacada tay-tuşları ilə oynamaq, evdən daşıyıb ona-buna yedirtmək idi.

Kişi oğlunun belə böyüməsindən narazı olsa da, əmisi qızı olan arvadının xatirini çox istədiyindən uşağa ciddi tərbiyə verə bilmirdi. Nə ev işində, nə həyət-bacada, nə də çöl işində heç bir iş görməyən oğlunu tənbeh üçün səsini bir az qaldıran kimi arvadı gözünün yaşını tökürdü: «Əmioğlu, sən əminin goru, uşağa dəymə!». Beləcə oğlan bişüur övlad kimi böyüdü.

Kişi qocalmışdı. Allahın əmri ilə ölüm yatağına düşdü­yünü bildiyindən oğlunu yanına çağırdı

- Oğlum, Peyğəmbər (s.ə.v) sözüdür ki, bir ata öz oğluna gözəl tərbiyədən üstün heç bir miras qoya bilməz. İndi mən ölüm ayağındayam. Amma dərk edirəm ki, Peyğəmbərin (s.ə.v.) yanına üzüqara gedirəm. Çünki səni şüurlu oğul kimi böyüdə bilmədim. Məni bu üzüqaralıqdan, bəlkə, yenə sən qurtara bilərsən. Heç olmasa, indi sənə deyəcəklərimə əməl etsən, bəlkə, Allah gunahla­rımı bağışlayar, o dünyada əzablarımı azaldar.


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin