İsmayil əLİyev



Yüklə 1,12 Mb.
səhifə109/110
tarix01.01.2022
ölçüsü1,12 Mb.
#104054
növüDərs
1   ...   102   103   104   105   106   107   108   109   110
«Sultan»
Kollektiv aşıq oyunudur. Beş nəfərə qədər iştirakçısı ola bilər.

Yerdə ellips formasında bir fiqur çəkilir. Buna «göz» deyilir. Oyunçuların sayından və oynanılacaq aşıqların miqdarın­dan asılı olaraq «göz»ün uzununa diametri 1,5-2 metr olur. «Göz»ün tən ortasından diametr boyu, tərəfləri mərkəzdən eyni məsafədə olmaqla 20-25 sm xətt çəkilir. Bu xəttə «həbə» deyilir. Oyunçuların sayından asılı olaraq «həbə»yə hər kəs eyni miqdarda aşıq qoyur.

«Göz»dən 3-5 metr aralı «həbə» xəttinə paralel «vuruş xətti» çəkilir. Oyunçular növbə ilə «vuruş xətti»ndən durub «həbə»dəki aşıqları vururlar.

Oyunun qaydaları:



  1. Oyuna birinci başlayacaq iştirakçı müəyyən edilir. Bundan ötrü iştirakçıların «səqqə»ləri ovuc içərisindən atılır. «Səqqə»si «toxan» duran oyunçu birinci başlamaq hüququ qazanır. Əgər 2 nəfərin «səqqə»si «toxan» durubsa, həmin ikisini yenidən atırlar.

  2. Aşıqlar «həbə xətti» boyu «toxan» vəziyyətində düzülür. Aşıqlardan birini «həbə xətti»nin düz mərkəzində «künə»si üstə «domba» vəziyyətdə qoyur­lar. Bu aşığa «Sultan» deyilir. «Sultan»la digər aşıqlar arasında hər iki tərəfdən bir aşıq ölçüsündə məsafə qoyulur.

  3. Oyunçu «vuruş xətti»ndən «həbə»dəki aşıqları vurmağa çalışır. Vurulub «göz»dən kənara çıxmış aşıq götürülür. Əgər vurulan aşıq «göz»dən kənara çıxmayıb, amma «bök» durubsa, götürülür. Əgər «Sultan» vurulubsa, bütün aşıqlar götürülür.

  4. Əgər oyunçu «həbə»dəki aşıqları vura bilməyibsə, «səqqə»si «toxan» dursa, bir aşıq götürür, «alçı» dursa, «həbə»yə bir aşıq qoyur. «Cik» və ya «bök» durubsa, yenidən atmaq üçün növbəsini gözləyir.

  5. Razılaşma yoxdursa, üzərində əməliyyat aparılmış «səqqə»dən istifadəyə icazə verilmir.


«Cızıq»
Kollektiv «aşıq-aşıq» oyunudur. Adətən, üç-beş nəfər oyunçu ilə keçirilir. Kələ-kötür olmayan, hamar səthə malik bir yerdə diametri təxminən, 1,5-2 metr olan bir dairə çəkilir. «Cızıq» kənarları ilə birlikdə bu dairəyə deyilir. Dairənin ortasından mərkəzdən eyni məsafədə olmaqla 25-30 sm uzunluğunda düz xətt çəkilir. Oyunçuların hər biri razılaşdırılmış sayda aşığı bu xəttin üzərində yan tərəfi üstündə, «alçı» və ya «toxan» olaraq düzürlər. İştirakçının sayı çox olduqca «cızığa» hər kəs daha az aşıq qoyur. Razılığa əsasən, dairədən 4-6 metr aralı, dairənin mərkəzindəki xəttə paralel olaraq xətt çəkilir. Bu xəttə «vuruş xətti» deyilir. Oyunçular bu xəttin arxasında durub dairənin mərkəzindəki aşıqları «səqqə» ilə vuraraq «cızıq»dan kənara çıxarmalıdırlar.

Oyunun qaydaları:



  1. Oyuna birinci başlayacaq oyunçu və sonrakı növbə müəyyən edilir. Bunun üçün bütün oyunçuların «səqqə»lərini ovucun içincə qarışdırıb yerə atırlar. «Alçı» duran «səqqə»nin sahibi birinci olur. Əgər bir neçə oyunçunun «səqqə»si «alçı» durubsa, həmin aşıqları birlikdə təkrar atırlar. Bu qayda ilə də sonrakı oyunçuların növbəsi müəyyən edilir.

  2. «Səqqə»ni atmaq qaydası razılaşdırılır. Yəni onu torpağın səthi ilə sürüşdürərək atmaq olar, yaxud «səqqə» ilə tuşlayaraq sürüşdürmədən, birbaşa aşıqlar vurulmalıdır. Özünə güvənən usta oyunçular, adətən, ikinci variantı üstün tuturlar.

  3. Üzərində «qurğuşunlama» əməliyyatı aparılmış «səqqə» ilə oynamaq da razılaşma ilə olur. Adətən, bacarıqlı oyunçular üçün bunun fərqi olmur, çünki onların hər birində bu cür «səqqə» olur.

  4. «Səqqə» ilə vurulub «cızıq»dan çıxarılmış aşıqlar udulmuş sayılır. Vurulub, lakin «cızıq»dan çıxmayan aşıqlar götürülmür. Onları yenidən vurub «cızıq»dan çıxarmaq lazımdır.

  5. Əgər oyunçu «cızıq»dakı aşıqları vura bilməyibsə, dairənin əks tərəfində eyni məsafədə çəkilmiş «vuruş xətti»nin arxasına keçərək, bütün oyunçuların oyuna qoşulmasından sonra yenidən «cızıq»dakı aşıqları vurmaq üçün növbə gözləyir.

  6. Oyunçu kənara çıxardığı aşığı götürdükdən sonra, cızığın içindəki digər aşıqları vura bilər. Əgər aşığı «cızıq»dan çıxara bilməyibsə, oyun növbəsi çatdıqdan sonra «vuruş xətti»nin arxasından yox, «səqqə»si dayandığı yerdən oyuna başlayır.

  7. Oyuna başlamamışdan əvvəl razılaşdırılan bir şərt də ola bilər: kənara çıxmayan aşıqla dairə xətti arasında bir qədər məsafə qalanda onu vuran şəxs götürə bilər. Bu məsafə, məsələn, bir qarış və ya 4 barmaq ola bilər. Baş barmağı dairə xəttinin üzərinə qoyub, çeçələ barmaqla (razılaş­maya əsasən bu, qalan dörd barmaqdan hər hansı bir digəri də ola bilər) aşığa toxunmağa çalışılır. Əgər barmaq aşığa dəyirsə, onu götürürlər.

«Cızıq» oyununda «usta»lığın şərtləri:

a) «səqqə»ni sərrast ataraq ilk cəhddə aşıqları vura bilmək;

b) «səqqə»ni atarkən sərf edilən qüvvə elə hesablanmalıdır ki, toxunul­muş aşıq «cızıq»dan çıxsın, «səqqə» özü isə «cızığın» içərisində və ya ona yaxın yerdə qalsın;

c) gərək «səqqə» elə atılsın ki, bir yox, bir neçə aşıq dairədən kənara çıxsın və ya dairə xəttinə yaxın olsun.




Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin