Konstruksiya materiallarının texnologiyası Konstruksiya materiallarının təsnifatı



Yüklə 36,5 Kb.
səhifə3/16
tarix08.06.2023
ölçüsü36,5 Kb.
#127925
növüKompozisiya
1   2   3   4   5   6   7   8   9   ...   16
Konstruksiya materiallarının texnologiyası -229PM

Möhkəmlik –materialın xarici yüklərin təsirindən dağılmaya qarşı göstərdiyi müqavimətdir. Materialın möhkəmliyi möhkəmlik həddi ilə xarakterizə olunur. Möhkəmlik həddi materialı dağıdan qüvvəyə uyğun yaranan gərginlikdir.
Mərkəzi sı­­xılma və ya dar­tılma za­­manı ma­te­ria­lda yaranan gər­ginlik (, Pa) aşağıdakı düs­turla hesablanır:
 = F/S,
Burada, F  sıxıcı və ya dartıcı qüv­və, N;­ Smaterial nü­mu­nə­si­nin sınaq­dan əvvəl eninə kəsiyinin sahəsidir, m2.
Təsir edən yüklərə qarşı materiallar müxtəlif cür müqavimət göstərir (məs, dartılmaya, sıxılmaya). Kövrək materiallar sıxılmaya, plastik materiallar isə dartılmaya sınanır. Bir çox inşaat materialları texniki şərtlərdə möhkəmlik həddinə uyğun olaraq markalanır. Məs, ağır beton 100, 150, 200, 300, 400, 500 və 600 markada olur. Kərpic 50, 75, 100, 150 və s. olur.
Bərklik–materialın səthinə yük altında digər materialın nüfuz etməsinə göstərdiyi müqavimətdir. Bu xassə materialı abraziv təsirlərdən dağılmağa qöymur. Materialın bərkliyi onun möhkəmliyinə uyğun olmaya bilər. Müxtəlif möhkəmlik həddinə malik materiallar eyni bərklikdə ola bilər. Bərklik 1÷10 rəqəmləri ilə işarələnir. Ölçü vahidi qeyd olunmur.
Zərbə özüllüyü –materialın dinamik yüklərə (zərbələrə) müqavimətini göstərir. Zərbə özüllüyü materialın enerjini tez udması ilə xarakterizə olunur.Metal ərintiləri (polad, tərkibində nikel olanlar) daha yüksək zərbə özüllüyünə malikdir. Zərbə özüllüyünün yüksək olması materialı xarici dəyişkən (rəqslərinə) dinamik yüklərin təsirinə qarşı uzunömürlü və etibarlı edir.
Dözümlülük (davamlılıq) –materialın yorulmaya qarşı müqavimətidir. Dözümlülük yalnız bərk və kövrək materiallara xasdır və dəyişkən yüklər altında işləyən zaman hissənin en kəsiyində onu dagılmaya qədər gətirən çatların tədricən əmələ gəlməsidir. Üzərində digər hissələr (dişli çarx, şkiv) olan fırlanan polad vallar üçün bu göstəricinin böyük əhəmiyyəti var.



  1. Konstruksiya materiallarının kimyəvi və istismar xassələri.

Konstruksiya materiallarının uzunömürlüyünü və istismar dayanıqlığını təmin edən aşağıdakı 2 xassə daha vacib hesab olunur.

Yüklə 36,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin