Konstruksiya materiallarının texnologiyası Konstruksiya materiallarının təsnifatı



Yüklə 36,5 Kb.
səhifə6/16
tarix08.06.2023
ölçüsü36,5 Kb.
#127925
növüKompozisiya
1   2   3   4   5   6   7   8   9   ...   16
Konstruksiya materiallarının texnologiyası -229PM

Əlvan metalların təsnifatı.

Əlvan metallar yüngül (maqnezium, alüminium,və s.) və ağır (mis, qurğuşun, qalay, nikel və s.) metallara ayrılır. Həmçinin, əlvan metallar asanəriyən (qalay, qurğuşun, sink) və çətinəriyən(xrom, titan, molibden və s.) olur. Asanəriyən metallar müxtəlif təyinatlı və müxtəlif tərkibli lehimlər, çətinəriyənlər isə legirləmə elementləri kimi istifadə olunur.
Texnikada istifadə olunan əlvan metallara mis, alüminium, qalay, qurğuşun, maqnezium, titan və onların ərintiləri aiddir. Əlvan metallar təmiz halda çox nadir hallarda istifadə olunur. Əsasən,onlar ərintilər şəklində istifadə olunur. Əlvan metallar bahalı və qiymətli texniki materiallar hesab olunur.
Əlvan metalların və ərintilərin tərkibinə daxil olan legirləmə elementləri rus alifbasının böyük hərfləri ilə işarələnir: alüminium-A, berillium-Б, mis-М və s. Ərintinin xassələri tərkibindəki komponentlərin nisbətindən asılıdır.



  1. Mis

Mis. Xarakterik qırmızı rəngə malikdir. Təbiətdə sulfid birləşmələri şəklində olur.Ən təmiz misin tərkibində 99,99% mis və 0,01 % qarışıqlar olur. Mis yüksək plastikliyinə görə təzyiq altında həm isti, həm də soyuq vəziyyətdə yaxşı emal olunur. Texniki təmiz mis korroziyaya, yüksək elektrikkeçirməyə və istilikkeçirməyə dayanıqlıdır. Mis pis kəsilir. Tökmə zamanı çox yığışmasına görə tökmə xassələri yüksək deyil. Misdən yarımfabrikatlar- yaymalar, listlər, borular, məftillər istehsal olunur. Yüksək elektrikkeçirmə xassəsinə görə misdən elektrotexnika və elektron sənayesi üçün məftillər istehsal olunur. Təmiz halda atmosfer şəraitində korroziyaya qarşı yüksək dayanıqlıdır. Buna görə də bir çox yüksək əhəmiyyətə malik binalarda dam örtüyü kimi istifadə olunur. Misin qiyməti getdikcə artmaqdadır. Misin əsas ərintilərinə latun və tunc aiddir.



  1. Latun və tunc.

Latun. Bu misin sinklə ərintisidir. Sinklə yanaşı latunun tərkibində digər metallar-qurğuşun, qalay və nikel var. Ərintidə sinkin miqdarı 5%-dən 45%-ə qədər ola bilər. Sinkin miqdarından asılı olaraq latun qırmızı latuna və sarı latuna ayrılır. Sink misə nisbətən ucuzdur. Sinkin ərintiyə əlavə olunması onun mexaniki, həmçinin texnoloji xassələrini yaxşılaşdırır və ərintinin qiymətinin aşağı salınmasına imkan verir. Latun təzyiqlə yaxşı emal olunur. Mexaniki xassələri nisbətən yüksəkdir. Misə nisbətən latun korroziyaya daha yaxşı dayanıqlıdır. Temperatur artdıqca korroziyanın sürəti də artır. Korroziyanı yaradan amillərə nəmlik, ammonyak və havanın tərkibində olan kükürd qazı (SO2)aiddir. Bu səbəbdən latundan hazırlanan məmulatlar emal prosesindən sonra aşağı temperaturda yandırılır. Latunun markaları L ilə işarələnir. Markanın yanında misin miqdarı göstərilir.
Tunc. Bu, misin qalayla, qurğuşunla, aliminiumla və digər elementlərlə ərintisidir. Tuncun adı tərkibindəki ikinci komponentdən asılıdır. Məsələn qalaylı tunc, qurğuşunlu tunc, alüminiumlu tunc və s.
Tərkibində 2% qalay olan qırmızı tunc yüksək plastikliyə malik olur və belə tuncu normal temperaturda döymək mümkün olur. Tərkibində 15% qalay olan tunc isə bərk və möhkəm olur. Qədimdə bu tuncdan silah hazırlanırdı.
Tunc yüksək korroziyaya dayanıqlıdır və antifriksion xassələrə malikdir. Onlardan yastıqlar üçün içliklər və s. hazırlanır. Tuncun markalarında əvvəlcə T yazılır, sonra onun tərkibində olan metalların baş hərfləri verilir, daha sonra həmin metalların faizlə miqdarı verilir.




  1. Yüklə 36,5 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin