Konstruksiya materiallarının texnologiyası Konstruksiya materiallarının təsnifatı



Yüklə 36,5 Kb.
səhifə5/16
tarix08.06.2023
ölçüsü36,5 Kb.
#127925
növüKompozisiya
1   2   3   4   5   6   7   8   9   ...   16
Konstruksiya materiallarının texnologiyası -229PM

Poladın Termiki emalı metal və onun xəlitələrinin müəyyən temperatura qədər qızdırıb və soyutmaqla onun daxilində baş verən struktur dəyişikliyinin köməyi ilə mexaniki xassələrin dəyişdirilməsinə xidmət edən üsuldur. Termiki emal prosesinin əsas parametrləri maksimal qızdırma müddəti (tmax), həmin temperaturda saxlama müddəti (ts), qızma və soyuma müddətləri (tq, tsoy), həmçinin bu mərhələlərdə mövcud olan sürətlərdir (Vq, Vsoy). Termiki emal – Ərintinin struktur və xassələrinin dəyişdirilməsini təmin edən qızma, saxlama və verilmiş sürətlə soyudulmasından ibarət texnoloji prosesdir. Termiki emalın əsas növlərinə aşağıdakılar aiddir:
1. Tabalma- poladı müəyyən temperatura qədər qızdırıb, bu temperaturda saxlayıb, sonra isə zəif sürətlə (soba ilə birlikdə) soyutma prosesidir.
2. Tablandırma- paladin müəyyən temperatura qədər qızdırılaraq saxlanması və sonra da böyük sürətlə soyudulmasından ibarətdir
3. Tabəksiltmə - poladın bir az aşağı temperatura qədər qızdırılaraq həmin temperaturda saxlamaq və havada soyutmaqdan ibarətdir.
4. Normallaşdırma - tabalmadan fərqli olaraq soyutma prosesi sobadan kənar, sərbəst olaraq həyata keçirilir.



  1. Poladın əridilməsi üsulları.




  1. Çuqun.

Çuqun tərkibində 2%-dən çox karbon var. Çuqun yüksək tökmə xüsusiyyətinə malik olduğu üçün konstruksiya materiallarının hazırlanmasında tökmə üsulundan istifadə olunur. Tərkibində karbonun miqdarından asılı olaraq çuqun ağ, boz, yüksəkmöhkəm, və döyüləbilən olur.Təyinatına görə boz çuqun konstruksiya çuqunu adlanır. Boz çuqun maşınqayırma sənayesində geniş istifadə olunur. Metallurgiya sənayesində istehsal olunan boz çuqunun 11 markası məlumdur. Kimyəvi tərkibinə görə konstruksiya çuqunları karbonlu (dəmir və karbondan ibarət) və legirlənmiş ( xüsusən təmiz metallar) elementli olur. Tərkibində karbonun miqdarının çox olmasına görə çuqun mexaniki xassələrə görə poladdan fərqlənir. Belə ki, çuqun elastik olmadığı üçün onu plastik deformasiya ilə emal etmək olmur (döymə və s.). Çuqun yüksək tökmə xassələrinə malikdir. Çuqun məsaməli metaldır. O, yeməklərin bişirilmə prosesi zamanı yağları özünə hopdurma xüsusiyyətinə malikdir.


  1. Yüklə 36,5 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin