Gil və digər mineral materiallardan qəlibləmə və bişirmə yolu ilə hazırlanan materiallara keramik materiallar deyilir. Keramika qədim konstruksiya materialıdır. Aparılan arxeoloji qazıntılar nəticəsində eramızdan əvvəl 3-cü minilliyə məxsus keramikadan tikilmiş bina və digər tikililərin qalıqları aşkar edilmişdir. Məlum olduğu kimi yandırılmış gildən əşyaların hazırlanmasını insanlar eramızdan 29 min əvvəl artıq bilirdilər.
Keramika sözü yunan sözü olan “keramos”dan əmələ gəlib və gil deməkdir. Əslində keramika özü gilin, qumun, sirkonun və bir sıra təbii materialların qarışığıdır.
Gildən hazırlanmış qablar müalicəvi əhəmiyyətə malikdir. Bu, gilin təbii xassələri və böyük miqdarda günəş şüalarını udma qabiliyyəti ilə izah olunur. Gil bardaqlarda ərzaq məhsulları daha yaxşı qalır. Bu qablarda temperatur təbii yolla tənzimlənir. Məs, soyuq süd uzun müddət soyuq qalır. İsti çay isə çox gec soyuyur. Gil qabda bişən xörək isə daha yumşaq və dadlı olur.
Müasir dövrdə keramika yalnız interyerin dekorativ elementi kimi deyil, həmçinin texniki məqsədlər üçün də istifadə olunur: inşaatda, sənayedə, tibbdə. Stamotologiyada geniş istifadə olunan keramik diş koronkalarının hazırlanmasında təbii gillə yanaşı sirkon, metal ərintiləri də istifadə olunur.
Təbiətdə gil sarı, qırmızı, gonur (dəmir oksidli), qara (karbon qarışıqlı), boz (magnqzium oksidli), ağ (təmiz kaolin) rəngdə olur.
Keramik materiallar bir sıra əlamətlərinə görə təsnifatlaşdırılır. Təyinatına görə keramik materialların aşağıdakı növləri var: divar-hörgü materialları (kərpiclər, keramik daşlar, keramik bloklar, panellər), bəzək materialları, sanitar-gigiyenik materiallar (vannalar, unitazlar, çanaqlar və s.), damüstü materiallar (kirəmit), döşəmə materialları, örtük materialları, yol inşaat materialları, istilikizolyasiya materialları, odadavamlı materiallar, betonlar üçün doldurucu, dekorativ-bədii keramika və s.
Süni yandırılmış keramik materiallar.
Gil və digər mineral materiallardan qəlibləmə və bişirmə yolu ilə hazırlanan materiallara keramik materiallar deyilir. Keramika qədim konstruksiya materialıdır. Əslində keramika özü gilin, qumun, sirkonun və bir sıra təbii materialların qarışığıdır. Gildən hazırlanmış qablar müalicəvi əhəmiyyətə malikdir. Bu, gilin təbii xassələri və böyük miqdarda günəş şüalarını udma qabiliyyəti ilə izah olunur. Gil bardaqlarda ərzaq məhsulları daha yaxşı qalır.Stamotologiyada geniş istifadə olunan keramik diş koronkalarının hazırlanmasında təbii gillə yanaşı sirkon, metal ərintiləri də istifadə olunur. Təbiətdə gil sarı, qırmızı, gonur, qara, boz, ağ rəngdə olur. Yandırılmış süni keramik materiallar və məmulatlar 900-1300 οC temperatura qədər qızdırılmış gil kütləsindən alınır. Yandırılma nəticəsində gil kütləsi yaxşı möhkəmliyə, yüksək sıxlığa, suyadavamlılığa, şaxtayadavamlılığa və uzunömürlülüyə malik olan süni daşa çevrilir. Keramika tərkibinə əlavələr qatılmış gil kütləsindən alınır. Süni yandırılmış keramik materiallar gilin yüksək temperaturda emalı nəticəsində alınır. Gil kütləsinin plastikliyini artırmaq üçün ona plastik gillər və səthi akriv maddələr əlavə olunur. Damüstü keramit yağlı gildən 1000-1100 °С temperaturda yandırılmaqla alınır.