Konstruksiya materiallarının texnologiyası Konstruksiya materiallarının təsnifatı



Yüklə 36,5 Kb.
səhifə15/16
tarix08.06.2023
ölçüsü36,5 Kb.
#127925
növüKompozisiya
1   ...   8   9   10   11   12   13   14   15   16
Konstruksiya materiallarının texnologiyası -229PM

Kompozitlər.

Kompozisiya materialları təyyarələrin, raketlərin, energetika və nəqliyyat maşınlarının və s. İstehsalında geniş istifadə olunur. Kompozisiya materiallarının xüsusi möhkəmlik və xüsusi elastiklik modulu polad və alüminium ərintilərinə nisbətən 50-100% yüksəkdir. Kompozisiya materialları konstruksiyanın çəkisini 20-50% azaltmağa imkan verir. Kompozisiya materialları (KM) öz aralarında fiziki-kimyəvi əlaqələrlə bir çox kompozitlər çatışmamazlıqlara malikdir: qiyməti bahadır, anizotrop xassələrə malikdir, istehsalı yüksək elmi araşdırmalar tələb edir, istehsalı bahalı xammal və avadanlıqlar, elmi baza və inkişaf etmiş sənaye istehsalı tələb edir. Kompozitlər strukturuna görə bir neçə əsas sinfə ayrılır: lifli, laylı, dispers-möhkəmləndirilmiş, hissəciklərlə möhkəmləndirilmiş və nanokompozitlər. Kompozitlərin mexaniki xassələri liflərin istiqamətindən və konsentrasiyasından asılı olaraq dəyişə bilər.



  1. Armaturlu kompozitlər.

  2. Kompozisiya materiallarının təsnifatı.

Kompozitlər strukturuna görə bir neçə əsas sinfə ayrılır: lifli, laylı, dispers-möhkəmləndirilmiş, hissəciklərlə möhkəmləndirilmiş və nanokompozitlər.
Lifli kompozisiya materialları liflərlə və sapşəkilli kristallarla möhkəmləndirilir. Kompozitlərin mexaniki xassələri liflərin istiqamətindən və konsentrasiyasından asılı olaraq dəyişə bilər. Liflərlə materiala elektrikkeçirmə xassəsi vermək mümkündür.
Laylı kompozisiya materiallarında matrisa və doldurucu lay-lay yerləşir. Məsələn, xüsusi möhkəmliyə malik şüşədə möhkəmləndirici kimi bir neçə lay polimer təbəqə istifadə olunur.
Dispers kompozisiya materialları möhkəmləndirici materialların hissəcikləri ilə xarakterizə olunur. Onlar hissəciklərin dispersiya göstəriciləri ilə fərqlənir. Belə ki, dispers-möhkəmləndirici kompoizitlər onun həcminin 1÷15% təşkil edir. Hissəciklərin ölçüləri isə 0,01÷0,1 mkm olur. Ölçüləri 1 mkm olan halda hissəciklər kompozitin həcminin 20-25 %-ni təşkil edir. Nanokompozitlərin tərkibinə daxil olan hissəciklərin ölçüləri 10-100 nm olur.




  1. Yüklə 36,5 Kb.

    Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin