Кяримбяйли ширин ханым


NƏ GƏRƏK Kİ, BU QƏDƏR ÇƏKƏSƏN ƏZABI, BƏŞƏR



Yüklə 8,79 Mb.
səhifə83/92
tarix27.12.2018
ölçüsü8,79 Mb.
#86518
1   ...   79   80   81   82   83   84   85   86   ...   92

NƏ GƏRƏK Kİ, BU QƏDƏR ÇƏKƏSƏN ƏZABI, BƏŞƏR




Nə gərək ki, bu qədər çəkəsən əzabı, bəşər?


Kəsilibdi ahına yerlə-göyün tabı, bəşər.
Səni Xilqət yaradıb Adəmi qəhr etmək üçün,

Kinin aləm götürüb, dildə zəhər qabı, bəşər.


Ağrına, acına yaşlar axıdır göydə fələk,

Yoxdu bir ürəyinin dünyada heç babı, bəşər.


Min cürə rənglərə tutdun sinənin içini sən,

Qarə görür ya gözün, ya yaşıl, ya abı, bəşər.


Dərd çəkib məzarına aparır hey gündüzünü,

Günün gah atı qovur, gah da axsaq yabı, bəşər.
Tərəzinin gözünü əymisən öz əlin ilə,

İtib ağlından elə Allahın hesabı, bəşər.


Çoxu dinlərə baxır qanlı savaşlar üçün,

Çəkir ərşə fəqanı haqqın hər kitabı, bəşər.


Niyə Xilqətə tərəf baxmayır adəm uşağı,

İmanı kində boğur, başlar olub babı, bəşər.


Kim edib qul zamanın haqqına divanəliyi?

Gələr bir gün yetişər haqqın inqilabı, bəşər…


Şadimanı niyə bəs qoymadı gülməyə həyat?

Göstərə üzünü iblis, ata niqabı bəşər.

21. 08. 2003
YENƏ YAZ GƏLDİ GÜLÜR ÜZÜ VƏFANIN, BƏRİ GƏL
Yenə yaz gəldi gülür üzü vəfanın, bəri gəl,

Etməz heç hicrə sitəm indi cəfanın bəri gəl.


Atəşin könlə düşüb, günəşi heyrətdə qoyub,

Dunyada bir yeri yox nə bivəfanın, bəri gəl?


Səni Xaliq yaradıb eşqini məndə tapasan,

Çəkməyən məlhəmini bilməz səfanı, bəri gəl.


Bizi atəşə salan üzü də verər vüsalı,

Loğmanım yet könlümə, bul bu şəfanı, bəri gəl.


Açma heç qapını sən, dəyişər həsrət donunu,

Biçirlər cövrə düşənlər qiyafəni, bəri gəl.


Şadiman həm gecə, həm sübhü-sabah etdi nəzir,

Xilqətim hifz eləmiş bunca urfanı, bəri gəl.

5. 03. 2003


YENƏ KÖNLÜN İÇİNİ YAR ELƏ SEVDAYA SALIR

Yenə könlün içini yar elə sevdaya salır,


Eləyir eşqini car, könlümüzü vayə salır.
Yanıram atəşinə, çox çəkirəm xiffətini,

Mənə hicran gətirir, ürəyimi vayə salır.


Gecələr ərşə çəkir uyğumu həsrət əzabı,

Necə rəvadı bulur, canımı bu vaya salır?


Eşqə düşənlərə kim tapdı ki, cahanda dəva?

Mən taleyi kəmi yar, bir belə sevdaya salır.


Necə sultan elədi bağrıma hər kədərini?

Qovur can duyğumu ya, dəli axan çaya salır.


Deyirəm könlə, belə fitvasına uyma yadın,

Eləyir dilimi lal, başıma bir qaya salır.


Almayır zövqü-səfa, Şadimana, hicrə düşən,

Çevirib qəmi dağa, hər ahını aya salır.

8. 01. 2003
YENƏ GÖRDÜM ÜZÜVÜ, ÜZÜVƏ QURBAN MƏN OLUM
Yenə gördüm üzüvü, üzüvə qurban mən olum,

Gözüvün atəşi pak, gözüvə qurban mən olum.


Məşğul etmə ürəyi, bu qədər öz eşqin ilə,

Qalmayıb taqətim heç, sözüvə qurban mən olum.


Vurursan dəryaya baş, incimi tapmaq niyətin?

Dilüvün nitqi gözəl, sözüvə qurban mən olum.


Yenə könlüm içini tutmusan atəş oduna,

Elə şö’lə saçırsan gözüvə qurban mən olum.


Eləmə, Şadimana heç vədə hicran cövürü,

Salmısan könlümə iz, izüvə qurban mən olum.

5. 01. 2003

ŞAİR OLANIN, RUHUNA QANAD GƏRƏK OLSUN

Şair olanın ruhuna qanad gərək olsun,

Misrasına, hər sözünə bir dad gərək olsun.
Heç etməyə ilhamını təhqirlərə məruz,

İblisliyə, yaltağlığa qəlb yad gərək olsun.


Allahı verən fitrətə yar etsin ürəyi,

Ya pərvanə başa, ağlı abad gərək olsun.


İslatmaya kağızını mürəkkəbə əbəs,

İnsanlığa hər könüldə imdad gərək olsun.


Milləti düşəndə dərdü-bəlalara nalan,

Səmalara bülbül təki fəryad gərək olsun.


Tutsun Vətənin şərəfini özündən uca,

Hər xeyrinə, həm seyrinə can şad gərək olsun.


Ey Şadiman, misralarının paklığın qoru,

Öləndən sonra yazdığına ad gərək olsun.

2. 02. 2003
EYVAH, ÜRƏYİM OD TUTUB ATƏŞLƏRƏ YANDI
Eyvah, ürəyim od tutub atəşlərə yandı,

Nurlara boyandı.


Canım, ciyərim ah ilə aləmləri sardı,

Cismimə vardı.


Hər dərd çoxalıb könülmü tutdu günah ilə,

Güldü sabah ilə.


Gözdəki yaşım axdı və səhraları tutdu,

Çeşməni unutdu.


Batdı harayım sinədə ulduzlara bənzər,

Qəm canımı gəzər.


İnsandan olan şeytanın hər üzü aşikar,

Qəlbi edər şikar.


Ağladı gözüm, könlümü tutdu acı yaşım,

Dərdi çəkdi başım.


Ruhu bürüyüb ahlara oxşar qara matəm,

Rəbbim bu nə sitəm? !…

Rəbbimi bu nə sitəm? !…

29. 05. 2003


EY SƏBA, HİCRANIMA CANDAN QOPAN AH İSTƏRƏM

Ey səba, hicranıma candan qopan ah istərəm,

Üz tutub dərgahına necə xoş sabah istərəm?
Açılan qönçələrin mə’nası yalnız eşqidir,

Çəkilən eşqə cəfa, nədən ki, günah istərəm?


Ürəyim dərdə batıb yoxdu canımda hünərim,

Ağrıma şəfa bulan ümmanda Allah istərəm.


Qəm odu yaxdı məni, sinəmdə atəş görünür,

Gözlərim haqqı gəzir, bu haqqa dərgah istərəm.


Günə öz dərdi həyan, bir kimsəyə yoxdu ümmid,

Ya eşqi zülüm bilib, ya qəmi, eyvah, istərəm,


Ey səba, bu Şadiman ağrıların əsiridir,

Ağlayan ürəyimə tar üstə segah istərəm.

19. X11. 2004
CAN EDİR CANA BƏLA, CANIVA NƏ CAN YARAŞIR?
Can edir cana bəla, canuva nə can yaraşır?

Getməyir canla yola, ona nə ünvan yaraşır?


Gözdən axan yaşıma olmadı bir çarə, təbib,

Eylədin zənn ürəyə qəm dolu divan yaraşır.


Ahımın naləsinə göydə uçan quş dayanır,

Niyə mən bəxti kəmə zülmü çəkən an yaraşır?


Çəksin öz pərdəsini fələklərdən qarə bulud,

Olmasın təkliyə yar, ki ona karvan yaraşır.

Köç edib harə gedir eşqə düşən dəli könül?

Salmasın qanə canı bu eşqə sarvan yaraşır.


Bulma Şadimana ah, ah canı dustaq eləyir,

Tök ciyərimi çölə daha sənə qan yaraşır!…

20. X11. 2004

EY KÖNÜL, ŞÖVQƏ GƏLİB CANIMA PEYMAN İSTƏDÜN

Ey könül, şövqə gəlib canıma peyman istədün,

Özüvü dərdə salıb, bu dərdə dərman istədün.
Salmadın sayə müdam, ömürdə bir saniyə məni,

Düşərək qövür odüna, sonra da səhman istədün.


Mən canın əsiriyəm, sən də cana yağı nədən?

Niyə öz düşmənüvü tənüvə mehman istədün?


Qarə yeltək əsirsən yox daha axşam, səhərim,

Düşürüb qəmə canı bu cana loğman isdədün.


Şadiman biçarənin Rəbbinə bol məhəbbəti,

Atıb onu alova sən ona iman istədün.

20. X11. 2004


Yüklə 8,79 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin