Мцндярижат



Yüklə 4,15 Mb.
səhifə68/105
tarix10.01.2022
ölçüsü4,15 Mb.
#110698
1   ...   64   65   66   67   68   69   70   71   ...   105
Daxili xarici aləm

İnsan nə üçün dua edərkən üzünü yerə yox, göyə tutur? Axı, Allahı göydə axtarmaq elə yerdə axtarmaq qədər sadəlövh bir təsəvvürdür.

Lakin göyün bəlkə başqa, məcazi bir mənası da var­dır? Şərq və Qərb sim­volikalarına görə göy və yerin sətiraltı mənası nədən ibarətdir? Qədim türk­lərin Göy tanrıçılığı ilə mavi rəngin rəmziləşdirilməsi arasında nə kimi əla­qə vardır? Göy sadəcə həndəsi məkan, yaxud uzaqlara bir işarədirmi, yox­sa nə isə daha dərin bir mənanı ifadə edir? Göy bəlkə elə mənəvi dün­ya­nın ifadəsidir? Bütün elmi nailiyyətlərə bax­ma­yaraq, hələ də bir sirr olaraq qa­lan, «qapısı bağlı olan göylər» (S.Vurğun) elə məhz mənəvi dünya, ruh alə­mi deyilmi?

İnsan kosmosda, göyün ənginliyində nə axtarır? Doğrudanmı insanın əsas məqsədi göylərə qalxmaq, uzaq planetlərin və ulduzların sirrini öyrən­mək­dir? Yoxsa, uzaqlara gedən yol fırlanıb insanın özünə qayıdır?

İnsan üçün öz cismini öyrənmək kainatın quruluşunu bilməkdən daha maraqlı olmalı deyilmi? Yoxsa insan üçün bədən sadəcə təbiətin bir hissəsi və təbiət qanunlarının daşıyıcısı olmaqla maraq kəsb edir? Bəs o öz iç dünyasına öz bədəni vasitəsilə deyil, hansı yolla daxil olmalıdır?

Bəlkə İ.Götenin dediyi kimi, insan özünü doğrudan da ancaq dünyanı dərk etdiyi dərəcədə dərk edə bilər?

Min illərin fəlsəfi düşüncələri, nəhayət, belə bir qənaətə gətirir ki, in­sa­nın hissi dünyadan uzaqlaşaraq öz iç aləminə çəkilməsi də, onun dünyaya ya­xınlaşmaq, bu dünyanın ahəngini, qanunauyğunluqlarını daha dərindən öy­rənmək təcrübəsi də – fərqli istiqamətdə gedən proseslər olsa da, əslində eyni məqsədə xidmət edir. Fikir məkanı da həndəsi məkan kimi əyilir və dövrə qapananda özündən ayrılmış insan yenidən özünə qayıdır.

İnsan dünyanı öyrəndikcə, yaşadığı hissi dünyanın dərinliklərinə nü­fuz etdikcə özündən uzaqlaşmır, başqa bir yolla yenə özünə qayıdır. İnsanı özünə qaytarmalı olan yollardan biri daxili aləmdən, digəri təbiətdən, xarici aləm­dən keçir. Özünü öy­rənmək istəyən insanın qarşısında bu dünyaya yaxınlışmaq, yoxsa əksinə, ondan uzaqlaşmaq alternativi vardır. Bu yolların hansı daha optimaldır?

Artıq neçə əsrlərdir ki, insan onu əhatə edən aləm haqqında, hissi dün­ya haqqında məqsədyönlü şəkildə biliklər əldə edir və dünyanı öz maraq dai­rəsinə uyğun su­rət­də dəyiş­dirməyə çalışır. Bu, Qərb təfəkkürünün «anla­ma­dığın şeyə sahib ola bil­­məzsən» (İ.Göte) prinsipinə uyğun olan bir se­çim­dir. İ.Gö­te bu məqamda məhz bir qərbli kimi fikir yürüdür. Bir şərqli isə «ürə­yimə yatmayan mənim deyil», – deyərdi, anlamağı yox, duymağı, sev­mə­yi önə çəkərdi. Şərqliyə görə, dünyanın dərki və əməli surətdə də­yiş­di­ril­mə­si insan üçün kənar bir ha­disədir və onu özündən uzaqlaşdırır. Özünə ya­xın­laşmaq, özünü tapmaq üçün insan hər cür təcrübi və rasional biliyin tə­si­rindən xilas olaraq, ancaq qəlbinin səsini dinləməlidir.


Yüklə 4,15 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin