Мцндярижат



Yüklə 4,15 Mb.
səhifə65/105
tarix10.01.2022
ölçüsü4,15 Mb.
#110698
1   ...   61   62   63   64   65   66   67   68   ...   105
«Dahilərin divanı»

Artıq bir ildir ki, Azərbaycanda prezidentin sərəncamı ilə akademik Hey­dər Hüseynovun 100 illik yubileyi qeyd edilir və bu münasibətlə müx­tə­lif konfranslar, müzakirələr keçirilir. ANS TV-də də «Dahilərin divanı» ve­ri­lişinin növbəti buraxılışı Heydər Hüseynova həsr olunmuşdu.

Heydər Hüseynov irsinə kifayət qədər bələd olduğuma görə, mən bu ve­rilişə onun haqqında hansı isə əlavə bilgi almaqdan daha çox, sadəcə mü­a­sirlərimizin onu nə dərəcədə mənimsəyə və dəyərləndirə bildiklərini öy­rən­mək üçün baxdım. Baxdım və xeyli məyus oldum. Çünki mütəxəssis qis­min­də dəvət olunmuş şəxslər Heydər Hüseynovun xidmətlərindən bu də­rə­cə­də bixəbərdirlərsə, deməli, geniş ictimaiyyət daha çox xəbərsizdir.

Yeri gəlmişkən, «Dahilərin divanı» barədə. Xalqımızın mədəniyyət, fi­kir və qəhrəmanlıq tarixindən, böyük şəxsiyyətlərindən söhbət açan bu ve­ri­liş efiri bürüyən şoular kontekstində, heç şübhəsiz, müsbət təsir bağışlayır. Da­ha doğrusu, ideya özü müsbətdir. Amma təəssüf ki, bu ideyanın rea­li­za­si­yası yenə də şou elementlərinə söykənir. Əlbəttə, «həqiqət mübahisələrdə üzə çıxır», dialoq monoloqdan daha effektlidir. Bunları mən də qəbul edi­rəm. Efirdə geniş yayılmış yeknəsəq düşüncəni, hər şeyin ancaq çəhrayı rəng­də təqdimatını, monotonluğu bir tamaşaçı kimi mən də sevmirəm. Am­ma söhbət görkəmli şəxslərdən gedəndə fikir müstəvisində hərrac ele­ment­ləri xoş təsir bağışlamır. Yəni bir ifratdan uzaqlaşıb başqa ifrata keçmək də arzuolunmazdır. Mübahisələr, əlbəttə, olmalıdır, lakin sanki ssenari üzrə qu­raş­dırılmış şəkildə, həm də səthi yanaşmaların sayəsində deyil, dərinə getdikcə üzə çıxan fərqlərdən doğmalıdır.

Görünür, tamaşaçıların səviyyəsi haqqında pessimist münasibət o də­rə­cədə kök atmışdır ki, qarşıdurma, intriqa, dedi-qodu olmasa tamaşaçı bax­maz, – deyə ehtiyatlanmaq üzündən bu veriliş mahiyyətinə uyğun gəlməyən bir formada təqdim olunur. Buraya aparıcı diktatını, onun söhbətləri məhz öz istədiyi səmtə çəkmək və dəvət etdiyi şəxslərdən bir baş yuxarı olduğunu gös­tərmək cəhdlərini də əlavə etsək bu gözəl ideyanın əslində bir qədər təh­rif olunduğu daha çox nəzərə çarpar. Düzdür, haqqında bəhs etdiyimiz ve­rilişdə aparıcı həqiqətən dəvətlilərdən daha hazırlıqlı idi, lakin bu, apa­rı­cı­nın­mı üstünlüyündən, yoxsa dəvətlilərinmi hazırlıqsız gəlməsindən do­ğur­du, – deyə bilmərəm. Bircə şey aydın idi ki, Heydər Hüseynov nəinki dahi, heç ümumiyyətlə ciddi bir tədqiqatçı və təşkilatçı kimi də təqdim oluna bilmədi. Verilişdə onun Heydəgərlə, oxunduğu kimi desək, Haydeggerlə haqsız bir müqayisəsinə isə münasibət bildirməmək mümkün deyil.

Əgər dünya fəlsəfəsində Aristotel varsa, Dekart varsa, Kant varsa, Hay­­degger varsa, biz öz görkəmli fəlsəfə tədqiqatçılarımızı aşağıla­mal­ıyıq­mı, yaxud öz milli fəlsəfi fikrimizə biganəlikmi göstərməliyik? Bu gün Qərb dün­­yası yeni ideyalardan kasadlıq çəkirsə və üzünü yenidən Şərq fəlsəfəsinə tu­tursa, bizsə tərsinə, özümüzü öyrənməkdən imtinamı etməliyik? Bu başqa mə­sələ ki, biz gərək özümüzə qapanmayaq və dünya fəlsəfi fikrini də öy­rənək. Elə Haydeggeri də.



Yüklə 4,15 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin