Mirvariyə çevrilən ürək qanı


Dəbdəbədən qaçmaq mənim həyatımda çox böyük rol oynamışdır. Belə qeyri-zəruri təmtəraqlar insanı özünə qul edir. Bir ərəb şairi bu barədə belə deyib: 119



Yüklə 1,52 Mb.
səhifə189/239
tarix10.01.2022
ölçüsü1,52 Mb.
#109471
1   ...   185   186   187   188   189   190   191   192   ...   239
Dəbdəbədən qaçmaq mənim həyatımda çox böyük rol oynamışdır. Belə qeyri-zəruri təmtəraqlar insanı özünə qul edir. Bir ərəb şairi bu barədə belə deyib: 119

"Həyatın dəyərsiz vurğunluqları kişilərin boynunu əymiş, onları qul etmişdir". 119

Qum Elm Hövzəsində iki il dərs yoldaşım olmuş səmimi dostum Rəbbani Əmləşi bir dəfə yay tətilində Məşhədə gəldi. Mən onda Məşhəddə yaşayırdım, evim vardı, amma həmin vaxt bir neçə həftəliyə şəhərin yaxınlığında bir kənddə qalırdım. Məşhədin yaylaqlarında qalmaq ucuz başa gəlir, yay tətillərində hövzə tələbələri də adətən, Məşhəddəki həyatdan da ucuz başa gələn xərclə yaylaqların ev və ya otaqlarında qala bilirdilər. Ağa Rəbbaniyə dedim ki, bizim evimiz həftənin beş günü boşdur, orada qala bilərsiz. İki gündə isə İranın müxtəlif yerlərindən gəlmiş şəxslərlə dərslərimiz olur, səhərdən günortaya qədər ev gənclərlə dolurdu. 120

Evin açarını ona verib getdim. Bir neçə gündən sonra onu görəndə mənə təşəkkür edib dedi: "Mən elə bilirdim evinizdə hər bir şey var. Əgər əşyaları da yaylağa apardığınızı bilsəydim, otelə gedərdim". O, aramızdakı səmimi münasibəti göstərən tərzdə evdəki avadanlıq çatışmazlıqlarından şikayətləndi. Məsələni başa düşüb dedim: "Mən evdən yalnız bir neçə ədyal, bir qədər boşqab, bir kasa və bir neçə qaşıq götürmüşəm". Heyrətlə mənə baxıb dedi: "Nə danışırsan?!" Dedim: "Bəli, bizim əşyalarımız indi evdə gördüklərindən ibarətdir, bundan artıq bir şeyimiz yoxdur". Çox narahat oldu, başını yellədi və şikayətləndiyinə görə təəssüflənib bir söz dedi. Mən o sözü həmişə xatırlayıram. 120

Maddi vəziyyətimizə başqa bir nümunə üçün xalça ilə bağlı bir hadisəni danışım. Əksər İran evləri kimi bizim evimiz də xalça ilə döşənmişdi. Lakin xalçaların zəruri olmadığını görüb satdım, yalnız yoldaşımın qonaqlarının otağında iki xalça saxladım. Öz-özümə dedim ki, bu iki xalça yoldaşımın cehizindəki xalçaların əvəzinə qalsın. Xalçaları satmaq qərarını yoldaşımın ailəsinə bildirmədim. Onun qardaş və dayıları xalça ticarəti ilə məşğul idilər, bilirdim ki, onları satmağa qoymayacaqlar. Bu dəfə Məşhəddə yaşayan qardaşlardan birini – Hacı Səffarianı çağırıb dedim: "Bu xalçaları apar sat, əvəzinə bizə bir neçə nazik palaz al”. İranda nazik palazın qiyməti ucuz və həcmi azdır. O, "baş üstə" – deyib getdi, palazları gətirib üç otağa döşədi, çoxu da artıq qaldı. Üç otağa döşədiklərimiz doqquz parçadan çox deyildi, halbuki 14-15 parçası qalırdı. Tələbələrimdən Şəhid Kamyaba dedim ki, Hacı Səffarianın maşınına otur və bu palazları tələbələrimiz arasında böl; ehtiyaclarına uyğun olaraq, hər tələbəyə bir-ikisini ver. O, belə də etdi. Həmin palazlar bəlkə bəzi qardaşların evlərində hələ də qalır. 120

Şəhid Seyid Rza Kamyab (1950-1981) Məşhədin mübariz ruhanilərindən, Ayətullah Xameneinin tələbə və tərəfdarlarından olmuşdur. Onun rəhbərlə tanışlığı 1968-ci ildə Xorasanın Firdovs şəhərində zəlzələdən zərərçəkənlərə yardım zamanına qayıdır. O, güclü natiq idi, aydın İslam düşüncələri ilə inqilabın sürətləndirilməsində fəal iştirak edirdi, buna görə şah rejimi tərəfindən həbs olunmuşdu. O, inqilabdan sonra İslam Respublikası Partiyasının fəallarından oldu, 1981-ci ildə Məşhəddən millət vəkili seçildi və həmin ilin avqustunda münafiqlərin terror hücumu nəticəsində şəhadətə qovuşdu. 121



Yoldaşım bunu biləndə dedi: "Nə üçün mənim otağımdakı iki xalçanı saxlayıbsan?" Dedim ki, onlar sənin cehiz gətirdiyin xalçaların əvəzinədir. Dedi ki, yox, onları da sat. Hacı Səffariana xəbər yolladım, gəlib onları da apardı. Sonra yoldaşımın qonaq otağını iki kovrolitlə döşədik. Biz o zaman kovroliti nazik palazdan yaxşı bilirdik. Axırda yoldaşım iki kovroliti də satdı. Bu günə qədər evimizin döşənəcəyi yalnız həmin doqquz palazdan ibarətdir. Yalnız bir istisna var. Maraqlı olduğu üçün həmin istisna barədə danışacağam. 121

Xalçaları satandan sonra yoldaşımın dayı və qardaşları gəlib nə etdiyimizi gördülər, təəccüblənib məni danladılar. Onlar dedilər ki, xalça uzunömürlüdür, nazik palaz isə çürüyüb yeyiləcək. Bu iş nəinki zahidlik deyil, hətta bir növ israfçılıqdır. Onlara dedim: "Əvvəla, düşünmürəm ki, qənaət yalnız xalça almamaqda və nazik palaz almaqla bitir. Bəziləri məni özlərinə örnək saydıqlarına görə bu işi gördüm. Buna görə nazik palaz və ya kovrolit üstündə yaşamağı üstün tuturam". 122

Onların biri dedi: "Elə xalçalar var ki, nazik palazdan da ucuzdur. Nə üçün onlardan almadız?" Dedim ki, belə xalça da var? Dedi ki, bəli, ona keçəl xalça deyirlər. Elə xalçalar var ki, üzünün yunu gedib, yalnız bərk hissəsi qalıb. Əgər qənaət niyyətiniz varsa, belə xalçalar alın". Gedib iki keçəl xalça aldım. Onlar da indiyə qədər qalır. Dediyim istisna bunlardır. Bu iki xalça mənim ofisimdədir. İndi yaşadığım evin iki mərtəbəsi var: Bir mərtəbəsi ailə üçündür, ikinci mərtəbəsində isə bir iş otağım var, bir istirahət otağı, bir də böyük kitabxana otağı. Həmin iki keçəl xalça kitabxanaya sərilib. 122

Mən prezident olanda İslami Şura Məclisinin arxasındakı kiçik evdə yaşayırdım, həmin iki xalçanı da evə sərmişdik. Dostların biri gəlib onları görmüş, uşaqlardan soruşmuşdu ki, xalçanı nə üçün tərsinə sərmisiz? Uşaqlar gülüb demişdilər ki, bu, xalçanın arxası deyil, üzüdür. 122

Qeyd etdiyim kimi, evimizə aid çoxlu məsələlər var, amma demək istəmirəm. Təkrar edirəm ki, bunlar Allah-Taalanın bizə lütfüdür və mömin bir xanımın sayəsində mümkün olmuşdur. Onun dəbdəbəyə baxış tərzi böyük bir ruhdan irəli gəlir. Allah-Taala bu qadına belə bir ruh bəxş etmişdir. Əlbəttə, bu lütf həm də bizə şamil olur. Üzləşdiyim bütün ağır şəraitlərdə - həbs, işgəncə, sürgün və terror hadisələrində yoldaşımın üzündə sarsıntı və məyusluq əlaməti görməmişəm, möhkəm iradəsi bu yolda mənə ilham vermişdir. 122

Mərhum anam çox dözümlü, ayıq və möhkəm olsa da, bu həddə deyildi. Anam cəsur qadın idi, məni mübarizəyə həvəsləndirirdi. Mən ilk dəfə zindandan azad olunanda belə demişdi: "Oğlum, səninlə fəxr edirəm və bu yolda Allahdan sənə uğur diləyirəm". Lakin həbslər təkrarlandıqca ürəyi yanırdı, gəncliyimi həbsxanalarda keçirdiyimə görə gileylənirdi. Yoldaşımda isə heç vaxt dözümsüzlük görməmişəm. 123

Qayıdıram atamgildən evimizə getmək məsələsinə. Evə qayıdan kimi yoldaşım həbsxanaya hazırlaşmağıma kömək etməyə başladı. Hər dəfə həbs ehtimalım çoxalanda bəzi zəruri əşyaları əldə edib həbsxanaya girməyə hazırlaşırdım; paltarlarımı dəyişdirir, dırnaqlarımı tutur, saqqalımı qısaldırdım. Onda da bu işləri gördüm. 123

"İmam Həsənin (ə) sülhü" kitabının tərcüməsi yarımçıq qaldığına görə narahat idim. Mən onu tərcümə edirdim, nəşriyyat da tez çap olunmasını istəyirdi. Tərcümə etdiyim hissəni alıb çapxanaya verdilər, çap nümunələrini korrektə üçün mənə göndərdilər. Bu baxımdan, kitabın bir hissəsi çap olunmuşdu, bir hissəsi tərcümə olunmuşdu və yenidən baxılmalı idi, bir hissəsi isə hələ tərcüməni gözləyirdi. 123

Vərəqləri səliqə ilə ayırmağa başladım ki, həbs olunsam, lazımi hissəsini həbsxanaya gətirsinlər. Dedim ki, bəlkə həbsxanada işimi tamamlamağa imkan yaranar. Sonra nahar yeməyimi yeyib zöhr və əsr namazlarımı qıldım və SAVAK əməkdaşlarını gözləməyə başladım. Bu zaman yoldaşım dərin yuxuya getdi. 123

Həbsxanada oxumağa icazə verəcəklərini düşündüyüm bəzi kitabları ayırmaq üçün kitabxanama girdim. Orada beynimə bir fikir gəldi: Nə üçün gizlənib təhlükəsiz bir yerdə kitabın tərcüməsini bitirməyim?! Sonra da nə olacaqsa, olsun! Bir neçə dəfə Quranla istixarə etdim, bütün ayələr məni gizlənməyə həvəsləndirirdi. Misal üçün, bir ayədə belə deyilirdi: "(Süleyman) dedi: “Mən gözəlliyi (bu atları) Rəbbimin zikrindən dolayı sevirəm. Nəhayət, (o atlar) qeyb olub gizləndi". 124

Vərəqləri yığmağa başladım. Yoldaşımı yuxudan oyadıb fikrimi söylədim. Sevinib dedi: "Harada gizlənəcəksən?" Dedim ki, bilmirəm, amma kitabı tamamlamaq istəyirəm, mənim üçün dua et. Onunla sağollaşdım. Evin nəzarət altında olduğunu güman edirdim, amma heç kimi görmədim. 124

Şair dostum mərhum Qulamrza Qüdsigilə getdim. Günortanın istisində qapısını döydüyümü görüb təəccübləndi. Məsələni ona danışdım. Xoşgəldin dedi və məni görməyinə çox sevindi. Çünki mənim kimi o da İslam dərdi çəkirdi. İsrar etdi ki, onun evində qalıb işimi bitirim, amma qəbul etməyib dedim: "Mən dörd divar arasında qala bilmərəm. Elə yerə getmək istəyirəm ki, azad hərəkət edə bilim". Ona dedim ki, dostum ağa Cəfər Qumini çağırsın və gizli yer barədə onunla məsləhətləşək. O da İslam hərəkatını düşünənlərdən idi, illərlə bu yolda əzab-əziyyət çəkmişdi. 124

Ağa Cəfər Qüdsigilə gəldi. Məsləhətləşəndən sonra qərara gəldik ki, Məşhədin yaxınlığındakı yaylaqlardan olan Əxləməd kəndində qalım. Məşhəddən çıxmaq üçün istixarə etdim. Ora getməkdən ötrü də istixarə etdim. Hər iki istixarənin nəticəsi yaxşı və ümidverici oldu. 124

Avtomobili olan yaxınlarımdan birini çağırdım. Ağa Cəfər tək olmayım deyə, israrla mənimlə gəlmək istədi. Orada bir ay, ya da bir qədər artıq qalıb kitabı tamamladım, Həsən ağa Nəyyiri Tehraninin çap etməsi üçün Tehrana yolladım. 125

Həsən Nəyyiri Tehrani (1939-2006) kitab nəşri sahəsində fəallardan və Pəhləvi rejimi əleyhinə mübarizlərdən idi. O, həmin dövrün siyasi kitab və bəyanatlarının çapında mühüm rol oynayırdı, buna görə bir neçə dəfə həbs olunmuşdu. Mübarizə dövründə Ayətullah Xameneinin əsərləri onun tərəfindən çap olunurdu. 125



Əxləməddən Məşhədə qayıdıb adi həyatımı davam etdirdim. Ora-bura gedir, məclislərdə iştirak edirdim. Kiminsə məni təqib etdiyini görmədim. Öz-özümə dedim ki, yəqin məni həbs etmək fikirlərindən daşınıblar və onları qıcıqlandıran məsələ mühüm deyilmiş. Buna əmin olandan sonra gizlətdiklərimi öz yerlərinə qaytardım. Ancaq yanılırdım, çünki sentyabrda SAVAK yenə gəldi və məni həbs etdi. 125


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   185   186   187   188   189   190   191   192   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin