Mirvariyə çevrilən ürək qanı


Dünənki işgəncə verən, bugünkü dustaq



Yüklə 1,52 Mb.
səhifə89/239
tarix10.01.2022
ölçüsü1,52 Mb.
#109471
1   ...   85   86   87   88   89   90   91   92   ...   239

Dünənki işgəncə verən, bugünkü dustaq


İnqilabdan beş-altı ay sonra rəsmi bir işdən ötrü Tehrandan öz şəhərimiz Məşhədə getdim. O zaman İnqilab Şurasının üzvü, şuranın Müdafiə nazirliyində təmsilçisi və bir çox orqanlarda İmam Xomeyninin nümayəndəsi idim.

Allah-Taala istəyibmiş ki, zülm və əzab dolu illərdən sonra İslamın, müsəlmanların və Allah yolu mübarizlərinin başucalığı hissi ilə bu şəhərə girim. Şəhərin rəsmi şəxsləri məndən Mərkəzi İnqilab Komitəsinin binasına baxış keçirməyimi istədilər. O zaman şəhərlərin əsas işlərini inqilab komitələri görürdü. Dirçəliş partiyasının1 Məşhəddəki iqamətgahı bu komitəyə verilmişdi. Bir neçə mərtəbəli böyük və təmtəraqlı bina idi. Şahın partiyası üçün tikilmişdi, lakin Allah həmin partiyanı rüsvayçı şəkildə dağıtdı, bina inqilabçıların əlinə keçdi, onlar da Məşhəd Mərkəzi İnqilab Komitəsinin ofisinə çevirdilər.

Mənə dedilər ki, binanın axırıncı mərtəbəsi təhlükəli dustaqlar üçün ayrılmışdır. Onların adlarını çəkdilər. Çoxunu tanıyırdım. Onlardan biri Babayi idi. Onu Bürumənd də çağırırdılar. Bunların hansının öz soyadı olduğunu bilmirəm. O, beşinci həbsim zamanı mənə işgəncə verənlərdən idi.

"Sübhanəllah" deyib inqilab komitəsinin sədri və İmam Xomeyninin İmam Rzanın (ə) müqəddəs məqbərəsindəki nümayəndəsi ağa Təbəsi və Məşhədin icra hakimi ilə birgə komitənin binasına getdim. Həmin icra hakimi də mənimlə həbsxanada olmuş, işgəncəyə məruz qalmışdı.

Axırıncı mərtəbəyə qalxdıq. Dustaqlar böyük otaqlarda oturmuşdular. Otaqlarda küçəyə açılan və barmaqlığı olmayan böyük pəncərələr vardı. Bu otaqlar dustaqlara uyğun deyildi, çünki təhlükəli dustaq özünü pəncərədən ata bilərdi. Lakin inqilab komitəsinin məsul şəxsləri onların "yaşamağa daha həris" olduqlarını, özlərini pəncərədən atmayacaqlarını bilirdilər.

Otaqların birinin qapısı açıldı. Onların bəzisini tanıdım. Salam verib tövsiyə etdim ki, bildikləri bütün məlumatları söyləyib inqilabçılarla əməkdaşlıq etsinlər, devrilmiş rejimin qayıdacağına heç bir ümid bəsləməsinlər. Bildirdim ki, bu inqilab qalib gəlmişdir, Allahın izni ilə qələbələrini davam etdirəcək; odur ki görməli olduqları yeganə iş əməkdaşlıq etməkdir.

Bir nəfər otağın küncündə namaz qılırdı. Babayi idi. Dustaqlara dedim ki, bu, Babayidir? Dedilər ki, bəli. Dedim ki, onunla çoxlu xatirələrim var. Hamı ona baxdı, o isə rəkətlərin sayını artıra-artıra namazını davam etdirirdi, məndən qorxduğuna görə özünü yalançı bir namazla məşğul etməyə çalışırdı.

Başqa bir otağa keçib oradakı dustaqlara baş çəkdim, sonra əvvəlki otağa qayıdıb qapını açdım. Babayi məni görən kimi özünü itirdi, dayanmadan yalvarıb and içməyə başladı ki, nadan gənc olub və hakimiyyətə aldanıb. Dayanıb sözlərinə qulaq asdıqdan sonra dedim: "Yadındadır, həbsxanada mənimlə necə rəftar edirdin?! Yalnız birini yadına salıram: İşgəncə otağında məni söyə-söyə saqqalımdan tutub yerə yıxır, başımı təkrar-təkrar yerə çırpır, yenə saqqalımdan tutub qaldırırdın. Bu işi dəfələrlə təkrar etdin". Dedi ki, bəli, xatırlayıram.

Bu zaman yanımdakılar hirsləndilər, sakitləşdirməsəydim, bəlkə də işini bitirəcəkdilər. Sonra sözümə davam etdim: "Mən səni xilas etməyə hazıram və bilirsən ki, bunu bacararam. Ancaq bir şərti var: Gərək öz rəisinin gizləndiyi yeri söyləyəsən".

Babayidən soruşduğum rəis SAVAK-ın təhlükəli zabitlərindən idi. Məşhəd SAVAK-ının əsasını o qoymuş, əvvəldən sona qədər ona başçılıq etmişdi. Halbuki digər şəhərlərin rəisləri tez-tez dəyişdirilirdi. Məşhəd və hətta Xorasanla bağlı bütün informasiyalar SAVAK-ın bu mərkəzində toplanırdı. Məncə, Babayi onun harada olduğunu bilirdi. Çünki inqilabdan sonrakı günlərdə də əlaqələri olmuşdu. Lakin o, israrla bilmədiyini söyləyirdi. Sonra da dedi ki, məncə, İrandan qaçmışdır.

Hər halda, Babayi mühakimə və edam olundu. O, elə cinayətlər törətmişdi ki, hər birindən ötrü edama layiq idi. Axtardığımız rəis də bir neçə il gizlənəndən sonra tutulub həbs edildi.

Beşinci həbsim zamanı Babayinin həyasız əməllərindən çox şey xatırlayıram. Bayaq qeyd etdiyim işgəncədən bir gün sonra mənim kamerama gəldi. Kameranın içi çox qaranlıq olsa da, onu tanıdım. Dustaq olmayan birinin kameranın içində oturması qadağan idi, ancaq o, yerdə oturdu, hörmətlə halımı soruşmağa başlayıb dedi: "Ağa seyid, necəsən? Ümidvaram həbsxanadan acığın gəlməz. Mən sənə bir nəsihət vermək istəyirəm. O da budur ki, bildiyin hər şeyi söylə, bütün suallara aydın cavab ver. Yoxsa Allah eləməmiş, Allah eləməmiş, başına elə oyun açarlar ki, şəxsiyyətinə heç uyğun olmaz!"

Bir gün öncə məni ən ağır fiziki və psixoloji işgəncələrə məruz qoymuş bir adam mənimlə belə həyasızcasına danışırdı. Sözlərinə heç bir cavab verməyib güldüm. O da çıxıb getdi.


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin