Mirvariyə çevrilən ürək qanı



Yüklə 1,52 Mb.
səhifə86/239
tarix10.01.2022
ölçüsü1,52 Mb.
#109471
1   ...   82   83   84   85   86   87   88   89   ...   239

Eynək qadağası


Bir müddətdən sonra nəzarətçilərin biri mənə əşyalarımı toplamalı olduğumu söylədi, məni azca böyük, amma daha qaranlıq olan 14 saylı kameraya apardı. Orada əlimdəki təsbehi də görə bilmirdim. Ertəsi gün həbsxananın gündəlik rejimi ilə tanış oldum: Kameranın qapısı gündə üç dəfə yemək vaxtı açılırdı. Bir dəfə də qapını açıb dustağa kameranı süpürmək üçün süpürgə verirdilər.

Növbəti günün səhər saatları keçdi. Günorta yeməyini yeyib bir qədər yatdım. Oyananda nəzarətçini çağırıb dedim: "Məndə bir az pul var, istəyirəm mənə qarpız alasan”. Dedi ki, alaram. Bir qədər sonra qarpızı gətirdi. Soruşdum ki, bıçağın var? Dedi ki, var. Bıçaqla kameraya girdi. Həbsxana qanunlarına görə, bu iş yasaq idi, dustaq bıçağı alıb nəzarətçini vura bilərdi. Lakin keçmiş həbsxanalarda rastlaşdığım nəzarətçilər kimi, bu nəzarətçi də mənim belə bir iş görəcəyimi təsəvvür belə etmirdi. Nəzarətçi qarpızı kəsməyə başladı. Kameranın qapısı açıq idi. Bu zaman SAVAK əməkdaşlarından biri oradan keçəndə bizi görüb çox hirsləndi. Nəzarətçini çağırıb danlamağa, əməlinin necə təhlükəli olduğunu başa salmağa başladı. Sonra ona: "Eynəyini al, - dedi, - həbsxanada eynək taxmaq qadağandır!"

Nəzarətçi eynəyimi alıb qapını bağladı.

Kameranın qapısı açıq olanda dəhlizdə vəziyyətin qeyri-adi olduğunu görmüşdüm; çoxlu get-gəl vardı. Qapı bağlanandan sonra da eyni vəziyyət davam etdi. Kameraların qapısı açılıb-bağlanırdı. Bu səslərə qulaq asdığım yerdə birdən uzaqdan qışqırıq səsi gəldi; kimsə ən ağır işgəncə altında idi. Çox keçmədən bir kişini kamerasına tərəf sürüməyə başladılar. O, çox zarıyırdı. Qapının arasından baxmağa çalışdım. Tanıdığım bir ruhani idi. Saqqalını qırxmışdılar. Ona o qədər işgəncə vermişdilər ki, ayaq üstə dayana bilmirdi.




Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin