Nöqtələr
◘Gecə-gündüz beşik tək insan və digər mövcudları öz ağuşuna almışdır. Bəzi mövcudlar gecə, bəziləri isə gündüz istirahət edir.
Bildirişlər
1. Həm bütün varlıq aləmi, həm də ona nəzarət Allaha məxsusdur.
14. ﴿قُلْ أَغَيْرَ اللّهِ أَتَّخِذُ وَلِيًّا فَاطِرِ السَّمَاوَاتِ وَالأَرْضِ وَهُوَ يُطْعِمُ وَلاَ يُطْعَمُ قُلْ إِنِّي أُمِرْتُ أَنْ أَكُونَ أَوَّلَ مَنْ أَسْلَمَ وَلاَ تَكُونَنَّ مِنَ الْمُشْرِكَينَ﴾
“De ki, yoxsa Allahdan qeyrisini özünüzə rəhbər seçirsiniz? Halbuki O, göylərin və yerin yaradıcısıdır. Kimsə Ona yox, O hamıya təam verir. De ki, həqiqətən, mənə Onun əmrinə təslim olan ilk kəs olmaq əmr edilib. (Mənə deyilib ki,) heç vaxt müşriklərdən olma.”
Nöqtələr
◘Ayənin nazil olma şəni haqqında deyilir ki, Məkkə əhlindən bir qrupu Peyğəmbərə (s) dedi: “Sən fəqirlik səbəbindən bütlərə arxa çevirmisən. Biz sənin ehtiyaclarını ödəyərik, amma bizimlə müxalifətçilik etmə.” Ayə nazil oldu və həmin qrupa cavab verildi.
Bildirişlər
1. Xalqın düşüncəsini oyatmaq məqsədi ilə peyğəmbərin təbliğ və hidayət üsullarından biri sual formasında dəlillərin bəyanıdır.
2. İnsan üzləşdiyi ehtiyaclar və məhdudiyyətlər səbəbindən fitri olaraq himayədar və sığınacaq sorağındadır. Əsas məsələ odur ki, insan bu məqsədlə kimə üz tutur?
3. Allah göyü və yeri ilkin nümunə olmadan yaratmışdır. “Fatir” ilkin yaradan mənasını bildirir.
4. Ehtiyacları ödəmək Allahın vilayət şənindəndir.
5. Allahdan savay bütün varlıqlar ehtiyaclıdır.
6. Allah bəşəriyyətin həm xaliqi, həm də ruzi verəni olduğundan, insan Ona tabe olub vilayətini qəbul etməlidir.
7. Peyğəmbərə öz əqidəsini izhar etmək əmr olunur.
8. Rəhbər ayinlərin icrasında ilk addım atmalı və ən yüksək ixlasa, təslimçiliyə malik olmalıdır.
9. Allahdan qeyrisinin vilayətini, hakimiyyətini qəbul etmək şirkdir.
15. ﴿قُلْ إِنِّي أَخَافُ إِنْ عَصَيْتُ رَبِّي عَذَابَ يَوْمٍ عَظِيمٍ﴾
“De ki, Rəbbimə qarşı itaətsizlik etsəm, həqiqətən böyük günün əzabından qorxuram.”
Nöqtələr
◘Xof, qorxu iki növdür: cihaddan qorxu kimi bəyənilməmiş qorxu; ilahi əzabdan qorxu kimi bəyənilmiş qorxu.
Bildirişlər
1. İlahi qanunlar hamı üçün eynidir. Allahın peyğəmbəri də günaha yol versə, Onun bəlasından qorxmalıdır.
2. Allahın övliyaları tağutdan və xalqdan yox, Allahın qəzəbindən qorxurlar.
3. Allahın rübubiyyətinə diqqət insanın günahdan çəkinməsini tələb edir.
4. Cəza qorxusu büdrəmə və xatadan qoruyan amillərdəndir.
5. Allah rəsulunun qiyamət qorxusunu izhar etməsi başqalarının tərbiyəsində müsbət rola malikdir.
6. Başqalarını həvəsləndirib onlara vəd edərkən qiyamət hesabı inancından istifadə edin. (Əvvəlki ayənin nazilolma şənində bildirildi ki, peyğəmbərə öz dəvətindən əl çəkmək təklif olundu. Ona deyilirdi ki, əgər öz təbliğindən əl götürsə, ehtiyacları ödənilər. Amma peyğəmbər belə buyurdu: “Mən qiyamətdən qorxuram.”)
16. ﴿مَّن يُصْرَفْ عَنْهُ يَوْمَئِذٍ فَقَدْ رَحِمَهُ وَذَلِكَ الْفَوْزُ الْمُبِينُ﴾
“Həmin gün hər kəsdən ilahi əzab uzaqlaşdırılsa, şübhəsiz, ilahi rəhmətə çatmışdır və budur aşkar qurtuluş.”
Nöqtələr
◘Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Həyatım əlində olan Allaha and olsun, qiyamətdə kimsə öz əməlinə görə behiştə getməz.” Soruşdular: “Sizdəmi, ya rəsuləllah?” Həzrət buyurdu: “Allahın fəzl və rəhməti yetişməsə, hətta mən də!” Sonra mübarək əllərini başının üzərinə aparıb bu ayəni tilavət etdi.”1 Şübhəsiz ki, yalnız saleh əməllər və xeyirxah fərdlər ilahi rəhmətə nail olur.
Bildirişlər
1. Hamı üçün təhlükə var. İlahi əzabdan yalnız xüsusi lütf sayəsində qurtulmaq olar.
2. Allaha təslimçilik ilahi rəhmətə çatmaq zəminəsidir.
3. Allahın qəhr-qəzəbini yalnız Onun rəhmi aradan qaldıra bilər. Əməllərimizin qəbulu və övliyaların şəfaəti ilahi rəhmət təzahürlərindəndir.
17. ﴿وَإِن يَمْسَسْكَ اللّهُ بِضُرٍّ فَلاَ كَاشِفَ لَهُ إِلاَّ هُوَ وَإِن يَمْسَسْكَ بِخَيْرٍ فَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَديرٌ﴾
“Əgər Allah (sınaq, inkişaf və ya əməllərinin cəzası üçün) səni zərər-ziyanla üzləşdirsə, Özündən savay kimsə onu aradan qaldıra bilməz. Əgər sənə bir xeyir yetişsə, Onun hər şeyə gücü çatar.”
Bildirişlər
1. Bütün işlər bir mənbədən qidalanır. Xeyirin bir, şərin başqa bir mənbəsi yoxdur.
2. Bütün ümidlər Allaha bağlanmalı və bütün qorxular Ondan olmalıdır.
3. İlahi qanunlarda istisna yoxdur. Həzrət Peyğəmbər (s) də acı-şirin hadisələrdə diqqətini Allaha yönəltməlidir.
18. ﴿وَهُوَ الْقَاهِرُ فَوْقَ عِبَادِهِ وَهُوَ الْحَكِيمُ الْخَبِيرُ﴾
“Odur Öz bəndələrinə qalib və hakim olan. Odur hikmət sahibi və agah.”
Nöqtələr
◘Elə bir qələbə növü “qəhr” adlanır ki, qəhrə gələn qahir qarşısında zəlil olsun.
◘On dördüncü ayədə Allahın vilayət və ruzi verməsi bəyan olundu. 15-ci ayədə isə Allahın qəhr və qiyamətindən danışıldı. 16-cı ayədə ilahi qurtuluş və rəhmətə işarə edildi, 17-ci ayədə müşküllərin həlli və xeyirə çatmaq barədə danışıldı. Bu ayədə isə Allahın mütləq qüdrəti bəyan olunur.
Bildirişlər
1. Kimsədən qorxmayaq. Allahın qüdrəti bütün qüdrətlərin fövqündədir.
2. Allahın qüdrət və qəhri hikmət və elmlə müşayiət olunur.
3. Allahın xeyir və ya zərər yetirməsi onun hikmət və agahlığına əsaslanır.
19. ﴿قُلْ أَيُّ شَيْءٍ أَكْبَرُ شَهَادةً قُلِ اللّهِ شَهِيدٌ بِيْنِي وَبَيْنَكُمْ وَأُوحِيَ إِلَيَّ هَذَا الْقُرْآنُ لأُنذِرَكُم بِهِ وَمَن بَلَغَ أَئِنَّكُمْ لَتَشْهَدُونَ أَنَّ مَعَ اللّهِ آلِهَةً أُخْرَى قُل لاَّ أَشْهَدُ قُلْ إِنَّمَا هُوَ إِلَـهٌ وَاحِدٌ وَإِنَّنِي بَرِيءٌ مِّمَّا تُشْرِكُونَ﴾
“De ki, şahidliyə hansı mövcud daha üstün və daha böyükdür? De ki, Allah mənimlə sizin aranızda şahiddir. Bu Quran mənə vəhy olub ki, onunla sizə və bu bildirişin çatdığı hər bir kəsə xəbərdarlıq edəm. Siz şahid durursunuzmu ki, Allahla yanaşı başqa məbudlar da var? De ki, mən şəhadət vermirəm. De ki, həqiqətən, O, bir olan Allahdır və şübhəsiz, mən sizin şərik qoşduqlarınızdan uzağam.”
Dostları ilə paylaş: |