Yerətrafı orbitlərdə mexaniki çirklənmənin qarşısının alınması yollar. Bu məkanda texnogen obyektlərin sonrakı yığılması çox təhlükəlidir, çünki müəyyən böhran həddə çatdıqdan sonra qarşılıqlı toqquşma zamanı parçalanma səbəbindən onların sayının uçqun kimi artması başlaya bilər. Bu, bir müddətdən sonra kosmosdakı fəaliyyəti praktiki olaraq qeyri-mümkün edəcəkdir. Belə bir prosesin şərtlərinin, başlama vaxtının və sürətinin qiymətləndirilməsi çox fərqlidir, lakin yaxın kosmik məkanın çirklənməsini məhdudlaşdırmaq üçün təcili texniki və təşkilati tədbirlərin görülməsi mütəxəssislər arasında şübhə doğurmur.
Ən prioritet tədbirlər sırasına kosmik gəminin partlamasının istisna edilməsi, müşayiət olunan parçaların orbitə daxil olmasının məhdudlaşdırması və kosmosa paratların buraxılmasının sayının azaldılması daxildir. Artıq fəaliyyətini dayandıran kosmik gəminin iş orbitlərindən çıxarılması üçün tədbirlər görülür. Bu məqsədlə, aşağı orbitli kosmik gəmilər atmosferdə sürətli yanma üçün yavaşladılır və yüksək orbitli kosmik gəmilər, məsələn, geostasionar orbitdə (ekvator müstəvisində ~ 36000 km yüksəklikdə) yerləşərək digər kosmik aparatların işinə əngəl törətməmək şərti ilə uzun müddət fəaliyyət göstərə biləcəyi yeni parametrli başqa bir orbitə köçürülür. Müxtəlif kosmik "zibil toplayanlar" yaradılması layihələri də müzakirə olunur, lakin indiyə qədər bunların hamısı çox bahadır.
Yuxarıda göstərilənlərlə bəarbər, yerətrafı kosmik fəzanın mexaniki çirklənmədən mühafisəzi üçün aşağıdakılar da müxtəlif ölkə alimləri tərəfindən təklif olunur:
1) nəhəng metal torların köməyi ilə kosmik zibili zibil yığmaq;
2) kosmik zibili Yer planetindən daha da uzaqlara aparmaq və ya ion şüaları, yerüstü lazerlərdən istifadə edərək onların orbitlərini dəyişdirmək;
3) peyklərə quraşdırılmış lazerlərlə zibilləri yandırıb buxarlandırmaq;
4) onları böyük elektromaqnitlərə yer atmosferin atmaqla, orada yanmalarını həyata keçirmək;
5) yalnız sonrakı emal üçün onları bir yerə toplamaq;
6) xırda zibilləri tutma üçün Yerin ətrafında 30 km qalınlığında volfram tozunun buludunu səpmək.
Kosmikətrafı fəzanın mexaniki çirklənməsi üzrə monitorinq işləri aparılır. Məsələn, diametri ~ 10 sm-dən çox olan süni kosmik obyektlər yerüstü optik teleskoplar və radarların köməyi ilə mütəmadi olaraq izlənilir. Belə obyektlər haqqında məlumatlar xüsusi kataloqlara daxil edilir. Kiçik əşyaları yerüstü vasitələrlə müşahidə etmək çox çətindir. Onlar haqqında məlumatlar kosmik aparatlarda quraşdırılmış alətlərlə ölçmə yolu və hesablama modelləri əsasında əldə edilir.
Yer səthində belə problemin həlli üçün aşağıdakı tədbirləri həyata keçirmək olar:
•əhalini məlumatlandırmaq və təlimatlandırmaq üçün kompleks təşkilati və texniki tədbirlərin tətbiqi;
• tibbi müayinə proqramlarının həyata keçirilməsi;
• kosmik zibilin düşdüyü ərazilərdə kimyəvi monitorinqin aparılması;
•təhlükəyə məruz qalmış ərazinin kosmik zibildən təmizlənməsi;
•qida məhsullarının və heyvan yeminin keyfiyyətinə toksikoloji nəzarətin həyata keçirilməsi;
• təhlükəyə məruz qalmış ərazinin torpaqlarının zəhərli təsirlərdən təmizlənməsi və onların bərpası üzrə işlərin aparılması;
•raket texnikasında raket yanacaqlarının az zəhərli və zəhərli olmayan komponentlərinin hazırlanması və istifadəsi.