Mövzu №09. Kosmik nəqliyyatın ekologiyası [16, 25, 36]


Şəkil 6.5. Kosmik obyektlərin kosmosda



Yüklə 0,67 Mb.
səhifə6/10
tarix02.10.2022
ölçüsü0,67 Mb.
#118070
1   2   3   4   5   6   7   8   9   10
NE MOVZU-09 (2)

Şəkil 6.5. Kosmik obyektlərin kosmosda
paylanmasının kömpüter modeli (NASA-nın
məlumatlarına görə onlaırn 95%-i kosmik zibildir)

Kosmik zibilin və ya mexaniki çirklənmənin əsas təhlükələrinə aşağıdakıları aid etmək olar:


1) "Kosmik zibil"in əsas təhlükəsi orbital fraqmentlərin kosmik gəmilərlə toqquşmasının yüksək sürətləri ilə əlaqələndirilir. Kosmosda, 0.5 mm diametrli bir hissəcik, çox qatlı materialdan hazırlanmış skafandrı da (kosmik kostyumu) deşə bilər.
2) Kosmik zibil ilk növbədə kosmik gəmilərin özləri üçün təh­lükəlidir. Kosmik zibilin kosmikətrafı fəzada tədricən yığıl­ması ona gətirib çıxarmışdır ki, hazırda alçaq yerətrafı orbit­lərdə kosmik aparatların zibil və süni mənşəli kiçik hissəciklər ilə toqquşma ehtimalı təbii cisimlərə və eyni ölçülü hissəcik­lərə nisbətən daha yüksəkdir.
3) Yer planeti müxtəlif kosmik cisimlərin yandıqları at­mosferin sıx təbəqəsi tərəfindən qorunmasına baxmayaraq, onlar xüsusən də böyük hündürlüklərdə (18 km-ə qədər) uçan təyyarələr üçün təhlükəyə çevrilirlər, belə ki, yerə düşən aparat qırıntılarının kinetik enerjisi tam paylanıb yoxa çıxa bilmir.
4) Hər il üç-dörd peyk bu və ya digər yolla məhv olur. Lakin mütəxəssislərin ən çox ehtiyat et­diyi amil “kaskad effektinin” ola bilməsidir. Bu nəzəriyyəyə əsasən süni peykin kosmik zibillə toqquşmasından sonra ya­ra­nın qırıntılar hər hansısa bir vaxtda digər peyki dağıda və bu minvalla digər peyklər də zədələnə bilər. Nəticədə bütün kos­mik obyektlər kəskin metallik qırıntı və toksik yanacaqdan təş­kil olunmuş ölümcül buluda çevrilə bilər. Böyük kosmik obyektlərin toqquşması ehtimalı hələ çox az olsa da, belə hadisələr artıq məlumdur. Məsələn, 1996-cı ilin iyul ayında “Arian” raketinin son pillələri orbit hündürlüyü təq­ribən 670 km olan Fransız “Tseris” süni peykini zədələmiş, 2005-ci ilin yanvar ayında isə 880 km yüksəklikdə ABŞ-ın və Çinin müxtəlif illərdə kosmosa buraxdığı iki raketin qalıqla­rı­nın toqquşması baş vermişdir. 15 ildən çox davam edən “Mir” stansiyasının uçuşu zamanı böyük süni cisimlər bu stansiyaya 1-3 km məsafəyə qədər bir neçə dəfə yaxınlaşmışdı. Digər real katastrof isə 28 yanvar 2013-cü ildə Rusiyanın 7.5 ki­loqramlıq BLİTS elmi peykində baş vermişdir. O, orbitdə 4 il işlədikdən sonra 8 km/saat sürətlə hərəkət edən və kütləsi 0.017-0.019 qram olan kosmik zibillə toqquşduqdan sonra müx­təlif hissələrə dağılmışdır.
5) Süni kosmik obyektlərin yer səthinə düşməsi təhlükəsi də nə­zərə alınır. Məsələn, 1979-cu ildə Amerikanın “Skylab” or­bi­tal stansiyasının gözlənilmədən sürətli enməsi baş verdi. Xoş­bəxtlikdən, onun yanmamış zibilləri heç bir zərər vermə­dən Avstraliyanın az məskunlaşmış ərazilərinə düşdü. Analoji hal 1991-ci ildə Rusiyanın “Salyut-7” stansiyası üçün olmuş­dur. Bu fonda 2001-ci ilin martında “Mir” kompleksinin orbi­tindən idarə olunan enməsi daha az təhlükə yaratdı.
6) NASA-nın hesablamalarına görə yer səthində kimsənin sə­madan düşən qırıntı nəticəsində zədələnməsi ehtimalı 1:3200 təş­kil edir. Kosmosdan insan üzərinə düşən ən məşhur hadisə 1997-ci ildə ABŞ-ın Oklahoma ştatında baş vermişdir. Lotti Uilyams adlı bir gəzintidə olarkən səmada alovlu kürə və zolaq görmüş, bir az sonra isə çiynində ağrı hiss etmişdir. O, geri dö­nər­kən yerdə qəribə bir obyekt görmüşdür. Əllə toxunan za­man bir parça kimi hiss olunurdu, amma sıxdığı zaman isə me­tal kimi görünürdü. Sonradan məlum olmuşdur ki, bu qırıntı ABŞ HHQ-nin orbitə buraxdığı “Dekta II” peykinin yanacaq çə­ninin fraqmenti olmuşdur. Daha böyük obyektlər də Yerə dü­şür. Məsələn, 1978-ci ildə təxminən 900 kq ağırlığında Sovet “Kosmos-594” peyki Kanada ərazisinə düşdü. Xoşbəxtlikdən heç kim zərər görmədi.
Yuxarıda göstərilənlərlə bərabər, qeyd etmək olar ki, atmosferdə yandıqda, kosmik zibil yerli çirklənmə yaradır. Bununla birlikdə, mütəxəssislər süni tozun atmosferin yuxarı hissəsinə mümkün qlobal təsiri ilə bağlı narahatlıqlarını dilə gə­tirirlər. Həmçinin kosmik zibilin astronomik müşahidələr üçün yarada biləcəyi müdaxiləni də qiymətləndirirlər.

Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin