Mövzu №09. Kosmik nəqliyyatın ekologiyası [16, 25, 36]


Kosmik nəqliyyatın ekoloji problemlərinin əsasları



Yüklə 0,67 Mb.
səhifə4/10
tarix02.10.2022
ölçüsü0,67 Mb.
#118070
1   2   3   4   5   6   7   8   9   10
NE MOVZU-09 (2)

Kosmik nəqliyyatın ekoloji problemlərinin əsasları. İnsan fəaliyyətinin bir çox sahələrində olduğu kimi, kos­mik nəqliyyatda da əsas problemlər ardıcıl olaraq həll edilir, bunların hər biri kosmik tədqiqatın inkişafında və kosmik tex­nologiyaların praktiki istifadəsində mühüm bir mərhələni gös­tərir. Lakin, artıq XX əsrin 70-ci illərinin ortalarında raket və kos­mik texnologiyanın istismarı yaxın yerətrafı mühitin vəziyyə­tinə və əhalinin sağlamlığına əhəmiyyətli dərəcədə mənfi təsir göstərə biləcəyi məlum oldu və bu problemlə bağlı ciddi araşdırmalar aparmaq lazım gəldi.
Kosmik fəaliyyətlərdə ekoloji problemlərin bu qədər sürət­lə kəskinləşməsinin əsas səbəblərindən biri də kosmik mühitin son dərəcə havasız və ya seyrək olması və orada baş verən pro­seslərin enerji səviyyələri atmosferin yerətrafı məkanında baş verən pro­seslərlə müqayisədə çox aşağı olmasıdır. Bundan əlavə, kos­mos bəşəriyyət üçün sonsuz bir fəza kimi təsəvvür olunsa da, müxtəlif elmi və tətbiqi problemlərin həlli üçün hazırlanan kosmik apa­ratların işlədiyi kosmik məkanın ölçüləri o qədər də böyük olmadığı müəyyənləşdirildi. Bununla əlaqədar göstərmək olar ki, artıq yerətrafı "kos­mik yollarda" sıxlıq yaşanmağa başlamışdır. Artıq tam əsaslandırılmış formada yer­ət­rafı kosmik məkanın ekologiyası barədə də danışmaq olar. Bu məkan getdikcə intensiv təsərrüfat fəaliyyət yerinə çevrilməyə başlamış, kosmonavt və astronavtlar üçün birbaşa yaşayış mühiti rolunu (xüsusilə də uzunmüddətli orbital kosmik stan­siya­lar) oynamağa başlamışdır. Gələcəkdə, XXI əsrin böyük kosmik layihələrinin həyata keçi­ril­məsi ilə, Ay üzərində yaşayış bazalarının inşası, yaxınlıqdakı orbitlərdə sənaye və enerji komplekslərinin yaradılması və s. ilə insanların kosmosda iştirakı genişlənəcəkdir.
Bütün bunlar kosmik nəqliyyatın iştirakı olmadan mümkün deyil. Artıq kosmik məkanın mənimsənilməsinə başlanmasın­dan bu yana yerətrafı orbitə 26 minə yaxın obyekt daşın­mış­dır. Onlardan təxminən 17 mini atmosferdə tormozlanma sə­bə­bindən fəaliyyətini dayandırmış, 9 minə yaxını isə yerətrafı or­bitdə qalmaqdadır. Bunlardan ancaq 5-6%-i fəaliyyətdə olan kos­mik aparatların payına düşür, qalanları isə - işləməyən apa­ratlar və raket-daşıyıcıların sonuncu pillələri, həmçinin dağıl­mış məmulatların hissələridir. Kosmik orbitdə müx­təlif növlü texnogen obyektlərin sayının artması dinamiksı şə­kil 6.2-də göstərilmişdir.
Beləlikllə, göstərmək olar ki, yertrafı obrbitə texnogen ob­yektlərin daşınması üçün kosmik nəqliyyat növü formalaş­mış­dır və demək olar ki, müxtəlif təsərrüfat, elmi, hərbi məsə­lə­lərin həllində uğurla istifadə olunur.
Digər vacib ekoloji problemlərə həm kosmik fəzanın, həm də yer səthinin kosmik nəqliyyat növləri ilə çirklənməsi və insaların zədələnməsi və ölməsidir.
Kosmik nəqliyyatın yer səthində yaratdığı əsas ekoloji problemlərə aşağıdakıları aid etmək olar.
- ayrı-ayrı torpaq sahələrinin, yerüstü və yeraltı suların raket yanacaqlarının tərkib hissələri ilə çirklənməsi;
- raket-daşıyıcıların konstruksiyalarının ayrılan elemetnlərinin düşdüyü əraziləri zibilləməsi;
- orbitə çıxartma vasitələrinin pillələrinin yerə düşməsi zamanı partlayışlarn mümkünlüyü və lokan yanğın ocaqlarının əmələ gəlməsi ehtimalı;
-raket-daşıyıcıların ayrılan hissələrin yerə düşməsi və ya onların təxliyyəsi zamanı torpaq və bitki örtüyünün mexaniki zədələnməsi;
-yuxarıda göstərilən hər bir problemin insanların sağlamlığına və həyatına təhdidlərin yaranması.

Şəkil 6.2. Yerətrafı orbitdə texnogen obyektlərin sayının illər üzrə dəyişmə dinamikası: 1-ümumi say; 2-dağılmış obyektlərin hissələri; 3-kosmik aparatlar; 4-raket pillələri; 5-əməliyyat elementləri



Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin