Kosmik məkanın mexaniki zibillənməsi və ekoloji təhlükəsizlik tədbirləri. Bəşəriyyət üçün yerətrafı kosmik fəzadakı başlıca təhdidlər – kometalar, astreoidlər və kosmik zibillərdir. Məhz onlar (şəkil 6.6) əhali üçün ən böyük ziyan vura bilər.
Bu aspektdə əsas ekoloji problemlərdən biri yerətrafı kosmosun raket-kosmik texnologiyasının fraqmentləri ilə zibillənməsi problemidir. Belə ki, kosmik məkanın zibillənməsi prosesi aktiv ömrünü başa vurmuş kosmik aparatların sıradan çıxması və daşıyıcı raketlərin yüxarı pillələri hesabına baş verir. Məlumdur ki, hal-hazırda kosmosda bir neçə min belə obyekt var, onların sayı artır və getdikcə artan zibillənmə narahatlıq yaratmağa başlayır.
|
|
Şəkil 6.6. Yer kürəsi ətrafında kosmik fəzada fırlanan kosmik zibil
|
Ədəbiyyatda bu problem "kosmik zibil" və ya mexaniki çirklənmə problemi adlanır. Bəzi məlumatlara görə, 1991-ci ilin əvvəllərində kosmosda təqribən 7200 müşahidə olunan süni mənşəli obyekt var idi və bunların yalnız 5%-i işləyən kosmik gəmilər idi. Mexanik çirklənmə kosmikətrafı fəzada kosmik zibilin yığılması ilə əlaqəlidir. Bu termin rəsmi olaraq faydalı funksiyaları yerinə yetirməyən, kosmikətrafı fəzada yerləşən süni mənşəli cisimlərin təyin edilməsi üçün istifadə olunur. Kosmik zibilin tərkibinə öz işini həmişəlik dayandırmış kosmik gəmilər, orbitlərdə qalan raket-daşıyıcıların sonuncu pillələri, montaj elementləri, atılan qoruyucu örtüklər və s., həmçinin kosmik aparatın dağılması və istismarı zamanı yaranan parçalanmış məhsulların hissələri və yaranmış kiçik hissəciklər daxildir. Kosmik zibilin ümumi kütləsi təxminən 3000-3500 ton diapazonunda qiymətləndirilir.
Ümumiyyətlə isə, kömpüter modelləşdirilməsi yolu ilə müəyyən edilmişdir ki, Yer kürəsi ətrafında sürəti 30 min km/saata çatan 1.25 mlrd.-dan çox müxtəlif ölçülü obyektlər fırlanır (şəkil 6.5).
Dostları ilə paylaş: |