Çuğundur adi uzunburnu (Bothynoderes punctiventris G.) - Böcəklər (Coleoptera) dəstəsinin uzunburun böcəklər (Curculionidae) fəsiləsinə mənsubdur.
Yetkin fərd bozumtul-qonur rəngdədir. Ön qanadları üzərində nöqtələrdən ibarət 10 ədəd cərgə zolağı vardır. Uzunluğu 1,2-1,4 sm-dir.
Yumurtası ovalvaridir, sarımtıl ağ rəngdədir.
Sürfəsi ağdır, ayaqsızdır və qövsvari bükülmüşdür, axırıncı yaşda sürfənin uzunluğu 30 mm-ə çata bilir.
Zərərverici böcək fazasında torpağın üst qatında qışlayır. Yazda həmin qatda 10-120S temperatur olduğu zaman onlar qış yuxusundan oyanır və torpağın üst səthinə çıxırlar. Onlar əvvəlcə tərçiçəklilər fəsiləsinə mənsub olan bitkilərlə qidalanır, sonra isə çuğundur cücərtiləri üzərinə keçirlər. Böcəklər çuğundur yarpaqlarının ayəsini və saplaqlarını yeyir, nəticədə cücərtilər məhv olur.
Bir müddətdən sonra dişi fərdlər yumurta qoymağa başlayır. Yumurtalar cücərtilərin kökləri ətrafına torpağın üst səthində böcəyin xortumu ilə düzəltdiyi çökəkciyə qoyulur. Bir dişi böcək orta hesabla 200 ədədə qədər yumurta qoyur. Qoyulmuş yumurtalardan 7-10 gün sonra sürfələr çıxır. Sürfələrin inkişafı 2-3 ay çəkir. Bu müddət ərzində onlar çuğundur kökləri ilə qidalanır, orada çökəkciklər əmələ gətirir. Belə zədələnmiş bitkilər zəif inkişaf edir, bəzən də quruyub məhv olur.
İnkişafını başa çatdırmış sürfələr torpaqda yuva düzəldib orada pup halına keçir. Təxminən iki həftədən sonra puplardan böcəklər çıxır və oradaca qışlamaya gedir.
Zərərverici il ərzində bir nəsil verir.
Mübarizə tədbirləri.
1. Aqrotexniki tədbirlər həyata keçirilməlidir.
2. Ev quşlarından istifadə edilməlidir.
3. Səpin zamanı torpağa 30-35 kq/ha hesabilə 12%-li heksaxloran verilməlidir.
4. Qışlamadan çıxan böcəklərə qarşı 85%-li sevinins suspenziyası, vegetasiya dövründə 5%-li karate – 0,4 l/ha, 2,5%-li desis – 0,4 l/ha preparatlarının emulsiyası ilə çiləmə aparmaq olar.
Çuğundur birəcikləri. Bunlar böcəklər dəstəsi (Coleoptera), yarpaqyeyənlər (Chrysomelidae) fəsiləsinə mənsubdurlar.
Çuğundur bitkisi üzərində bir neçə növ birəciyə təsadüf edilir. Bunlardan qarabaşaq birəsi və çuğundur birəciyi daha çox zərər verir.
Birəciklər kiçik 1,5-2,5 mm böyüklükdə böcəkdir. Bədəni tutqun rəngdə, metal parlaqlığına malikdir. Dal ayaqları atlandırıcı tipdədir.
Birəciklər yetkin halda torpağın üst qatında və bitki qalıqları altında qışlayır. Yazda böcəklər qışlama yerlərindən çıxır, ilk dəfə alaq otları ilə qidalanır, sahədə çuğundur cücərtiləri əmələ gəldikdə onların üzərinə keçir. Cücərtilərlə qidalanan böcəklər yarpaqda kiçik çökəkciklər əmələ gətirir. Şiddətli surətdə zədələnən cücərtilər məhv olur.
Böcəklər bir müddət qidalandıqdan sonra cütləşmə prosesi gedir və dişi böcəklər bitki kökləri yaxınlığına yumurta qoyur, özləri isə yaşamırlar. Qoyulmuş yumurtalardan sürfələr çıxır və bitkinin kökü ilə qidalanır. İnkişafını başa çatdırmış sürfələr torpaqda pup halına keçirlər.
Yayın ortalarında puplardan yeni nəslin böcəkləri çıxır və bitkinin üzərinə daraşır. Bu dövrdə bitkilər xeyli inkişaf etdiyindən bir o qədər də zərər vura bilmirlər.
Payızda havaların soyuması ilə əlaqədar olaraq böcəklər qışlama yerlərinə gedirlər.
Mübarizə tədbirləri.
1. Aqrotexniki tədbirlər vaxtında yerinə yetirilməlidir.
2. Alaq otları müntəzəm olaraq məhv edilməlidir.
3. Qışlamadan çıxan böcəklərə, eləcə də 2-ci nəslin böcəklərinə qarşı mübarizədə 85%-li Sevin – 2,0 kq/ha, 5%-li karate – 0,4 l/ha, 2,5%-li desis preparatlarından istifadə etmək olar. Həmçinin Koru-alfa 0, 3 l/ha pestisidi də istifadə oluna bilər.
Sürfələrə qarşı mübarizədə səpindən qabaq torpağa 12%-li heksaxloran preparatından 30-40 kq torpağa verilməlidir.
Çuğundur bağacığı (Polymetrus cognatus F.) – Yarımsərtqanadlılar (Hemiptera) dəstəsinin ot bağacıqları (Miridae) fəsiləsinə mənsubdur.
Çuğundur bağacığı alabəzək rənglidir, uzunluğu 3-5 mm-dir.
Yumurtası ovalvaridir və sarımtıl rəngdədir. Zərərvericinin yumurtaları yonca, unluca, yovşan bitkiləri gövdəsi daxilinə qoyur. Yumurtadan çıxan sürfə çoxillik paxlalılarla qidalanıb inkişaf edir. İnkişafını başa çatdırmış yetkin fərdlər çuğundur sahələrinə uçurlar. Bir müddət çuğundur bitkisi ilə qidalandıqdan sonra dişi fərdlər gövdəyə, yarpaq damarlarına və saplaqlara yumurta qoyur. Yumurtadan çıxan sürfə bitkinin hüceyrə şirəsini sormaqla qidalanır. Zərərvericinin sonrakı nəslinin inkişafı əvvəlki nəsildə olduğu kimidir. İldə 2-3 nəsil verir.
Zərərvericinin yetkin və sürfələri qidalanarkən bitki hüceyrələrinə fermentlər buraxır və nəticədə bitki soluxur, yarpaqlar bükülür və əksər hallarda cücərti məhv olur.
Mübarizə tədbirləri.
1. Müntəzəm olaraq bağacığın qışladığı alaq otları dibdən çalınıb məhv edilməlidir.
2. Kimyəvi mübarizədə Bİ-58 – 2,0 l/ha, 2,5%-li desis – 0,4 l/ha, 35%-li fozalon – 1,2-2,0 l/ha, koru-alfa 0, 3 l/ha preparatlarının emulsiyası ilə çiləmə aparmaq olar.
Günəbaxanın zərəvericiləri
Günəbaxan odlucası (Homoesoma nebulellaH.)_- Kəpənklər dəstəsinin (Lepidoptera) odlucalar (Pyralididae) fəsiləsinin nümayəndəsidir.
Qanadlar açılan zaman 20-27 mm böyüklükdə kəpənəkdir. Qabaq qanadları arxa qanadlara nisbətən uzunsovdur, boz rəngdədir, yaxud bozumtul-sarıdır. Dal qanadları nisbətən enlidir, ağ rəngdədir və tutqun damarları vardır. Yumurtası südvari-ağ rəngdə olmaqla uzunsovdur. Uzunluğu 0,8 mm-dir.
Tırtılı açıq-bozdur, axırıncı yaşda 15 mm-ə qədər uzunluqda ola bilir.
Pupu 10-12 mm uzunluqda, açıq-qəhvəyi rəngdədir. İçərisində pup yerləşən ipək saplardan hazırlanmış möhkəm baramaları 12-17 mm uzunluqdadır.
Respublikanın günəbaxan bitkisi becərilən bütün rayonlarında çox miqdarda təsadüf edilən bu zərərverici ayrı-ayrı illərdə məhsula əsaslı surətdə zərərv urur. Respublikamızda bu zərərverici demək olar ki, öyrənilməyib.
Son tədqiqatlara görə zərərvericinin axırıncı yaş tırtılları torpağın üst qatında barama içərisində qışlayır. Yazın axırları, yayın əvvəllərində qışlamış tırtıllar puplaşırlar. Günəbaxan bitkisinin çiçəkləməsi dövründə puplardan kəpənəklər uçmağa başlayır və gecə həyat tərzi keçirməklə ilk əvvəl mürəkkəbçiçəkli və günəbaxanın çiçəyinin nektar şirəsi ilə qidalanır.
Dişi kəpənəklər 250-300 ədəd yumurta qoyur. Ymurtalar çiçək tozcuqları kənarının daxilinə bir-bir qoyulur. Qoyulmuş yumurtalardan 4-5 gündən sonra tırtıllar çıxır.
Tırtıllar ilk əvvəllər çiçəklərin müxtəlif hissələri ilə, üçüncü yaşdan sonra isə toxumların nüvəsi ilə qidalanırlar. Toxumların nüvəsi ya qismən və yaxud da tamamilə yeyilir. Zədələnən günəbaxan səbətlərinin ayrı-ayrı hissələri hörümçək torları ilə əhatə olunur, çirkli keçə təbəqəsi əmələ gəlir, ekskrementlə zibillənir. Tırtılın inkişafı 3-4 həftəyə başa çatır. İnkişafını başa çatdırmış tırtıllar torpağa düşərək puplaşmağa gedirlər. Zərərverici il ərzində 1-2 nəsil verir.
Mənfi iqtisadi əhəmiyyəti ondan ibarətdir ki, tırtılların çiçəklər və toxumların nüvəsi ilə qidalanması nəticəsində məhsul kəmiyyətcən azalır və onun keyfiyyəti pisləşir.
Mübarizə tədbirləri.
-
Mütərəqqi aqrotexniki tədbirlər həyata keçirilməlidir.
-
Zərərvericinin nisbi davamlı panser (qara tumlu günəbaxan) sortlarından istifadə edilməlidir.
-
Kimyəvi mübarizədə Rebaunt preparatındna istifadə etmək lazımdır.
Mövzu 11. Meyvə ağaclarının gəmirici zərərvericiləri və onlarla
mübarizə tədbirləri
İsmayılzadə N.N.
Məmmədov V.Ə.
PLAN:
-
Alma meyvəyeyəni, gavalı meyvəyeyəni və şərq meyvəyeyənin morfoloji quruluşu, bioloji xüsusiyyətləri, onlarla mübarizə tədbirləri.
-
Alma güvəsinin morfoloji quruluşu və bioloji xüsusiyyətləri, onunla mübarizə tədbirləri.
-
Üfunətli ağacovanı, qırışıqlı qabıqyeyən və alma şüşəqanad kəpənəyinin morfoloji quruluşu və bioloji xüsusiyyəti, onlarla mübarizə tədbirləri.
-
Uzunburun böcəklərdən alma çiçəkyeyəni və kazarkanın morfoloji quruluşu və bioloji xüsusiyyəti, onlarla mübarizə tədbirləri.
ƏDƏBİYYAT
-
Məmmədova S.R., Xəlilov B.B. – Kənd təsərrüfatı entomologiyası. Baki, 1986
-
Xəlilov B.B. – Azərbaycanda meyvə ağaclarının başlıca zərərvericiləri və onlarla mübarizə tədbirləri. Gəncə, 2002
-
Məmmədova S.R., Xəlilov B.B. – Meyvə və subtropik bitkilərin zərərvericiləri. Bakı, 1974
-
Горбацов И.В., Грилченко
В.В., Захваткин Ю.А. - Зашита растений отвредителей
-
Москва, 2002, 472с
GƏNCƏ - 2017
Mövzu 11. Meyvə ağaclarının gəmirici zərərvericiləri və onlarla
mübarizə tədbirləri
Alma meyvəyeyəni (Laspeyreisa pomonella L.) – Kəpənəklər dəstəsi (Lepidroptera), yarpaqbükənlər (Tortricidae) fəsiləsinin nümayəndəsidir.
Kəpənəyin rəngi bozdur, böyüklüyü 1,5-2 sm-dir. Yumurtası ağ süd rəngindədir.
Tırtılı çəhrayı rəngdədir. Axırıncı yaşda tırtılın böyüklüyü 18 mm-dir.
Pupu qəhvəyidir, uzunluğu 10-12 mm-dir.
Alma, armud, şaftalı,ə rik, nar və s. bitkilərə zərər vurur.
Zərərverici xüsusi barama içərisində axırıncı yaş tırtıl fazasında ağacların ölmüş qabığı altında və yarpaqlarında qışlayır. Qışlama əsasən ştambın torpağa yaxın hissəsində gedir. Yazda temperatur +100S-dən yuxarı olduqda tırtıllar pup halına keçir. Mayın axırında pupdan kəpənək uçur. Qışlamadan çıxan kəpənəklər yumurtalarını yarpaq üzərinə qoyur. Sonrakı nəslin dişi kəpənəyi isə yumurtasını meyvə üzərinə qoyur. Bir dişi fərd 150-yə qədər yumurta qoya bilir.
Yumurtanın embrional inkişafı 5-10 gündür.
Tırtıl 25-30 gün yaşayır və bu müddətdə 2-3 ədəd meyvəni zədələyir.inkişafını başa çatdırmış tırtıllar qabıq altında barama toxuyub, orada pup halına keçir və 7-8 gündən sonra pupdan 2-ci nəslin kəpənəkləri uçmağa başlayır. Kəpənəklər bir müddət qidalanır, sonra isə öz yumurtalarını alma meyvəsi üzərinə qoyur. İnkinci nəslin inkişafı da birinci nəsildəki kimi gedir.
İl ərzində 2 nəsil verir.
Mübarizə tədbirləri.
1. Ağacların əsasən ştambları ölmüş qabıqlardan təmizlənməli və bağdan çıxarılıb yandırılmalıdır. Oyuqlar və gövdə yarıqları gillə doldurulmalıdır.
2. Tökülən meyvələr müntəzəm olaraq 3-5 gündən bir toplanıb bağdan kənara çıxarılmalıdır.
3. Tutucu qurşaqlardan istifadə edilməlidir.
4. Cinsi feremon tələlərindən istifadə edilməlidir.
5. Hər bir nəslə qarşı Coragen 150-300 ml/ha, Avaunt 0,4 l/ha və fastak – 0,5-0,6 l/ha, dursban – 2,5 l/ha və s. emulsiyası ilə 2 dəfə çiləmə aparılması məsləhətdir.
Cavalı meyvəyeyəni (Grapholitha funebrana Tr.) - Kəpənəklər dəstəsi (Lepidroptera), yarpaqbükənlər (Tortricidae) fəsiləsinə mənsubdur.
Yetkin kəpənək boz rəngdədir. Böyüklüyü 12-17 mm-dir. Yumurtası ağ rəngdə olub, böyüklüyü 1 mm-dir.
Tırtılı çəhrayıdır, uzunluğu 12-15 mm-dir. Pupu açıq qəhvəyi rəngdədir, uzunluğu 6-7 mm-dir.
Həyat tərzi alma meyvəyeyənə oxşardır. Ancaq alma meyvəyeyəni tumlulara, gavalı meyvəyeyəni isə çəyirdəklilərə zərər vurur.
Zərərvericinin axırıncı yaş tırtılları barama içərisində torpaqda, xəzəl və bitki qalıqları altında qışlayır. Temperatur 15-170S-yə çatdıqda tırtıl pup halına keçir. Kəpənəklər bir aya qədər uçur və meyvə başlanğıcına, yarpağa yumurta qoyur. Yumurtanın embrional inkişafı 20-25 gün çəkir. Axırıncı yaş tırtıl torpağa düşüb pup halına keçir və 10-12 gündən sonra pupdan 2-ci nəslin kəpənəkləri uçur. İldə 2 nəsil verir.
Mübarizə tədbirləri.
1. Bitki qalıqları və xəzəl toplanıb sahədən çıxarılmalıdır. Cərgəarası şumlanmalı və ağacın dibi bellənməlidir.
2. Ştamba tutucu və öldürücü qurşaq bağlanmalıdır.
3. Alma meyvəyeyəninə qarşı aparılan mübarizədə istifadə edilən kimyəvi zəhərlərdən istifadə etmək olar.
Şərq meyvəyeyəni (Grapholitha molesta Busck) - Kəpənəklər dəstəsi (Lepidroptera), yarpaqbükənlər (Tortricidae) fəsiləsinə mənsubdur.
Kəpənəyin rəngi bozumtul-qonurdur. Qanadlar açılan zaman uzunluğu 12-14 mm-dir.
Yumurtası ovalvaridir, ağ rəngdədir və uzunluğu 0,4-0,5 mm-dir. Tırtılı çəhrayı rəngdədir, axırıncı yaşda uzunluğu 12 mm-dir.
Pupu qəhvəyidiri, böyüklüyü 8-10 mm-dir. Zərərverici daxili karantin obyektidir.
Şaftalıya, almaya, armuda, heyvaya və s. zərər vurur.
Zərərverici barama içərisində tırtıl fazasında, qabıq altında, gövdə yarpaqlarında qışlayır. Yazda tırtıl pup halına keçir və pupdan 6-11 gün sonra kəpənək uçur.
Yumurtalar yarpağın alt səthinə qoyulur. Yumurtadan çıxan tırtıl zoğun ucundan onun daxilinə keçib qidalanır.
Bir dişi fərd 35-40 ədəd yumurta qoya bilir. Bir nəslin inkişafı 30-35 gündür. İl ərzində 4-5 nəsil verir. Birinci və ikinci nəslin tırtılları zoğ və cavan budağa, üçüncü və dördüncü nəslin tırtılları isə şaftalı meyvəsinə zərər vurur.
Mübarizə tədbirləri.
1. Daxili karantin tədbirlərinə əməl edilməlidir.
2. Alma meyvəyeyəninə qarşı aparılan mübarizə tədbirləri tətbiq edilə bilər.
Alma güvəsi (Hyponomeuta malinella L.) - Kəpənəklər dəstəsi (Lepidroptera), güvələr fəsiləsinə (Uponomeutidae) mənsubdur.
Kəpənək gümüşü-boz rəngdədir, uzunluğu 18-20 mm-dir. Yumurtası ağ rəngdədir.
Tırtılı sarımtıl-bozdur, uzunluğu 12 mm-dir.
Zərərvericinin kiçik yaşlı tırtılları qabıq altında qışlayır. Yazda qışlamadan çıxan tırtıllar yarpaqlarla qidalanıb onları skletləşdirir və tor vasitəsilə yarpaqları bir-birinə dolayır.
Tırtıl 35-40 gün qidalanır və sonra düzəltdiyi ağ barama içərisində pup halına keçir. Pupdan 10-15 gün sonra kəpənək uçur. Kəpənək uçduqdan 8-10 gün sonra cütləşir və zoğun qabığı üzərinə yumurta qoyur. Bir dişi 80-ə qədər yumurta qoyur. Yumurtadan çıxan kiçik yaş tırtıl qışlamaya gedir. İldə bir nəsil verir.
Mübarizə tədbirləri.
1. İçərisində tırtıl və barama olan tor yumruları xüsusi alətlə kəsilib yığılmalı və məhv edilməlidir.
2. Entobakterin – 4 kq/ha və dendrobasilin – 4-5 kq/ha preparatlarının suspenziyası ilə çiləmə aparılmalıdır.
3. Kimyəvi mübarizədə Coragen 150-300 ml/ha, Avaunt 0,4 l/ha, Bİ-59 – 2 l/ha emulsiyası ilə çiləmə aparmaq məsləhətdir.
Üfunətli ağacovan (Cossus cossus L.) - Kəpənəklər dəstəsi (Lepidroptera), ağacovanlar (Cossidae) fəsiləsinə mənsubdur.
İri kəpənək olmaqla, qanadları açılan halda erkək fərdlər 70 mm, dişi fərdlərin uzunluğu isə 90 mm-dir. Rəngi bozdur, üzərindələkələr vardır. Yumurtası ovalvaridir, açıq-qəhvəyi rəngdədir.
Tırtılı qırmızıdır, uzunluğu 30 mm-dir.
Zərərvericinin tırtılı budaq və oduncaq içərisində qışlayır. Yazda pup halına keçir. Pupun inkişafı 12-20 gün çəkir.
Dişi fərdlər yumurtasını topa halında qabıqların qırışına qoyur. Bir dişi 800-1000 ədəd yumurta qoya bilir. Yumurtadan çıxan tırtıllar oduncağın içərisinə girir və onun özək hissəsi ilə qidalanır. Tırtıllar qidalanan zaman iyli-üfunətli maddə ifraz edir. Elə adı da buradan götürülmüşdür. Zərərverici 2-3 ildə bir nəsil verir.
Mübarizə tədbirləri.
1. Şiddətli yoluxmuş budaqlar kəsilərək bağdan kənara çıxarılmalıdır.
2. Tırtılın açdığı deşik vasitəsilə ya dixloretan buraxılmalı, ya da dixloretan pambığa hopdurulub deşikdən budağın içərisinə qoyulmalıdır və deşiyin üzəri gillə suvanmalıdır.
Alma şüşəqanad kəpənəyi (Synanthedon myopaeformis B.) - Kəpənəklər dəstəsi (Lepidroptera), şüşəqanad kəpənəklər (Aegeriidae) fəsiləsinə mənsubdur.
Yetkin kəpənəyin qanadları şüşə kimi parlaqdır. Uzunluğu 15-20 mm-dir, tünd mavi rəngdədir.
Yumurtası ovalvaridir, qızılı-qəhvəyi rəngdədir, uzunluğu 1 mm-dir.
Tırtılı sarımtıl rəngdədir, uzunluğu 20 mm-dir.
Zərərvericinin 1 və 2 illik tırtılları qabıq altında qışlayır. Yazda tırtıllar qidalanır və pup halına keçirlər. Pupun inkişafı 11-20 gün çəkir.
Dişi fərdlər yumurtalarını ağacların qabıqlarının qırış və yarıqlarına qoyur. Bir dişi 200-250 ədəd yumurta qoya bilir. Yumurtadan çıxan tırtıl qabıqlardan içəri daxil olur və canlı toxumaya qədər hərəkət edir.
Tırtıllar 2 dəfə qışlayır, sonra pup halına keçir. İki ildə 1 nəsil verir.
Alma çiçəkyeyəni (Anthonomus pomorum L.) – Böcəklər dəstəsi (Coleoptera), uzunburun böcəklər (Curculionidae) fəsiləsinə mənsubdur.
Böcəyin rəngi qonur-bozdur. Başı uzanaraq xortum şəklini almışdır. Uzunluğu 3,5-4,5 mm-dir.
Yumurtası ağ rəngdədir, ellips formasındadır.
Sürfə ayaqsızdır, ağ, yaxud sarı rəngdədir, uzunluğu uzunluğu 5-6 mm-dir.
Pupu azacıq sarımtıldır, qarıncığın nəhayətində çıxıntı şəklində mahmızı vardır.
Zərərverici böcək halında ağacın dibinə yaxın yerdə böcək halında torpağın üst qatında, bəzən xəzəl və bitki qalıqları altında qışlayır. Erkən yazda qışlamadan çıxan böcəklər ağaca dırmaşır və tumurcuqlarla qidalanır, onlarda deşiklər açır, oradan şirə açıxr. Dişi fərd xortumu ilə qönçədə deşik açıb yumurtasını onun daxilinə qoyur. Yumurtanın embrional inkişafı 5-10 gündür.
Yumurtadan çıxan sürfə 15-20 gün yaşayır. Sürfələr qidalanan zaman çiçəkdə olan erkək və dişiləri yeyir. Zədələnmiş qönçə və çiçəklər quruyub məhv olur. İnkişafını başa çatdırmış sürfələr zədələdiyi qönçə içərisində pup halına keçir və 7-12 gündən sonra böcək çıxır. İldə bir nəsil verir.
Mübarizə tədbirləri.
1. Bitki qalıqları sahədən çıxarılmalı və dərin dondurma (cərgəarası) şumu aparılmalıdır.
2. Ağacların dibi bellənməlidir.
3. Aqrotexniki tədbirlər vaxtında yerinə yetirilməlidir.
4. Tumurcuq dövründə kimyəvi mübarizə olaraq Lannate 1,8-2,2 l/ha, Sumi – alpha 1,5 l/ha preparatlarından istifadə oluna bilər.
Kazarka (Rhynchites Baccus L.) - Böcəklər dəstəsi (Coleoptera), uzunburun böcəklər (Curculionidae) fəsiləsinin nümayəndəsidir.
Yetkin böcək qırmızı mis rənginə, yaxud yaşıla çalan qızılı rəngdədir. Böcəyin başı uzanaraq xortum şəklini almışdır. Uzunluğu 4,5-6,5 mm-dir.
Yumurtası kiçikdir, ovalvaridir və şəffaf rənglidir. Sürfəsi ayaqsızdır, bədəni sarımtıl rəngdədir.
Zərərverici böcək halında torpağın üst qatında, bitki qalıqları altında qışlayır. Qışlamadan çıxan böcəklər tumurcuğu deşir və oradan çıxan şirə ilə qidalanır. Ən çox almaya zərər vurur. Dişi böcək yumurtanı qönçənin daxilinə tək-tək qoyur. Bir dişi 200-ə qədər yumurta qoya bilir. Yumurtanın embrional inkişafı 5-10 gündür. Sürfələr meyvələrin lətli hissəsi ilə qidalanır. Belə zədələnmiş meyvə tökülür.
İnkişafını başa çatdırmış sürfələr torpağa düşüb puplaşır. İldə 1 nəsil verir.
Mübarizə tədbirləri.
1. Ağaclar çadır üzərinə (yazda) silkələnməlidir. Tökülən böcəklər yığılaraq məhv edilməlidir.
2. Zədələnmiş meyvələr bağdan kənara çıxarılmalıdır.
3. Tumurcuq açılmağa başladığı dövrdə və çiçəkləmədən sonra 35%-li fozalon – 2,0 l/ha, 5%-li karate – 0,4-0,5 l/ha preparatlarının emulsiyası ilə çiləmə aparmaq məsləhətdir.
Qırışıqlı Qafqaz qabıqyeyəni (Scolytus rugulosus Rata) - Böcəklər dəstəsi (Coleoptera), qabıqyeyənlər (İpidae) fəsil əsinə mənsubdur.
Böcəyin bədəni qara rəngdədir, uzunluğu – 2,3-2,8 mm-dir. Qanadlarının üzəri qırışlıdır.
Yumurtası girdədir, ağ rəngdədir. Sürfəsi sarımtıl-ağ rəngdədir, bükülmüşdür, uzunluğu 4-4,5 mm-dir. Pupu ağ rəngdədir və sərbəstdir.
Zərərvericinin sürfələri ştamb və budaqların qabığı altında qışlayır. Yazda sürfə pup halına keçir və ondan böcəklər çıxır. Dişi böcək qabıqla oduncaq arasında iz açır və yumurtalarını ora qoyur. Bir dişi 50-100 ədəd yumurta qoya bilir. Yumurtadan çıxan sürfə qabıq və oduncaq hissədə qidalanaraq izlər (yollar) açır. İl ərzində 2 nəsil verir.
Mübarizə tədbirləri.
Bağlara düzgün qulluq edilməli, budama vaxtında aparılmalı, zədələnmiş budaqlar kəsilməli və yandırılmalı, ağacların ştambları və budaqları ölmüş qasıqlardan təmizlənməlidir.
Mövzu 10. Subtropik və sitrus bitkilərinin zərərvericiləri
və onlarla mübarizə tədbirləri
İsmayıl-zadə N.N.
Məmmədov V.Ə.
PLAN
-
Uzunsov çay yastıcası, yumşaq yalançı çanaqlı yastıca və zeytun yalançı çanaqlı yastıcası və çubuqşəkilli yastıcanın morfoloji quruluşu, bioloji xüsusiyyətləri, onlarla mübarizə tədbirləri.
-
Nar mənənəsi və nar meyvəyeyənin morfoloji quruluşu və bioloji xüsusiyyətləri, onlarla mübarizə tədbirləri.
-
Sitrus ağqanadlısı və sitrus qırmızı gənəsinin morfoloji quruluşu və bioloji xüsusiyyəti, onlarla mübarizə tədbirləri.
-
Çılpaq ilbizin morfoloji quruluşu və bioloji xüsusiyyəti, onunla mübarizə tədbirləri.
ƏDƏBİYYAT
-
Məmmədova S.R., Xəlilov B.B. – Kənd təsərrüfatı entomologiyası. Baki, 1986
-
Məmmədova S.R., Xəlilov B.B. – Meyvə və subtropik bitkilərin zərərvericiləri. Bakı, 1974
-
Səmədov N.H., İbrahimov H.R., Xəlilov B.B. – Azərbaycanda kənd təsərrüfatı bitkilərinin ziyanvericiləri və xəstəlikləri (Soraq kitabı). Bakı, 1965.
-
Горбацов И.В., Грилченко
-
В.В., Захваткин Ю.А. - Зашита растений отвредителей
-
Москва, 2002, 472с
GƏNCƏ – 2017
Mövzu 10. Subtropik və sitrus bitkilərinin zərərvericiləri
və onlarla mübarizə tədbirləri
Uzunsov çay yastıcası (Chloropulvinaria floccitera W.). – Bərabərqanadlılar dəstəsi (Homoptera), koksidlər (Coccidae) fəsiləsinə mənsubdur.
Yetkin dişi fərdin rəngi yaşılımtıl-sarıdır, uzunluğu 3 mm-dir.
Yumurtasını xüsusi kisə içərisinə qoqyur. Bu kisənin uzunluğu 12 mm-ə qədər olur.
Zərərvericinin 2-ci yaşda olan sürfələri çay və nəcib dəfnə yarpaqlarında qışlayır. Yazda aprelin 2-ci yarısında qışlamadan çıxan sürfələr yarpaq və zoğların şirəsini sormaqla qidalanır. Mayın ortalarına yaxın sürfələr yetkin hala keçir və 4-5 gündən sonra yumurta qoymağa başlayır. Həmin yumurtalardan mayın axırı, iyunun əvvəllərində sürfələr çıxır. Bir dişi fərd 830-a qədər yumurta qoyur.
Zərərverənlərin sürfələrinə kütləvi halda iyunun birinci ongünlüyündə rast gəlinir. Bəzən çay bitkisinin yarpaq məhsulu 25-60%-ə qədər azala bilir.
Mübarizə təbdirləri.
-
Əkin materialları ümumi qayda üzrə dezinfeksiya edilməlidir.
-
Zərərverici kütləvi çoxaldığı sahələrdə məhsul yığıldıqdan sonra (payızda) Bay bay preparatı (3-4 l/ha) çilənməlidir.
Yumşaq yalançı çanaqlı yastıca (Coccus hesperidum L.). - Bərabərqanadlılar dəstəsi (Homoptera), koksidlər (Coccidae) fəsiləsinə mənsubdur.
Yetkin fərdin bədəni yumurtavari olub, rəngi narıncı, yaxud sarımtıldır. Polifaqdır.
Zərərvericinin 1-ci və 2-ci yaşda olan sürfələri qışlayır.
Aprelin axırları, mayın əvvəllərində inkişafını başa çatdırmış, qışlamış sürfələr yetkin hala keçir. İyun ayının əvvəllərində birinci nəslin sürfələri kütləvi əmələ gəlməyə başlayır, 2-ci nəslin sürfələrinə avqust, 3-cü nəslin sürfələrinə isə oktyabrda təsadüf edilir.
Zərərverici bakirə üsulla çoxalır. Bir dişi fərd 360-a qədər sürfə verə bilir.
İl ərzində 3 nəsil verir.
Zərərverici bitkinin şirəsini sorur, nəticədə cavan bitkilər böyümə və inkişafı zəifləyir, məhsul verən ağaclarda isə zərərvericinin yarpaqlar üzərinə buraxdığı ifrazatında saprofit göbələklər çoxalır, onları çirkləndirir və əmtəəlik dəyərini aşağı salır.
Dostları ilə paylaş: |