Mövzu Entomologiya və kənd təsərrüfatı bitkilərinə zərərverən canlılar haqqında anlayış, onların növ tərkibi, çoxalma və inkişafı. Zədə və zərər. Plan



Yüklə 1,67 Mb.
səhifə2/10
tarix03.06.2018
ölçüsü1,67 Mb.
#52511
1   2   3   4   5   6   7   8   9   10

PLAN:


  1. Aqrotexniki mübarizə üsulu

  2. Bioloji mübarizə üsulu

  3. Fiziki mübarizə üsulu

  4. Mexaniki mübarizə üsulu

  5. Kimyəvi mübarizə üsulu

  6. Karantin əsasları



ƏDƏBİYYAT

1. Məmmədova S.R. – Kənd təsərrüfatı entomologiyası. Bakı – 1986.

B.B.Xəlilov
2. Ağayev B.İ. - Ümumi entomologiya. Bakı, 2004
3. Dünyamalıyev M.Z. - Karantin və xüsusi təhlükəli zərərli orqanizmlər.

Eyvazov Ə.Q. Əhmədov S.Ə.və s.Bakı, «Nurlan», 2008




  1. Горбацов И.В., Грилченко

В.В., Захваткин Ю.А. - Зашита растений отвредителей

Москва, 2002, 472с


GƏNCƏ - 2017

Mövzu 3. Kənd təsərrüfatı bitkiləri zərərvericilərinə

qarşı aparılan mübarizə üsulları.
Kənd təsərrüfatı bitkiləri zərərvericilərinə qarşı müasir dövrdə müxtəlif xarakterli mübarizə üsullarından istifadə edilir. tətbiq edilən mübarizə tədbirlərindən aşağıdakıları göstərmək olar:

  1. Aqrotexniki mübarizə üsulu

  2. Bioloji mübarizə üsulu

  3. Fiziki mübarizə üsulu

  4. Mexaniki mübarizə üsulu

  5. Kimyəvi mübarizə üsulu

  6. Karantin əsasları

Təsərrüfatın şəraitindən, bitkinin xüsusiyyətindən və zərərvericinin inkişafından asılı olaraq bu mübarizə üsullarının müəyyən qədər dəyişdirilməsi mümkündür.

Göstərilən mübarizə üsullarının hər biri zərərvericilərlə mübarizədə həm qarşıalıcı həm də qırıcı tədbirlər məqsədini güdür.

Qarşıalıcı mübarizədə məqsəd elə şərait yaratmaqdan ibarətdir ki, zərərvericinin artıb çoxalması üçün əlverişsiz şərait yaradılsın, o, sürətlə inkişaf edib kənd təsərrüfatı bitkilərinə zərər verə bilməsin.

Qırıcı mübarizə tədbiri isə zərərverici sürətlə artdıqda və bitki üçün təhlükəli olduqda tətbiq edilir.

Bir zərərvericini və ya zərərverici qrupunu məhv etmək üçün yuxarıda göstərdiyimiz mübarizə üsullarının biri digərini müntəzəm surətdə əvəz etməlidir. Belə olduqda mübarizə tədbiri yüksək səmərə verə bilər.
I. Aqrotexniki mübarizə üsulu
Kənd təsərrüfatı bitkiləri zərərvericilərinə qarşı mübarizədə istifadə edilən mübarizə üsulları içərisində əsas yeri aqrotexniki mübarizə üsulu tutur.

Zərərvericilərin miqdarının azalmasında aşağıdakı aqrotexnpiki tədbirlər tətbiq edilir:

1. Növbəli əkin – sisteminin tətbiqi nəticəsində zərərvericilərin miqdarı azalır. Məlumdur ki, bir sıra zərərvericilər bir bitki fəsiləsinə mənsub olan (monofaq) və yaxud bir neçə qohum bitki ilə (oliqofaq) qidalanır.

Müəyyən bir tarlada bir neçə il daldbadal eyni bir bitki əkilərsə, o zaman həmin bitki ilə qidalanan zərərvericilərin miqdarı kütləvi surətdə çoxalır və bitkiyə böyük zərər vurur.

Düzgün növbəli əkin sisteminin tətbiqi nəticəsində zərərvericinin çoxu xüsusilə monofaq və oliqofaq zərərvericilər məhv olur. Məlumdur ki, yonca yarpaq uzunburun böcəyi bir neçə il ərzində çoxalır və onun sürfəsi monofaq olduğundan, yəni yalnız yonca bitkisi ilə qidalandığından o, bitki üzəroində yaşayır. Odur ki, bir tarlada yonca uzun müddət saxlandıqda zərərvericinin sürfələri artıb çoxalır və kəskin surətdə zərər vurur. Ona görə də 5-6 illik yonca əkinində 1-2 illiklərə nisbətən sürfənin miqdarı artır və bitki çox zədələnir.

2. Torpağın becərilməsi – Torpağın dərin şum edilməsi nəticəsində bitkilərin inkişafı üçün bütün prosesləri yaratmaqla, torpaqda olan pambıq sovkasının puplarına, məftil qurdlarına, danadişiyə, lövhəbığ böcəklərin sürfələrinə və s. zrərvericilərə yaşayış üçün əlverişli olmayan şərait yaradır və onlara müəyyən qədər öldürücü təsir edir.

Torpağın becərilməsi zərərvericilərə aşağıdakı istiqamətdə təsir edir:

- Zərərvericilərin qida mənbəsini ləğv etməklə bitkilərin alaqlardan təmizlənməst, bitki qalıqlarının məhv edilməsi;

- Zərərvericiyə bilavasitə mexaniki təsir göstərir. Belə ki, becərmə alətləri ilə zərərverici mexaniki surətdə əzilir və ya zədələnir. Bundan başqa zərərvericinin torpaq səthinə çıxan yolu pozulur və torpağın dərin qatına düşərək oradan çıxa bilmir.

Bundan başqa cərgəaraları becərildikdə də yuxarıda göstərilən proseslər təkrar olur, zərərvericilərin inkişafı pozulur və onlar normal yaşaya bilmirlər.

3. Alaq otlarının məhv edilməsi – alaq otlarının məhv edilməsi mədəni bitkilərin inkişafına yaxşı təsir götərir. Belə ki, onlar torpaqda olan qida maddələrini mənimsəyir, mədəni bitkilərə kölgə salır, toxumu zibilləyir və nəhayət kənd təsərrüfatı işlərini mürəkkəbləşdirir, eləcə də zərərvericilərin kütləvi çoxalması üçün əlverişli şərait yaradır.

Kənd təsərrüfatına zərər verən bir çox zərərvericilər öz inkişaflarının ilk mərhələsini alaq otları üzərində keçirir və sonra mədəni bitkiləri yoluxdurur (məsələn, mənənələr).

Alaq otları ilin müxtəlif fəsillərində zərərvericilər üçün qida mənbəyi, qışlama və sığınacaq yeridir.

Erkən yazda hələ pambıq cücərtiləri çıxmamış qışlama yerlərindən çıxan hörümçək gənələri, mənənələr və tripis sahənin kənarlarında, dincə qoyulmuş sahələrdə, arxların kənarlarında və s. yerlərdə bitən bir sıra alaq otları üzərində qidalanaraq inkişaf edib çoxalır. Pambıq cücərtiləri yarpaqlayarkən həmin zərərvericilər alaq otları üzərindən pambıq bitkisi üzərinə keçirlər və zərər vururlar.

Bu göstərilənlərdən aydın olur ki, alaq otlarını həm əkin sahəsində, həm də onun kənarlarında vaxtında məhv etmək çox mühüm aqrotexniki tədbirdir.

4. Gübrələmə – Mineral və üzvi gübrələrin verilməsi nəticəsində bitki yaxşı inkişaf edir və zərərvericiyə qarşı davamlı olmaqla, ona vurulan ziyan o qədər də nəzərə çarpmır. Bəzən gübrələrdən zərərvericinin məhv etməkdə istifadə edilir. Məsələn, superfosfatla ilbizləri məhv etmək olur. Gecələr çılpaq ilbiz qidalanan zaman superfosfat tarlaya dağıdılır. İlbizin bədəni üzərinə düşən gübrə kontakt təsir edib, onu məhv edir.

5. Bitki qalıqlarının məhv edilməsisahədən məhsul yığıldıqdan sonra bir sıra zərərvericilər tarlada qalan bitki qalıqları altında özlərinə sığınacaq tapırlar məsələn, hörümçək gənəsi, tripslər, mənənələr və s. bunlar bitki qalıqları altında qışlayırlar. Bitki qalıqları sahədən çıxarıldıqda göstərilən zərərvericilərin miqdarı azalır.

II. Bioloji mübarizə üsulu
Bioloji mübarizə canlılar arasında gedən mübarizəyə əsaslanır, daha doğrusu, bu mübarizədə bir canlının digər canlıya qarşı tətbiqi nəzərdə tutulur.

Bioloji mübarizə üsulu digər mübarizə üsulu ilə müqayisə edilərsə, onun üstün cəhətləri vardır. Belə ki, bu mübarizənin tətbiqi ucuz başa çatır, insan, heyvanlar və bitkilər üçün zərərsizdir, atmosferi çirkləndirmir. Bioloji mübarizədə əksər hallarda zərərverici hələ bitkini zədələnməsindən əvvəl onu məhv edir.

Bioloji mübarizədə tüfeyli və yırtıcı həşəratdan, həşəratla qidalanan yırtıcı quşlardan və ev toyuqlarından istifadə edilir.

Tüfeyli həşəratlarkənd təsərrüfatı bitkiləri zərərvericilərinin məhv edilməsində tüfeyli həşəratların böyük rolu vardır.

Zərərvericilərə qarşı mübarizədə tüfeylilərdən istifadə edilməsi o zaman yaxşı fayda verir ki, təbiətdə tüfeylilərin həyat fəaliyyəti üçün əlverişli şərait olsun. Bunu nəzərə alıb ilk növbədə zərərvericilər əleyhinə yerli tüfeylilərdən istifadə edilməlidir.

Yerli tüfeyli həşərata misal olaraq yumurta yeyən trixoqrammanı, habrobrakon minicisini, telenomusu, apantelesi və s. göstərmək olar.

Trixoqramma olduqca kiçik həşərat olub 0,5-0,8 mm uzunluqdadır. Tüfeyli zərərverici həşəratların yumurtaları ilə qidalanır. Bu tüfeyli həşərat yumurtasını müxtəlif kəpənəklərin – pambıq sovkası, alma meyvəyeyəni, qarğıdalı gövdə kəpənəyinin, payızlıq əkin sovkası, karadrinanın, çəmən kəpənəyi və s. yumurtası içərisinə qoyur. Tüfeylinin qoyduğu yumurtadan çıxan sürfə zərərvericinin yumurtasının daxili möhtəviyyatını yeyib, onu məhv edir.

Telenomus tüfeylisi taxıl bitkisinin təhlükəli zərərvericisi ziyankar bağacığın yumurtasını yoluxdurur. Daxili tüfeylidir.

Afelinus tüfeylisi qanlı mənənəni yoluxdurur. Bir dişi tüfeyli 100-ə qədər yumurta qoya bilir. Qanlı mənənənin yetgin fərdlərinin daxili tüfeylisidir.

Habrobrakon minicisi – bu tüfeyli yerli tüfeyli olmaqla, pambıq sovkasının tırtıllarının tüfeylisidir. Bu tüfeyli ilə pambıq sovkasının tırtıllarının yoluxması bəzi illərdə 50%-ə qədər olur. Tüfeyli əvvəlcə tırtılı, yumurta qoyanı ilə sancıb iflic edir, sonra isə yumurtasını onun üzərinə qoyur, yumurtadan çıxan sürfə tırtılın daxilinə keçir və onun daxili orqanları ilə qidalanaraq onu məhv edir.

Yırtıcı həşəratlar – xeyirli yırtıcı həşəratlardan 2 və 7 nöqtəli parabizən böcəklərini, qızılgözü, stetorus böcəyini, karabus böcəyini, yırtıcı tripisləri və s. göstərmək olar.

Parabizən böcəklər – respublikamızın bütün bölgələrində geniş yayılmışdır. Yırtıcının yetgin və sürfələri mənənələri parçalayaraq onlarla qidalanırlar. Yetkin fərdlər sutka ərzində 130-a qədər, sürfələri isə daha aktiv şəkildə hərəkət etməklə bir sutkada 270-ə qədər mənənəni yeyərək, onu məhv edir.

Qızılgöz – yırtıcısının yetkin fərdləri öz inkişafını davam etdirmək üçün çiçəklərin nektar şirəsi ilə qidalanır, zərərverici ilə əlaqəsi yoxdur, ancaq onun sürfəsi mənənə və tor gənəsi ilə çox aktiv surətdə qidalanır.
III. Fiziki mübarizə üsulu
Bu mübarizə üsulunda zərərvericilərə qarşı aşağı və yüksək temperaturdan, müxtəlif şüa enerjisindən istifadə edilir. Bu mübarizə üsulu əsasən ən çox məhsul saxlanılan anbarlarda aparılır.

Müəyyən edilmişdir ki, noxud və lobya dənyeyəni və bir sıra anbar zərərvericilərini məhv etmək üçün, xüsusi elektrik qızdırıcıları və ya qaz qızdırıcıları ilə anbarda +500S-dən yuxarı temperatur yaradılır, bu hal 15 dəqiqə davam etdirilir. Belə yüksək temperaturda zərərvericilər məhv olur.

Aşağı temperatur, yəni -100S aşağı temperaturda zərərvericilərə öldürücü təsir göstərə bilir.

Bu mübarizə üsulunda yandırmadan da istifadə edilir. Belə ki, meyvə ağaclarının və üzüm tənəklərinin ölmüş qabıqları, eləcə də anbarlar süpürülən zaman əldə edilən zibillər yandırılmalıdır.

Bəzi həşəratlar işıq şüalarına qarşı meyllidirlər. Yəni bir sıra kəpənəklər və böcəklər axşamlar işıq şüasına uçurlar. Bunu nəzərə alaraq ultrabənövşəyi işıq şüalarından istifadə etmək olar.

IV. Mexaniki mübarizə üsulu
Bu mübarizədə aşağıdakı tədbirlər həyata keçirilir:

1. Mexaniki mübarizə üsulunda zərərvericilərin əllə yığılıb məhv edilməsi. Məsələn, pomidor yetişən zaman ona pambıq sovkasının tırtılları zərər vurur. Bu vaxt kimyəvi zəhərlərdən istifadə etmək olmaz. Ona görə də zərərvericinin tırtılları əllə yığılıb məhv edilməlidir. Kartofun qorxulu zərərvericisi olan Kolorado kartof böcəyinin yetkin fərdlərinin və yumurtalarının əllə yığılıb məhv edilməsi.

2. Meyvə ağacları və üzüm tənəklərinin əsasən ştambının ölmüş qabıqlarının toplanaraq yandırılması. Bu tədbiri aparmaqda məqsəd, bir sıra zərərvericilər qışlamanı ştambların ölmüş qabıqları altında keçirir ki, ölmüş qabıqların soyularaq yandırılması onların məhv olmasına səbəb olur.

3. Cinsi feremon tələlərdən istifadə etmək

4. Siçanabənzər gəmiricilərə qarşı tələlərdən istifadə etmək.
V. Kimyəvi mübarizə üsulu
Kənd təsərrüfatı bitkilərinə qarşı mübarizədə tətbiq edilən mübarizə üsulları sistemində kimyəvi mübarizə üsulu əsas yerlərdən birini tutur.

Kimyəvi mübarizə üsulu qırıcı mübarizə üsuludur.

Kənd təsərrüfatı bitkiləri zərərvericilərinə qarşı mübarizədə kimyəvi zəhərlər bəzi halda bilavasitə zərərvericinin özünə, digər halda qidalanma mühitinə (yarpaqlar, torpaq, dənə və s.) təsir edir. Hər iki halda zərərverici orqanizm ilə zəhər arasında təmas (kontakt) əmələ gəlir. Bu da orqanizmdə anatomik dəyişiklərə və fizioloji funksiyaların pozulmasına səbəb olur, nəticədə zərərverici məhv edilir.

Kimyəvi mübarizədə çox böyük olan sahələrdə çiləmə yerüstü aparatlarla və təyyarələr vasitələrlə aparılır. Kiçik sahələrdə isə əl çiləyicisi ilə aparılır.



Zəhərlərin süniləşdirilməsi. Canlı orqanizmlərə qarşı mübarizədə istifadə edilmələrindən asılı olaraq aşağıdakı qrup zəhərlər vardır:

İnsektisidlər – bunlar həşərata qarşı mübarizədə istifadə edilən zəhərlərdir.

Funqisidlər – bu zəhərlər göbələk və viruslara qarşı tətbiq edilir.

Akarisidlər – bu zəhərlər gənələrlə mübarizədə tətbiq edilir.

Zoosidlər – onurğalı zərərvericilərə qarşı istifadə edilən zəhərlərdir.

Bakterisidlər – bakteriyalara qarşı işlədilən zəhərlərdir.

Nematosidlər – nematodlara qarşı işlədilən zəhərlərdir.

Lyarvisidlər – tırtıllar və sürfələrə qarşı istifadə edilən zəhərlərdir.

Ovisidəlr – həşərat və gənə yumurtalarını məhv etmək üçün tətbiq edilən zəhərlərdir.

Afisidlər – mənənələri məhv etmək üçün istifadə edilən zəhərlərdir.

Altraktant – həşəratı özünə cəlb edir.

Orqanizmə fizioloji təsir etməsinə görə zəhərlər bağırsaq (daxili), kontakt (xarici), intoksikant (bitki daxilindən təsir edən) zəhərlərə bölünür.

1. Bağırsaq (daxili) zəhərlər – bu zəhərlər qida ilə qidalanan həşərat və siçanabənzər gəmiricilərin mədə-bağırsaq traktına düşdükdə onları məhv edir.

2. Kontakt zəhərlər – bu zəhərlər həşəratın, gənələrn, ilbizlərin dəri örtüyündən daxilinə keçərək onu məhv edir. Buraya fosfamid, metafos, karbofos, keltan, trixlormetafos-3 və s. daxildir.

3. İntoksikant sistem (bitki daxilindən təsir edən) zəhərlər. Bura daxil olan preparatlardan gesis, karate, Bİ-58 və s. göstərmək olar.

4. Fumiqant zəhərlər – bu qrupa aid olan zhərlər zərərvericinin daxilinə tənəffüs (traxeya) sistemi və dəri örtüyündən qaz, yaxud da buxar şəklində daxil olub, onu məhv edir. Bu qrupa xlorpikrin, karbon-sulfid, eləcə də dixloretan, naftalin, heksa-xlorbutadien və s. daxildir.



VI. Entomoloji karantin
Karantin tədbirində məqsəd hər hansı bir coğrafi ərazidə təsadüf edilən zərərvericilər, xəstəliklər və alaq otlarının onların olmadığı yerə keçməsinin qarşısını almaqdan ibarətdir. Bununla əlaqədar olaraq xarici və daxili karantin tətbiq edilir.

Xarici karantində məqsəd, xarici ölkələrdə olan bir sıra təhlükəli zərərvericilərin ölkəmizə keçməsinin qarşısını almaqdır.

Daxili karantində məqsəd bir ölkə daxilində yerləşən bir rayonda təsadüf edilən zərərvericilərin digər rayona keçməsinə yol verməməkdir.

Karantin tədbirlərini yerinə yetirmək üçün respublikamızın sərhədlərində, eləcə də rayonlarda karantin inspesiyaları fəaliyyət göstərirlər.



Mövzu 4. Müxtəlif bitkilərlə qidalanan düzqanadlılar və bitkilərin kök sisteminə ziyan vuran böcəklər, onlarla mübarizə tədbirləri
İsmayılzadə N.N.

Məmmədov V.Ə.



PLAN:


  1. Asiya, Mərakeş, səhra çəyirtkələrinin, şalaların, sisəklərin və danadişinin morfologiyası və biologiyası, onlara qarşı mübarizə tədbirləri.

  2. Şıqqıldaq böcək və payızlıq əkin sovkasının morfoloji-bioloji xüsusiyyətləri, onlarla mübarizə tədbirləri.


ƏDƏBİYYAT

1. Məmmədova S.R, – Kənd təsərrüfatı entomologiyası. Bakı – 1986.

Xəlilov B.B.

2. Ağayev B.İ. - Ümumi entomologiya. Bakı, 2004

3. Hümbətov Ə.M., - Entomologiyadan prkatiki məşğələlər, Bakı, 2009

Əliyeva. M.Q.

4.Alaoglu Ö., Boyraz N. - Bitki koruma. Selçuk Üniversitesi, Ziraat

Guncan A.,BAştaş K.K. fakültəsi, Bitki koruma bölümü, 2014, 265 s.

5.Горбацов И.В., Грилченко В.В., Захваткин Ю.А. Зашита растений отвредителей Москва, 2002, 472с
GƏNCƏ - 2017

Mövzu 4. Müxtəlif bitkilərlə qidalanan düzqanadlılar və bitkilərin kök sisteminə ziyan vuran böcəklər, onlarla mübarizə tədbirləri
Kənd təsərrüfatı bitkilərinin bir qrupu müxtəlif bitkilərlə qidalanır ki, bunlara polifaq həşəratlar deyilir.

Polifaqlara düzqanadlılar (çəyirtkələr, şalalar, sisəklər), sərtqanadlılar (şıqqıldaq, qarabədən və lövhəbığ böcəklər), pulcuqqanadlıların payızlıq əkin sovkassı və nümunələri daxildir.

Hörümçək gənələri, çılpaq ilbiz, nematodlar və siçanabənzər gəmiricilər də polifaq həşəratdır.

Düzqanadlı həşərat (Orthoptera) – Buraya 3 yarım dəstə: çəyirtkələr, şalalar, sisəklər və danadişi daxildir. Bu zərərvericilər bir-birlərindən xarici görünüşünə görə fərqlənirlər.

Şala və sisəklərdə bığcıqlar bədənin yarısından uzun olub, dişi fərdlərdə uzun yumurta qoyan vardır. Şalalarda dal ayaqların pəncəsi 4, sisəklərdə isə 3 büğümdan ibarətdir. Çəyirtkələrdə bığcıqlar bədənin yarısından qısa olub 26 buğumdan çox deyil. Yumurta qoyanı qısadır. Çəyirtkələrdə eşitmə orqanı qarıncığın birinci halqasında, şalalarda isə qabaq ayaqların baldır hissəsində yerləşir.

Çəyirtkələr (Acrididae) – Bitkilər üçün ən təhlükəlisi çəyirtkələrdir. Yaşayış tərzlərinə görə çəyirtkələr iki qrupa bölünür: sürü və tək halda yaşayanlar. Sürü halında yaşayan çəyirtkələrin 1m2 sahədə miqdarı 1000-2000-ə qədər ola bilir.

Sürü halında yaşayan çəyirtkələrdən Asiya, Mərakeş və səhra, tək halda yaşayanlardan isə Zaqafqaziya xaçlı, bostan, göyqanadlı və s. göstərmək olar. İtaliya çəyirtkəsi aralıq təşkil edir, bəzi illərdə tək, bəzi illərdə isə sürü halında yaşayır.

Bitkilər üçün təhlükəli növlər sürü halında yaşayan çəyirtkələrdir.

Asiya çəyirtkəsi (Locusta migratoria L.) – Bədəni yaşıl, yaxud qonur rəngdədir. Qanad üstlüyü uzun olub, üzərində qonur ləkələr vardır. Qanadları şəffafdır. Bədəninin uzunluğu 60-75 mm-dir.

Asiya çəyirtkəsi əsasən çay vadilərində, göllərin ətrafında bitən qamışlıqda yaşayır və çoxalır. Asiya çəyirtkəsi Araz, Kür və Qarasu çaylarının qamışlığında vaxtaşırı çoxalır.

Asiya çəyirtkəsi respublikamıza başqa yerlərdən də uçub gələ bilər.

Asiya çəyirtkəsi bütün mədəni bitkilərə xüsusi olaraq ən çox dənli-taxıl bitkilərinə zərər verir.

Mərakeş çəyirtkəsi (Dociostaurus maroccanus T.) – Bədəni sarımtıl-boz rəngdə olub, üzərinəd tutqun rəngli xallar vardır. Qabaq kürəkciyində «X» şəklində xüsusi naxış vardır. Bu naxış sürfə fazasında, yetkin fərdə nisbətən daha aydın nəzərə çarpır. Qanadları şəffafdır. Dal ayaqların baldır hissəsi qırmızı rəngdədir. Yetkin fərdlərin uzunluğu 25-38 mm-dir.

Azərbaycanda Mərakeş çəyirtkəsi başlıca olaraq yovşanlı sahələrdə yaşayıb, çoxalır. Daimi çoxalma yerləri Eldar düzü, Ceyrançöl, Mil və Qarabağ düzənliyidir.

Mərakeş çəyirtkəsi İran və Əfqanıstanda da kütləvi şəkildə çoxalıb respublikamıza uçur və kənd təsərrüfatı bitkilərinə zərər verir.

Zərərverici dənli-taxıl, paxlalı, bostan, pambıq və s. bitkilərə ziyan verir.

Səhra çəyirtkəsi (Sohistocerca gregaria F.) – yetkin səhra çəyirtkəsi limonu-sarı rəngdədir. Yetkin çəyirtkələrin uzunluğu 40-50 mm-ə çatır. Azərbaycanda çoxalma yeri yoxdur. Bəzi illərdə İranın cənubundan uçaraq sərhəd rayonlarına gəlir.

Bu çəyirtkə əsasən dənli-taxıl, texniki və tərəvəz bitkilərinə ziyan verir.

Çəyirtkələrin inkişafında ümumi cəhətlər çoxdur. Bütün növlərin inkişafı bir il çəkir. Yazda qışlamış yumurtalardan çıxan sürfələr 1-2 ay müddətində yetkin fərdə çevrilir. Yetkin çəyirtkələr 2-3 ay yaşayır və yumurta qoyaraq ölür.

Dişi fərdlər öz yumurtalarını torpağa qoyur. Yumurta qoyan zaman dişi fərd qarıncığını əyərək yumurtaqoyanını torpağa yeridir. Bu zaman cinsi orqanın əlavə vəzilərinin ifraz etdiyi köpükvari selik yuvaya buraxılır. Selik yumurtaları bir-birinə yapışdırıb quruyur. Bu zaman dişi fərd torpaqda qarıncığına oxşar formada küpəcik (kisəcik) hazırlayır. Küpəciklərin xarici səthinə torpaq dənələri yapışır və kəltəni xatırladır. Küpəciklər bəzi növlərdə müxtəlif olur. Küpəciklərin uzunluğu 8-75 mm arasında dəyişir.

Hər bir çəyirtkə növü küpəcik daxilinə müxtəlif miqdarda yumurta qoyur. Asiya çəyirtkəsi hər küpəciyə 55-115, Mərakeş çəyirtkəsi isə 35-40 yumurta qoyur. Bir dişi fərd bütün həyatı boyu 2-3 küpəcik düzəldə bilir.

Çəyirtkələr yumurta qoymaq üçün müəyyən münasib yer seçir. Məsələn, Asiya çəyirtkəsi çayın aşağıları və qamışlıqlara, Mərakeş çəyirtkəsi bitki örtüyü seyrək olan xam torpaqlara yumurta qoyur. Yumurta qoyulan kimi rüşeym inkişafı başlayır və qısa müddətdə inkişafı dayanır ki, o gələn ilin yazına qədər diapauzada olur. Bunu temperaturun aşağı olması ilə izah etmək olar.

Yazda, əlverişli şərait olan kimi yumurtalardan sürfələr çıxmağa başlayır. Azərbaycan şəraitində Mərakeş çəyirtkəsinin sürfələri martın axırı və aprelin əvvəllərində, Asiya çəyirtkəsinin sürfələri isə mayın birinci ongünlüyündə görünməyə başlayır.

Yumurtadan çıxan sürfələr qurdabənzər olur və torpaq səthinə çıxdıqdan sonra onlar öz qabıqlarını, daha doğrusu dərisini atır və birinci yaş sürfələr olur. Sürfələr 30-60 gün yaşayır və bu müddət ərzində 5 yaş keçirir.

Tək halda yaşayan çəyirtkələrdə sürfələr yumurtadan çıxdıqdan sonra onlar bir yerə yığılmır və tək-tək hərə özü istədiyi istiqamətdə hərəkət edir.

Sürü halında yaşayan çəyirtkələrdə isə sürfələr yumurtadan çıxdıqda onlar bir yerə toplaşır və sürü ilə uzaq məsafələrə hərəkət edir. Başqa sürülərlə qarşılaşdıqda onlara qarışaraq daha iri sürülər əmələ gəlir.

Yetkin fərdlər bütün həyatı boyu qidalanır və böyük zərər vurur. Çəyirtkələr sonuncu dəfə yumurta kisəciklərini qoyduqları yerdə də ölür.


Mübarizə tədbirləri
Çəyirtkələrlə mübarizədə əsasən kimyəvi, mexaniki və aqrotexniki tədbirlrdən istifadə edilir.
Aqrotexniki mübarizə.

1. Tək halda yaşayan çəyirtkələrin kütləvi halda çoxalmasının qarşısını almaq üçün xam və dincə qoylumşu torpaqlardan istifadə edilməlidir.

2. Otlaqların çox tapdanmasına və otarılmasına yol verilməməlidir.

3. Asiya çəyirtkəsinin çoxalma ocaqlarını məhv etmək məqsədilə çay və göl daşqınlarından əmələ gələn su durğunları qurudulmalı və orada mədəni bitkilər əkilməlidir.



Kimyəvi mübarizə. Çəyirtkələr əleyhinə bu mübarizədə əsasən toz halında olan zəhərlər və zəhərli aldadıcı yemlər tətbiq edilir. Çünki səhra və yarımsəhra yerlərdə su çətin tapıldığı üçün məhlullardan istifadə etmək məsləhət deyil.

Çəyirtkələrin həvəslə qidalandıqları zəhərli aldadıcı yemlər jmıx unu, adi kəpək, ağac kəpəyi və s. zəhərlə qarışdırılması nəticəsində əldə edilir.

Çəyirtkələrin sürüdəki sıxlığından asılı olaraq hər hektara 10-20 kq aldadıcı quru maddə və müvafiq miqdar zəhər sərf edilir.

Şalalar (Tettigoniidae) – geniş yayılmış növlərdən yaşıl şalanı (Tettigonia viridissima L.), Göyçay şalasını (Poeclimon geoktschaicus S.), qaşqa şalanı (Decticus albifrons), uzunquyruq şalanı (Tettidonia caudata Ch.) və s. göstərmək olar.

Qeyd edilən növlər içərisində ən geniş yayılanı yaşıl şaladır. Azərbaycanın bütün rayonlarında geniş yayılmışdır.

Şalalar xarici görünüşünə görə çəyirtkələrə çox bənzəyir. Yaşayış tərzləri və inkişaf tsiklləri də, demək olar ki, çəyirtkələrdə olduğu kimidir.

Yazda (mart-may) torpaqda qışlayan yumurtalardan yetkin şalaya bənzər kiçik qanadsız sürfələr çıxır, 10-15 gündən sonra onlar qabıq dəyişir. Bundan başqa hər 10-15 gündən bir sürfələr qabıq dəyişir. Qabıqdəyişmə 5-7 dəfə təkrar olunur. Beləliklə şalalar öz inkişafları dövründə 5-7 yaş keçirir.

Sürfələrin yetkin hala keçməsi 50-70 gündə başa çatır. Yetkin fərdlər də sürfələr kimi fəal qidalanır.

Cinsi yetişkənliyə çatmış erkək şalalar səs çıxarır (oxuyur). Cütləşmədən sonra dişi fərdlər torpağa tək və koma halında bir neçə yumurta qoyur. Bir gündə dişi şala bir-birindən aralı 20 və daha çox yumurta qoyur. Torpağa qoyulmuş yumurtalar qışlayır.

Şalalarda kannibalizm vardır. Onlar çəyirtkələr, digər həşəratlar, qurdlar və s. ilə də qidalanır, hətta bir-birini yeyir.

Mübarizə tədbirləri. Şalalar çox həssas zərərvericidir. Ona görə də aparılan mübarizə diqqətli və səliqəli olmalıdır. Şalalarla mübarizədə əsasən kimyəvi və aqrotexniki tədbirlər həyata keçirilir.


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin