Mövzu mal-material ehtiyatlarinin uçotu



Yüklə 54,81 Kb.
səhifə5/11
tarix26.11.2023
ölçüsü54,81 Kb.
#135528
1   2   3   4   5   6   7   8   9   10   11
MÖVZU 8. MAL-MATERİAL EHTİYATLARININ UÇOTU

FİFO metodu ilə qiymətləndirmə materialların istifadəsinin ilk dəyərlə qiymətləndirilməsi kimi xarakterizə edilir.
LİFO metodu ilə maddi qiymətlilər “axırıncı partiya mədaxil edilir – birinci partiya sərf edilir” qaydasından irəli gələrək bərpa dəyəri ilə (cari qiymətlər üzrə) qiymətləndirilir.
Materialların daxil olması alınan hesab-tədiyyə tələbnamələrinə (hesab-faktura, spesifikasiya – bir dəmir yolunun qəbzi, nəqliyyat qayiməsi), habelə müəssisələrdə tərtib olunan mədaxil orderlərinə, qəbul aktlarına və s. sənədlərə əsasən rəsmiyyətə

Ehtiyatlar Üzrə” kommersiya təşkilatları üçün 8-nömrəli Milli Mühasibat Uçotu Standartlına əsasən ehtiyatlar mövcud olan iki dəyərdən ən aşağı dəyərlə- ilkin dəyər və ya mümkün xalis satış dəyəri ilə qiymətləndirilir.


Ehtiyatların ilkin dəyərinə onların əldə edilməsi, istehsalı və ya emalı və hazır vəziyyətə gətirilməsi və yerləşdiyi əraziyə daşınması üzrə çəkilən faktiki məsrəflər daxil edilir.
Ehtiyatların satın alınması üzrə məsrəflərə alış qiyməti, idxal rüsumlarıvə əvəzləşdirilməyən digər vergilər, daşınma, boşaldılma, xammal və materialların və xidmətin əldə edilməsi ilə birbaşa bağlı olan digər məsrəflər daxildir.
Ehtiyatların emalı üzrə məsrəflərə məhsul vahidi ilə birbaşa bağlı olan məsrəflər daxildir. Digər məsrəflər ehtiyatların ilkin dəyərinə yalnız onların hazırki vəziyyətə və əraziyə gətirilnməsi zamanı yarandıqda daxil edilir.
Müxtəlif material-istehsalat ehtiyatlarının müəssisənin özü tərəfindən hazırlanması zamanı onların faktiki maya dəyərini onun hazırlanmasına çəkilən faktiki məsrəflər təşkil edir. Müəssisənin nizamnamə kapitalına pay kimi qoyulan ehtiyatların faktiki maya dəyəri təsisçilərin razılığına əsasən pul ifadəsində qiymətləndirilmə əsasında maəyyən edilir.
Material ehtiyatlarının əvəzsiz qaydada əldə edilməsi zamanı onların faktiki maya dəyərini onların mədaxil edildiyi tarixə olan bazar qiyməti təşkil edir.
Hazırda materialların qiymətləndirilməsinin aşağıdakı metodlarından istifadə olunur:
Sərbəst bazar (müqavilə) və dövlət tərəfindən nizamlaşdırılan topdan satış qiymətlə. Müəssisənin özü tərəfin dən müqavilə bağlanan zaman sərbəst surətdə müəyyənləşdirilir və buraxılış qiyməti kimi malalan və malsatan arasında hesablaşma zamanı istifadə olunur.

  1. Nomenklatura uçot qiyməti ilə. Bu qiymətlərə alınmış (tədarük edilmiş) materialların plan maya dəyərini, orta alış qiymətlərini və s. aid etmək olar. Bütün hallarda onların əsasını nəqliyyat- tədarükat xərclərinin plan həcmini əlavə etməklə müqavilə və ya preskurant qiymətləri təşkil edir. Onlardan materialların mövcudluğu və hərəkətinin cari operativ uçotu üçün istifadə olunur.

Mümkün xalis satış dəyəri dedikdə adi fəaliyyət zamanı nəzərdə tutulmuş satış qiymətindən işin tamamlanmasına çəkilməsi ehtimal edilən xərclər və satışın həyata keçirilməsi üçün ehtimal edilən xərclər çıxıldıqdan sonra qalan məbləğ başa düşülür.

Yüklə 54,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin