Mövzu mal-material ehtiyatlarinin uçotu


Nəqliyyat tədarük xərcərinin uçotu



Yüklə 54,81 Kb.
səhifə10/11
tarix26.11.2023
ölçüsü54,81 Kb.
#135528
1   2   3   4   5   6   7   8   9   10   11
MÖVZU 8. MAL-MATERİAL EHTİYATLARININ UÇOTU

6. Nəqliyyat tədarük xərcərinin uçotu
Materialların topdansatış qiymətindən artıq malgöndərənlərə ödənilən və qaytarılmalı olan taraların dəyəri mühasibat uçotuna təhvil qiymətləri ilə qəbul edilir. Ödənilmiş və təhvil dəyəri arasındakı fərq materiallarının dəyərinə birləşdirilir.
Alınan və öz istehsalının taraları məhsulun topdansatış qiymətinə daxil edilərsə, 201 saylı “Material ehtiyatları” hesabında uçota alınır.
Materialların uçotunun əsas xüsusiyyətlərindən biri ondan ibarətdir ki, onların sintetik uçotu faktiki maya dəyəri ilə aparılır, materialların hərəkətinin rəsmiləşdirilməsi sənədlərdə onların möhkəm uçot qiymətləri ilə qiymətləndirilir. Materialların mədaxili zamanı uçot qiymətləri tətbiq edilən zaman, nəqliyyat-tədarükat xərclərinin analitik uçotu 201 saylı “Material ehtiyatları” hesabının daxilində ayrıca aparılır. Nəqliyyat-tədarük xərcləri hər ay müvafiq hissələrlə sərf edilmiş materialların əks etdirildiyi hesablara silinir.
Nəqliyyat-tədarük xərcləri materialların faktiki maya dəyərinin tərkibinə daxil edilir. Onlara materialların müqavilə dəyəri ilə yanaşı əldə edilməsinə çəkilən bütün xərclərdə aid olunur.
Materialların sənədləşməsi zamanı əsas istifadə olunan sənəd qayimə fakturadır. Qayimə fakturada mal satanın adı,VÖEN, mal alanın adı və VÖEN, materialların adı, qiyməti, ümumi məbləği, eyni zamanda malın təhvil verilməsi və təsdiq eləyən satıcı və alıcı tərəfinin imzası və möhürü olur. Bu sənəd hər iki tərəfdən təsdiq edilmişsə, bu materialın mal satandan mal alana təhvil verildiyini əks etdirən sübut edici sənəddir ( icra edici sənəd ). Materialın alınması ilə əlaqədar mal alan və mal satan arasında müqavilə imzalanır. Bundan sonra mal satan tərəfindən mal alana malın pulunun ödənilməsi üçün hesab faktura göndərilir. Malın pulu ödənildikdən sonra mal satan qayimə faktura tərtib edərək materialı mal alana göndərir.
Material və qayimə faktura mal alan müəssisənin anbarına daxil olduqdan sonra mühasibatlıqda qayimə faktura əsasında müvafiq mühasibat əməliyyatları yazılışları aparılır.
Müəssisəyə gətirilmiş materiallar onların növündən asılı olaraq sintetik hesablarda və ya subhesablarda uçota alınır. Materiallar-istehsalat ehtiyatlarının uçotunu aparmaq üçün mühasibat uçotunun hesablar planında aşağıdakı hesablardan istifadə olunur : 201 “Material ehtiyatları”, 204 “Hazır məhsul”, 205 “Mallar”,



Yüklə 54,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin