Mövzu mal-material ehtiyatlarinin uçotu



Yüklə 54,81 Kb.
səhifə3/11
tarix26.11.2023
ölçüsü54,81 Kb.
#135528
1   2   3   4   5   6   7   8   9   10   11
MÖVZU 8. MAL-MATERİAL EHTİYATLARININ UÇOTU

Material ehtiyatlarına xammal və əsas materiallar, köməkçi materiallar, yanacaq, ehtiyat hissələri, tara və s., əmək məhsulları(hazır məhsullar və mallar), həmçinin inventar və təsərrüfat ləvazimatları formasında olan əmək vasitələri (xidmət müddəti 1 ilə qədər) aid edilir. Bu zaman material-istehsalat ehtiyatlarının uçot vahidi kimi hər bir ehtiyat və ya ehtiyat qrupu üzrə işlənən nomenklatura nömrəsi təşkil edir.
İstehsal prosesində funksional roluna görə materiallar əsas və köməkçi olmaqla iki yerə bölünür. Materiallar istehsal prosesində istifadə üsuluna və təyinatına görə aşağıdakı kimi qruplaşdırılır:
Xammal və əsas materiallar - məhsulun maddi əsasını təşkil edir. Xammal dedikdə kənd təsərrüfatı məhsulları (taxıl, pambıq və s) və hasilat sənayesinin məhsulları ( filiz, kömür və s), materiallar dedikdə isə emal sənayesinin məhsulları metal, parça, qənd və s.) aiddir. - məhsulun maddi əsasını təşkil edən, əvvəllər müəyyən istehsal mərhələsindən keçmiş əmək əşyaları( məsələn maşınqayırmada qara metallar, tikintidə kərpic, sement və s.) aiddir.;
Köməkçi materiallar – istehsal olunan məhsullara istehlak xassəsi vermək, əmək alətlərinə xidmət göstərmək və istehsal prosesini asanlaşdırmaq məqsədi ilə istifadə olunan əmək cisimləri( məsələn sürtkü materilları, boya, lak və s. );
Satın alınmış yarımfabrikatlar və dəstləşdirici məmulatlar dedikdə - müəyyən emal mərhələrindən keçmiş, kənardan məhsul istehsalı məqsədi ilə alınan və əsas material rolunu oynayan əmək əşyaları başa düşülür;
Tullantılara - xammal və materialların emal prosesində yaranan və ilkin istehlak xassəsini tam və ya qismən itirən qalıqlar (məsələn yonqar, metal qırıntıları, yonqar və s.) aid edilir;;
Yanacaq dedikdə - müxtəlif məqsədlər üçün istifadə olunan müxtəlif növdən olan yanacaq başa düşülür ki , onlar da öz növbəsində texnoloci, mühərrik və təsərrüfat yanacağına bölünürlər.;
Taralara- müxtəlif mal və məhsulların qablaşdırılmasında, daşınmasında və saxlanmasında istifadə olunan əşyalar(məsələn qutular, bankalar, çəlləklər, yeşiklər və s.) aid edilir;

Yüklə 54,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin