FİFO metodu ilə qiymətləndirmə materialların istifadəsinin ilk dəyərlə qiymətləndirilməsi kimi xarakterizə edilir.
LİFO metodu ilə maddi qiymətlilər “axırıncı partiya mədaxil edilir – birinci partiya sərf edilir” qaydasından irəli gələrək bərpa dəyəri ilə (cari qiymətlər üzrə) qiymətləndirilir.
Materialların daxil olması alınan hesab-tədiyyə tələbnamələrinə (hesab-faktura, spesifikasiya – bir dəmir yolunun qəbzi, nəqliyyat qayiməsi), habelə müəssisələrdə tərtib olunan mədaxil orderlərinə, qəbul aktlarına və s. sənədlərə əsasən rəsmiyyətə salınır.
5. Materialların anbar uçotunun təşkili
İstehsal prosesini lazım olan material-istehsalat ehtiyatları ilə təmin etmək üçün onların saxlanmasını məqsədi ilə ixtisaslaşdırılmış anbarlar yaradılır. Ehtiyatların qorunub saxlanmasını təmin etmək məqsədi ilə müəssisədə təchizatın təşkili,anbar və ölçü təsərrüfatı nın vəziyyəti xüsusi rola malikdir.
Müssisə və təşkilatlara daxil olan ehtiyatlar bir qayda olaraq anbara daxil olan zaman müşayətedici sənədlərdə göstərilən miqdar və keyfiyyətə uyğunluğu yoxlanılır. Texniki ekspertizə və ya laboratoriya müayiməsi tələb edilən zaman onlar müəssisə rəhbəri tərəfindən müəyyən edilən xüsusi komissiya tərəfindən qəbul edilir.
Tədarük edilən ehtiyatlar səlahiyyətli şəxs və ya marketinq şöbəsinin nümayəndəsi tərəfindən hesab-faktura, qəbz,nəqliyyat qaiməsi və s. sənədlərdə imza edilməklə anbar müdirinə (maddi-məsul şəxsə) təhvil verilir. Hesablaşma sənədləri aksepti qeydə alınmaq üçün marketinq şöbəsinə, daha sonra isə mühasibatlığa təhvil verilir.
Material ehtiyatlarının çeşidi az olan müəssisələrdə onların anbar uçotu növ uçotu kitablarında da aparıla bilər. Anbardarlar nəzərdə tutulan müddətlərdə
Kartoçkaların və ya kitabın məlumatları əsasında hesabat tərtib edərək mühasibatlığa təqdim edir. Ehtiyatların hərəkəti üzrə bütün ilkin sənədlər anbarlar və bölmələr tərəfindən mühasibatlığa təhvil verilməlidir.
Məhz uçot prosesinin bu mərhələsində mühasibatlıq işçiləri materialların hərəkəti üzrə əməliyyatların qanuniliyi, məqsədəuyğunluğu və düzgün sənədləşməsini üzərində nəzarəti həyata keçirməlidir. Yoxlanıldıqdan sonra ilkin sənədlər taksirovka edilir, yəni materialların miqdarı onların qiymətinə vurulur.
Müəssisələrdə materialların mühasibat uçotunun əss məqsədi ehtiyatların dövriyyəsi və qalıqları haqqında dəyər ifadəsində düzgün məlumat əldə etmək məqsədini güdür. Bu məlumat yüksək keyfiyyətli ilkin sənədlərə əsaslanır.
Anbarlardan mühasibata daxil olmuş ilkin sənədlərə bir daha baxılır və onlar müvafiq qaydada işlənilir. Mühasibatında materialların uçotunun bir neçə variantı mövcuddur.
Bu variantların birində müəssisənin mühasibatında aylar üzrə hər bir il müddətinə materialların hər bir növünə və sortuna analitik uçot vərəqələri açılır və ilkin sənədlərin məlumatları əsasında materialların hərəkəti üzrə əməliyyatlar qeyd edilir. Bunun anbar uçotu kartoçkalarından fərqi onun təkcə natural ifadədə deyil, həm də dəyər ifadəsində aparılmasıdır. Ayın sonunda kartoçkaların məlumatlarına əsasən bütün kartoçkaların yekun məbləğlərinə əsasən sort miqdar-məbləğ dövriyyə cədvəli tərtib olunur və onlar müvafiq sintetik hesabların dövriyyə və qalıqları və anbar uçotu kartoçkalarının məlumatları ilə üzləşdirilir.
Digər bir variantda bütün mədaxil və məxaric sənədləri nomenklatura nömrələri üzrə qruplaşdırılır və ayın sonunda onların yekun məlumatları dövriyyə cədvəllərinə yazılır. Bu cədvəllər hər bir anbar üzrə ayrılıqda müvafiq hesablar və sunhesablar üzrə natural və pul ifadəsində aparılır. Sonra cədvəlin məlumatları anbar uçotu məlumatları ilə üzləşdirilməklə qarşılıqlı əlaqə və nəzarət təmin edilmuiş olur.
Mühasibatlıqda materialların uçotunun daha səmərəli və mütərəqqi metodu operativ-mühasibat (qalıq) metodu hesab olunur. Qeyd olunan bu metodda mühasibatlıqda materialların hərəkətinin uçotu yalnız dəyər ifadəsində, uçot qiymətləri və faktiki maya dəyəri üzrə material qrupları və onların saxlanma yerləri üzrə aparılır. Qəbul edilmiş uçot qiymətləri ilə qiymətləndirilmiş anbar uçotu məlumatları üzrə material qalıqlarının mühasibat uçotu məlumatları ilə müqayisə etmək yolu ilə anbar uçotu və mühasibat uçotu məlumatları təsdiqlənir ki, bununla nəzarət və əlaqə təmin edilmiş olur.