Mühazirə 1: Ana dilinin tədrisi metodikasının ümumi məsələləri



Yüklə 1,54 Mb.
səhifə12/68
tarix01.01.2022
ölçüsü1,54 Mb.
#104223
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   ...   68
Fənnin məqsəd və məzmunu.

Fənnin məqsədi




Fənn üzrə ümumi təlim nəticələri




1. Məzmun xətti
Dəyişməzdir.



1.1. Əsas standart
Əsasən dəyişməzdir.



1.1.1. Alt standart

Daim dəyişir.

1.1.2. Alt standart

Fənn kurikulumlarının səciyyəvi cəhətlərinin müqayisəli təsviri.








Ənənəvi təhsil proqramı

Müasir kurikulum

1.

Bilikyönümlüdür.

Şəxsiyyətyönümlüdür.

2.

Müəllimyönümlüdür.

Şagirdyönümlüdür.

3.

Fənyönümlüdür.

Nəticəyönümlüdür.

4.

Təklifyönümlüdür.

Tələbyönümlüdür.

5.

Fəndaxili və fənlərarası əlaqə məqsədyönlü və sistemli xarakter daşımır.

İnteqrativlik əsas prinsip kimi qəbul olunub.

6.

Bəzi fənlər üzrə qiymət normaları müəyyən edilib.

Qiymətləndirmə standartları və mexanizmləri müəyyən edilib.

Yalnız bu mühazirəyə aid ədəbiyyat :


  1. Ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün fənn kurikulumları”. Bakı, 2008

  2. Azəbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün Ana dili kurikulumu. (I –IV siniflər)”.

  3. Kurikulum” məcmuələri. 2008-2012


Mühazirə 4 : Müasir dərsə verilən tələblər



Plan: 1. Müasir dərsə verilən tələblər.

2.Kurikulumda təsbit olunmuş termin və məfhumların izahı.

3.Ana dili dərslərində inteqrasiya imkanları.

4.Motivasiya, növləri və yaradılması.



4.1. Müasir dərsə verilən tələblər.


Kurikulum - təlim prosesi ilə bağlı bütün fəaliyyətlərin səmərəli təşkilinə, məqsədyönlü və ardıcıl həyata keçirilməsinə imkan yaradan konseptual sənəddir.

Müasir təhsil sistemində əsasən şagirdin bir şəxsiyyət kimi fəaliyyətə cəlb olunması, onun maraq və tələbatlarının əsas götürülməsi, yaradıcı rolu xüsusi olaraq nəzərə alınır.

Müasir dərsdə fikrin hökmranlığı hiss olunmalıdır. Dərsdə hər kəsə düşünmək, etirazını bildirmək, fikrini əsaslandırmaq, həyəcanını ucadan ifadə etmək imkanı verilməli və müstəqillik, yaradıcılıq üçün əlverişli şərait yaradılmalıdır. Müasir dərs dedikdə, ənənəvi dərsdən imtina etmək nəzərdə tutulmur. İnteraktiv metodlara əsaslanan müasir dərs ənənəvi dərsin rasional toxumlarını saxlamaqla, daha rəngarəng, daha çevik, daha maraqlı təşkil olunur və sinifdə fəallığı təmin edir. Müasir dərsdə müəllim yenə də tədris prosesinin aparıcı qüvvəsidir. Müasir dərs təlim prosesinin optimallaşmasını təkidlə irəli sürür. Optimallaşma hər konkret şəraitdə müəllimdən özünü və şagirdləri yükləmədən, yormadan, vaxt itkisinə yol vermədən, minimal vaxt içərisində çox və keyfiyyətli iş görməyi, yaxşı nəticə əldə etməyi tələb edir.

Müasir dərsdə müəllimin məqsədi şagirdləri qavrama, dərketmə, yaddasaxlama və tətbiqetmə kimi mühüm təfəkkür əməliyyatlarının icrasına cəlb etməklə onlara öyrənməyi öyrətməkdir. Buna nail olmaq üçün qarşıya məqsəd qoymaq, onun məzmununu anlayıb yadda saxlamaq, müxtəlif xarakterli çalışmaları müstəqil yerinə yetirmək, müəyyən mənzərəni, hadisəni təxəyyülündə canlandıraraq məzmununu yığcam, yaradıcı nəql etmək öyrədilməlidir.

Bu gün dərsə verilən mühüm tələblərdən biri də şagirdlərə dinləməyi, daha sonra nələrin deyiləcəyini izləməyi öyrətməkdir. İzləmək dedikdə, şagirdlərin başlıca fikri tuta bilməsi nəzərdə tutulur. Müasir dərsdə:

1. Müəllim-şagird, şagird-müəllim əməkdaşlığı üçün şərait yaradılmalıdır.

2. Təlim metodları şagirdlərin yaş və bilik səviyyəsinə görə seçilməlidir.

3. Hər bir şagirdin psixoloji xüsusiyyətləri nəzərə alınmalıdır.

4. Müəllim şagirdi subyekt kimi qəbul etməlidir. Müəllim özü də subyektdir, yəni subyektlə subyekt arasında münasibət olmalıdır.

5. Şagirdlər öz rəylərini, təkliflərini, hətta etirazlarını da sərbəst və azad ifadə etməlidirlər.

6. Şagirdlərə “öyrənməyi öyrətmək” prinsipi aşılanmalıdır.

7. Təlimin öyrədici, tərbiyəedici və inkişafetdirici prinsipləri müəllimin əsas məqsədi olmalıdır.

Bəs müasir insan daha hansı xüsusiyyətlərə malik olmalıdır?

1. Düşünməyi bacarmalıdır.

2. Müstəqil qərar qəbul etməyi bacarmalıdır.

4. Fiziki cəhətdən sağlam olmalıdır.

3. Hisslərini idarə etməyi bacarmalıdır.

Mü asir dərsə verilən tələblər aşağıdakı sxemdə öz əksini tapmışdır.



Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin