Mühazirə 1: Ana dilinin tədrisi metodikasının ümumi məsələləri


Ana dili dərslərində inteqrasiya imkanları



Yüklə 1,54 Mb.
səhifə14/68
tarix01.01.2022
ölçüsü1,54 Mb.
#104223
növüMühazirə
1   ...   10   11   12   13   14   15   16   17   ...   68



    1. Ana dili dərslərində inteqrasiya imkanları.


XXI əsrin məktəbi keçən əsrdə təhsil sahəsindəki uğurları saxlamaqla onun metodlarında təkmilləşmə aparılmasını tələb edir. Artıq bir neçə ildir ki, “inteqrasiya” terminini işlədirik. Məsələ burasındadır ki, elm yarandığı vaxtdan inteqrativ xarakter daşımışdır. Arximed, Aristotel və qədim dünyanın başqa filosofları bir neçə elm sahəsini mükəmməl bilmələri ilə inteqrativ təfəkkürə malik olduqlarını sübut etmişlər.

İnteqrasiya nədir?

İnteqrasiya fənlərin tədrisində istifadə edilməsi zəruri olan ən mühüm prinsipdir. İnteqrasiya latınca “interyer” sözündən olub, mənası “bütöv”, “tam” deməkdir, yəni hər hansı hissələrin tamda birləşməsi deməkdir. Hissələrin tamda birləşməsi dedikdə, onların sadəcə yan-yana qoyulması, ardıcıl şərh olunması deyil, informasiyaların bir ideya ətrafında üzvi şəkildə birləşib vəhdət təşkil etməsi, qaynaq edilməsidir. Tədris prosesində inteqrasiya fənlərarası qarşılıqlı əlaqənin ən yüksək, uğurlu və elmi formasıdır. Müəllimdə inteqrasiya haqqında dərin elmi bilik və metodik vərdiş olarsa, o, pərakəndə şəkildə verilmiş materiallar əsasında da inteqrasiya yarada bilər. Əgər təlim prosesində biz yalnız proqram materialını şərh etməklə, evə tapşırıq verməklə, mövzunu jurnala yazmaqla hər şeyi bitmiş hesab ediriksə, bu zaman materialın məzmunu ilə bağlı tərbiyə məsələsi, şagirdin ümumi inkişafı nəzərdən qaçırılır. Beləliklə, proqram yerinə yetirilir, lakin şəxsiyyət yetişmir. Yaxşı rəssam, idmançı, musiqişünas, alim olmaq asandır, insan olmaq isə çətin. Müasir məktəbin qarşısına qoyulan tələb əsl insan tərbiyə etməkdir.

İnteqrasiya şagirdlərin gözü qarşısında dünyanın tamlığı mənzərəsini canlandırır və onların məntiqi, yaradıcı, tənqidi təfəkkürünü formalaşdırır. Bundan başqa, ibtidai siniflərdə keçirilən bayramlar, kütləvi tədbirlər siniflər arasındakı yaxınlaşmanı təmin edir, kollektivin formalaşması ilə nəticələnir. İbtidai təlimdə heç bir fənni bir-birindən təcrid edilmiş şəkildə tədris etmək mümkün deyil. Bütün fənlərin bir müəllim tərəfindən tədris edilməsi inteqrasiya yaratmağa imkan verir. Bu baxımdan ana dili fənninin imkanları daha genişdir. Ana dili fənni öz etibarilə inteqrativ kursdur. Tarixən “Ana dili” (Oxu) dərsliklərində vətənimizin florası və faunası, coğrafiyası, tarixi, həmçinin fizika, kimya, anatomiya, fiziologiya, gigiyena, astranomiya haqqında sadə biliklər verib. İbtidai təlimdə heç bir fənni bir-birindən təcrid edilmiş şəkildə tədris etmək mümkün deyil. ”Oxu” və “Azərbaycan dili” dərsliklərində bir-birinə yaxın inteqrativ mövzular çoxdur.

Məlumdur ki, ana dili nitq inkişafına xidmət edir. Azərbaycan dilində də nitq inkişafına üstünlük verildiyinə görə bu iki fənn arasında inteqrasiyaya əlverişli şərait yaranır. Dil dərslərində yaradılan inteqrasiyanın hesabına şagirdlərin söz ehtiyatı zənginləşir, onlar fikirlərini rabitəli şəkildə ifadə edə bilirlər.

I sinifdə şagirdlər təbiətin bizim üçün tükənməz xəzinə, həyat olduğunu öyrənirlər. Onlar dialoqa hazırlaşmaq üçün şəklə baxırlar. Canlı təbiətə aid cisim və hadisələrin adları soruşulur. Uşaqlar öyrənirlər ki, canlılar doğulur, nəfəs alır, qidalanır, böyüyür, qocalır, məhv olurlar. Sonra canlıların cansız təbiətdən necə istifadə etmələrindən söz açılır. Suyun Yerin əsas var-dövləti olması ətrafında söhbət gedir. “Qar və buz” əşya dərsini təşkil edərkən yazı taxtasında “Qar və buz” başlığı altında şəkil asılır və aşağıdakı şəkildə sorğu aparılır:



- Qar ilə buzun fərqi nədir?

- Qarın rəngi necədir? Bəs buzun?

- Qar necə əmələ gəlir? Bəs buz?

- Qar ağırdır, yoxsa buz? Nə üçün?

- Qarın və buzun çox olduğu ölkələr haqqında nə bilirsiniz? və s.

Beləliklə, bu prosesdə ciddi inteqrativ iş aparmaq imkanı yaranır.



Tarixi mövzular tarixi faktların açılmasına, onlara münasibət bildirməsinə, tarix fənninə inteqrasiyaya vasitə kimi verilmişdir. Bu baxımdan “Dədə Qorqud”, “Şah İsmayıl Xətai”, “Fətəli xan”, “Cavad xan”, “Qaçaq Nəbi” kimi mövzuları misal göstərmək olar. Hər hansı bir fənnə inteqrasiya o fəndən öyrənilən biliklərin möhkəmləndirilməsinə xidmət edəndə daha yaddaqalan və unudulmaz olur.

III sinifdə N.Həsənzadənin “Cəngi” şeri tədris edilərkən tarixi soykökümüzə qayıtmağımız, xalq qəhrəmanlarımızın nümunəsindən istifadə etmək, müasir dövrlə əlaqələndirmək, vətənpərvərlik tərbiyəsi və s. şerin ideyasından irəli gəlir. “Cəngi” musiqisini səsləndirərək şagirdlərə bu cür sual verməklə dərsin təsir qüvvəsini bir qədər də artırmaq olar:



- Bu hansı musiqidir?

- Bu musiqi sizdə hansı əhval-ruhiyyə yaradır?

- İndi bu musiqinin çalınmasına ehtiyac varmı?

Bu mövzu riyaziyyatla da inteqrasiya yaratmağa imkan verir. Belə ki, şerin misrasının, bəndinin, hecasının üzərində iş apararkən sinfə belə bir sualla müraciət edilir:

- Şerin bu bəndindəki hecaları sayın. Şeir neçə hecalı olur?

Bu məsələni həll etmək üçün şagirdlər cəmin ədədə bölünməsi qaydasını yada salırlar.

Cəmi ədədə bölmək üçün toplananların hər birini ayrılıqda ədədə bölüb

cəmi tapmaq lazımdır. 44:4=(40+4):4=40:4+4:4=11 Cavab: şeir 11 hecalıdır.

Deməli, burada həm şerin vəzni tapıldı, həm də riyaziyyatdan keçilmiş “Cəmin ədədə bölünməsi” mövzusu bir daha möhkəmləndirildi.

“Azərbaycan dilində”dən (I-IV siniflər) “Yurdumuzun baharı” mövzusunda bir neçə dərs keçilir.

Şagirdlər ilk bahar, onun əlamətləri haqqında elmi-kütləvi mətn, bir neçə gözəl şeir oxuyur, baharda tez çiçəkləyən ağaclar, ilk dəfə yarpaq açan ağaclar, bahar çiçəkləri, bulaqların, çeşmələrin qaynaması, bizim yerlərə gələn köçəri quşlar və s. haqqında məlumat alırlar. Şagirdlər bahar çiçəklərinin, quşların, təbiətin gözəl bir guşəsinin şəklini çəkir, bahara aid mahnı dinləyirlər.

Mövzu ilə bağlı sözlər toplayıb lüğət hazırlayır, onların hansı nitq hissəsi olması, hansı suallara cavab verməsi üzərində iş gedir. Belə iş zamanı şagirdlər ümumiləşmiş məntiqi nəticəyə gəlir, onların rabitəli nitqi formalaşır.



Deməli, mövzunun tədrisi zamanı ətraf aləm, Azərbaycan dili, təsviri incəsənət və musiqi fənləri ilə inteqrasiya yaranır.

Hər hansı fənni tədris edərkən mövzudan asılı olmayaraq vətənpərvərlik, əxlaq tərbiyəsinə aid iş aparılmalı, yəni Vətənə, əxlaqi təmizliyə aid fikirlər söylənməlidir, çünki vətənpərvərlik, əxlaq tərbiyəsi bütün tərbiyə işinin mərkəzindən qırmızı xətt kimi keçir.

İnteqrasiya təhsil islahatının əsas prinsiplərindən biri olduğu, biliklərin möhkəmləndirilməsinə əlverişli şərait yaratdığı üçün dərs zamanı onun reallaşmasına həmişə diqqət yetirmək lazımdır. Qəhrəmanlıq və vətənpərvərlik mövzularını keçərkən hərbi mahnı və marşlardan istifadə etmək, uşaqlara qəhrəmanı necə təsəvvür etdiklərini çəkməyi tapşırmaq olar.

Bütün fənlərin tədrisində şagirdlərin ana dilində düzgün, aydın danışmalarına diqqət yetirilməli, onların ana dilinin qədrini bilmələri, nitqlərinin təmiz, səlis olması ön plana çəkilməlidir.



Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin