4.4 Motivasiya, növləri və yaradılması.
Motivasiya - hər hansı bir fəaliyyətin mexanizmini işə salan sövqedici qüvvədir.
Fəal dərsdə motivasiya dərsin vacib komponentidir-təfəkkür prosesini hərəkətə gətirən və şagirdlərin idrak fəallığına təkan verən prosesdir. Motivasiya fəal təlimin birinci etapıdır. Motivasiya şagirdlərdə mövzuya maraq oyadır, onları mövzu ətrafında fikirləşməyə təhrik edir. Motivasiya qismində ortaya gətirilimiş problemin həlli tələbatı çıxış edir.
Motivasiyanın yaradılması yolları:
Təklif edilən təsnifat müxtəlif ola bilər, lakin təlimçi iştirakçıları aşağıdakı təsnifatın çıxarılmasına yönəltməlidir.
Motivasiyanın yaradılmasının bütün mümkün yollarını 3 əsas qrupa bölmək olar:
Rəmzi (simvolik) materialın şərhi. Bu, rəsm, fotoşəkil, simvol, təranə (melodiya), ədəbi əsərdən parça, əşya, rəvayət, tapmaca, qrafik, sxem və s. ola bilər. Müəllim bu materialı təqdim edərkən, şagirdlərə aşağıdakı suallara cavab verməyi təklif edir: “Bu, nəyi bildirir? ”, “Bunun bizim öyrəndiyimiz mövzuya nə kimi aidiyyəti var?”
2. Sual verməyə həvəsləndirmə. Təfəkkür prosesini aktuallaşdıran sualların üç növü mövcuddur:
-- Öyrənilən mövzu üzrə naməlum olan məsələləri müəyyənləşdirən suallar:
-.....haqqında biz nəyi bilirik və nəyi bilmirik? -.......haqqında daha nələri bilmək istərdik?
Sual vermə zamanı müəllim fasilitasiyanın köməyi ilə şagirdlərin təfəkkürünü lazımi məcraya yönəldir. Suallar verilib qurtardıqdan sonra onların arasından mövcud tədqiqata uyğun olanları seçilir. Müəllimə yalnız bu qalır ki, tədqiqat sualını dəqiqləşdirmək üçün şagirdləri bu sualı daha dürüst ifadə etməyə yönəltsin.
--- Açıq suallar, yəni iki və daha çox cavab variantı olan suallardan istifadə olunur.
--- Öyrənilən mövzuya aid suallar açar sözlərin köməyi ilə verilir (açar sözlər: xassələr, xüsusiyyətlər, funksiya, növlər, tiplər, rol, əhəmiyyət, səbəb, nəticə, əlaqə, qarşılıqlı əlaqə, qüsur və üstünlük, struktur, qayda və s.)
3. Problemin müxtəlif yollarla həll edilməsi. Мəsələn, müxtəlif yollarla təsnif edilməsi, məsələnin müxtəlif üsullarla uğurlu həlli, yaxud həlli imkanı, hansısa hadisənin bir neçə bərabərdəyərli səbəbinin olması.
Motivasiyaya aid nümunələr:
Sözlü motivasiya - Məsələn, “Aslanın erkəyi, dişisi olmaz” atalar sözünə aid Salatın, Gültəkin və s. Azərbaycanın igid, qorxmaz qızlarının ermənilərə qarşı mübarizələrini yada salmaq.
Videofilmlərlə verilən motivasiya - Xocalı faciəsi, 20 Yanvar kimi tarixi hadisələrə aid filmdən müəyyən epizodlar göstərib, sonra müzakirəyə başlamaq.
Şəkilli motivasiya - Məsələn, Çingiz Mustafayevin şəklini göstərib soruşa bilərik:
- Bu nədir?
- Şəkildir, portretdir.
- Şəkildə kim təsvir olunub?
- Azərbaycanın Milli Qəhrəmanı Ç. Mustafayev.
- Siz bilirsinizmi o, kimdir və ona nə üçün bu fəxri ad verilib? və s.
4) Səsli-musiqili motivasiya - Məsələn, Soltan Hacıbəyovun “Karvan” suitasını, musiqisini dinləyə bilərik. Dinləyə-dinləyə şagirdlərin göz önündə, təsəvvürlərində hansı mənzərənin canlandırıldığı haqda müzakirəyə başlamaq olar. (Səhra, dəvə karvanı, dəvələrin boynundan asılmış zınqırovların səsi və s.) Yaxud da, təbiətin qoynuna ekskursiya edərək meşədə quşların, ağacların, küləyin səsinin necə eşidildiyi və s. haqqında fikirlər yazıb müzakirə etmək olar.
5) Sxemli-motivasiya – və s. işarələrdən, müxtəlif sxemlərdən
Dostları ilə paylaş: |