Mühazirə Fənn: Azərbaycan tarixi Müəllim Sərvərov Bəxtiyar



Yüklə 413 Kb.
səhifə46/56
tarix10.01.2022
ölçüsü413 Kb.
#108111
növüMühazirə
1   ...   42   43   44   45   46   47   48   49   ...   56
3. Xarici siyasət
Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll edilməsi Azər-baycan dövlət müstəqilliyinin və suverenliyinin möhkəmlən-dirilməsi, ölkənin dünya birliyində layiqli yer tutması Prezident H.Əliyevin həyata keçirdiyi ardı cıl və məqsədyonlü xarici siyasətin ana xəttini təşkil edirdi. Tə kcə 1993-1998-ci illərdə bu məqs ədlə Prezident 33 ölkəyə 79 səfə r etmiş, xarici ölkələrlə Azərbaycan ara-sında 431 beynəlxalq sənəd imzalanmışdı.
Türkiyə ilə hərt ərəfli əməkdaşlıq suveren Azərbaycanın xarici siyasətində əsas yer tutmuşdur. H.Əliyevin İran İslam respub-likasına, Səudiyyə Ərəbistanına, Misirə, Pakistana, Çin Xalq Res-publikasına, Yaponiyaya rəsmi və işgüzar səfərləri, Asiya və Sakit okean regionunun digər dövlətləri, eləcə də, Afrika və Latın Ame-rikası ölkələri ilə əməkdaşlıq, çox böyük əhəmiyyət kəsb etmişdi. 1994-cü ilin mayında Azərbaycan Respublikasının NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulmuşdu.

Respublika Prezidenti 1994-cü ilin sentyabrında BMT-nin 49-cu və 2000-ci ilədək yubiley sessiyalarının tribunasından Azərbay-


can həqiqə tlərini bütün dünyaya çatdırmışdı. Azərbaycanın xarici siyas ətində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkidatı n-dakı (ATƏT) fə aliyyəti mühüm rol oynayır. O, hələ 1992-ci il iyunun 10-da bu təşkilata daxil olmuşdu. Prezident H.Əliyevin səyi nəticəsində 1994-cü il mayın 12-də ATƏT-in Minsk qrupu və Rusiyanın vasitəçiliyi ilə Ermə nistanla Azərbaycan arasında at əşkəs saziş i imzalanmı şdı. 1994- cü ilin dekabrında Macarıstanı n pay-taxtı Budapeştdə keçirilən sammitdə Prezident H.Əliyevin təşəb-büsü ilə ATƏT-in Minsk qrupu yaradılmı şdı. ATƏT-in 1996-cı ilin dekabrında keçirilən Lissabon sammitin nəticələri Azərbaycan diplomatiyası nın mühüm nailiyyə ti olmuşdu. Sammitdə Azərbaycan Prezidentinin qətiyyə tli mövqeyi sayəsində ATƏT-in üzvü olan 54 ölkənin 53-ü Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul edilmiş Bəyanatda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişdir (58, s. 368, 377; 32, s. 46-70). 1997-ci ildə iqtisadi art ımı sürətləndirmək məqsədilə Gürcüstan, Ukrayna, Azə rbaycan və Moldova GUAM adlı t əşkilat yaratdılar. 1999-cu ilin noyabrında İstanbulda nöbəti zirvə görüşündə 1990-cı ildə Parisdə imzalanmış xartiyadan sonra dünyada baş vermiş döyük dəyişiklikləri əks edən yeni xartiya imzalandı. Azərbaycan bir daha dünyada sülhün, təhlükəsizliyin tərəfdarı olduğunu sübut etdi. Sammitdə Bakı-Ceyhan əsas ixrac neft kəməri haqqında sazişin imzalanması Azərbaycanın gələcəyi üçün sox böyük əhəmiyətə malikdir.


Yüklə 413 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin