Mühasibat uçotu A.H.Əliyeva
25
və onun qalığının məbləği əsas (nizamlaşdırılan) hesabın
qalığının məbləğindən çıxılmalıdır.
Kontrar hesablar aktiv və passiv hesabların göstərici-
lərini nizamlaşdırmaq üçün istifadə edilir. Buna müvafiq
olaraq belə hesablar kontraktiv və kontrpassiv hesablara
bölünür.
Kontraktiv hesablar aktiv hesabların göstəricilərinin
nizamlaşdırılması üçün istifadə edilir. Belə hesablara
“Əsas vəsaitlərin köhnəlməsi”, “Qeyri-maddi aktivlərin
köhnəlməsi”, “Azqiymətli və tezköhnələn əşyaların köh-
nəlməsi” hesabları aiddir. Məsələn, “Əsas vəsaitlərin köh-
nəlməsi” hesabı, aktiv “Əsas vəsaitlər” hesabında uçota
alınan vəsaitlərin qiymətini nizamlayır. Daha doğrusu,
“Əsas vəsaitlər” hesabının debet qalığının məbləğindən
“Əsas vəsaitlərin köhnəlməsi” hesabının kredit məbləğini
çıxmaqla əsas vəsaitin qiyməti nizamlaşdırılır və onun qa-
lıq dəyəri müəyyən edilir.
“Əsas vəsaitlərin köhnəlməsi” hesabı özünün xara-
kterinə görə sərbəst əhəmiyyətə də malikdir. Bu hesab
müəssisələrə (təşkilatlara) məxsus və onlar tərəfindən
icarə edilmiş əsas vəsaitlərin köhnəlməsi haqda informasi-
yaların ümumiləşdirilməsi üçün də nəzərdə tutulmuşdur.
Əsas vəsaitlərin köhnəlməsi qüvvədə olan qanunverici-
liklə nəzərdə tutulmuş amortizasiya normalarına müvafiq
olaraq hər ay hesablanır. “Əsas vəsaitlərin köhnəlməsi”
hesabında toplanmış informasiya, müəssisənin əsas vəsa-
itinin köhnəlmiş hissəsinin müəyyən edilməsinə şərait ya-
radır.
Kontrpassiv hesablar əsas passiv hesabların göstəri-
cilərini dəqiqləşdirmək, nizamlamaq üçün istifadə edilir
Mühasibat uçotu A.H.Əliyeva
26
və balansın aktivində yerləşir. Kontrpassiv nizamlayıcı
hesaba misal olaraq “Mənfəətin istifadəsi” hesabını gös-
tərmək olar.
“Mənfəətin istifadəsi” hesabında avans olaraq mən-
fəətdən verginin büdcəyə ödənilməsi, mənfəətdən xüsusi
təyinatlı fondlara avans aylrmaları uçota alınır. Bu hesab
üzrə əks etdirilən məbləğlər mənfəətin həqiqətən dövriy-
yədən götürülən (yayındırılan) hissəsini göstərir. Beləlik-
lə, “Mənfəətin istifadəsi” hesabı aktiv hesab olmaqla ba-
lansın passivində əks etdirilmiş mənfəətin məbləğini ni-
zamlayır.
Təsərrüfat proseslərini əks etdirmək və onun həyata
keçirilməsinə nəzarət etmək üçün nəzərdə tutulmuş
hesablara əməliyyat hesabları deyilir. Təsərrüfat prosesləri
müxtəlif ayrı-ayrı əməliyyatlardan əmələ gəlir. Ona görə
də həmin əməliyyatları özündə əks etdirən hesablar əmə-
liyyat hesabı adını daşıyır. Əməliyyat hesabları öz növ-
bəsində bir neçə qrupa bölünür. Onlar aşağıdakılardan iba-
rətdir:
Bölüşdürücü hesablar
Kalkulyasiyaedici hesablar
Müqayisəedici hesablar.
Bölüşdürücü hesablar öz növbəsində iki qrupa:
Toplayıb-bölüşdürücü, büdcə bölüşdürücü hesablara
bölünür. Toplayıb-bölüşdürücü hesablar hər hansı təsərrü-
fat prosesinin həyata keçirilməsi ilə əlaqədar olan və gələ-
cəkdə bir neçə obyekt arasında bölüşdürüləsi xərclərin
uçotunu aparmaq üçün istifadə edilir. Toplayıb bölüş-
dürücü hesablara misal olaraq “Ümumistehsalat xərcləri”,
“Ümumtəsərrüfat xərcləri” hesabını göstərmək olar.
|