Mühasibat uçotu A.H.Əliyeva 27 Büdcə bölüşdürücü hesablardan iki qarışıq büdcə
dövrü arasında əldə edilən gəlirləri və çəkilən xərcləri bir-
birindən ayırmaq üçün istifadə edilir. Həmin hesabların
köməyilə müəssisənin gəlirləri və xərcləri, onların əldə
edilməsi və ya xərclənməsi dövründən asılı olmayaraq, aid
olduqları dövrün təsərrüfat fəaliyyətinin göstəricilərinə
daxil edilir. Büdcə bölüşdürücü hesablara “Gələcək döv-
rün xərcləri” və “Qarşıdakı xərclər və ödəmələr üçün ehti-
yatlar” hesablarını aid etmək olar.
Kalkulyasiyaedici hesablar məhsul istehsalı ilə
əlaqədar olan məsrəflərin ümumi məbləğini hesablamaq
və məhsulun həqiqi maya dəyərini təyin etmək üçün
istifadə edilir. Maya dəyərini müəyyən etmək üçün isti-
fadə olunan hesablamalar kalkulyasiya adlandırıldığına
görə, ona lazım olan məlumatları əks etdirən hesablar kal-
kulyasiyaedici hesablar adlanır. Kalkulyasiyaedici hesab-
lara “Əsas istehsalat”, “Köməkçi istehsalat” hesabları aid
ola bilər.
Müqayisəedici hesablar təsərrüfat proseslərindən
alınan nəticəni aşkar etmək üçün istifadə edilir. Buna uçot
obyektinin iki qiymətinin müqayisə edilməsi yolu ilə nail
olunur. Bunun üçün hesabın debetində obyektin həqiqi
maya dəyəri, kreditində isə satış qiyməti əks etdirilir.
Satılmış məhsulun iki qiymətinin müqaisə edilməsi yolu
ilə təsərrüfat prosesinin nəticəsi müəyyən edilir ki, bu
müqayisənin aparılmasına imkan yaradan hesablar müqa-
yisəedici hesablar adını daşıyır.
Təsərrüfat fəaliyyətinin nəticələri haqqında müqa-
yisəedici hesablarda aşkar edilən məlumatlar müvafiq
proqnoz göstəriciləri ilə müqayisə edilir və proqnozdan