31
ləri tam xarakterizə etmək üçün yalnız əsas vəsait və
qeyri-maddi aktivlər hesabı kifayət deyil, bu hesablarla
yanaşı, əsas vəsaitin və qeyri-maddi aktivlərin köhnəlməsi
hesablarından da istifadə edilir.
Uzunmüddətli maliyyə qoyuluşları hesabı.
Bu hesabda – paylar və səhmlər, istiqrazlar və verilmiş
borclar uçota alınır.
Azqiymətli və tezköhnələn əşyaları uçota alan
hesablar.
Azqiymətli və tezköhnələn əşyalar iki: azqiymətli və
tezköhnələn əşyalar və azqiymətli tez köhnələn əşyaların
köhnəlməsi hesablarında uçota alınır.
İstehsal ehtiyatlarını uçota alan hesablar:
Bu hesablarda əmək əşyaları uçota alınır. Əmək əşyalarına
xammal, material, yanacaq, ehtiyat hissələri və i.a. aiddir.
Hazır məhsulları, malları və i.a. uçota alan
hesablar.
Debitorlarla hesablaşmaları uçota alan hesablar.
Belə hesablara malalanlarla hesablaşmalar, təhtəl-
hesab şəxslərlə hesablaşmalar və i.a. hesablar aiddir.
Pul vəsaitlərini uçota alan hesablar.
Bu hesablarda müəssisənin kassasında və bankda olan
hesablaşma hesabındakı, valyuta hesabındakı pul vəsaitləri
əks etdirilir. Belə hesablara kassa, bankdakı hesablaşma
hesabı, valyuta hesabı və bankda olan sair hesablar aiddir.
Yayındırılmış vəsaitləri uçota alan hesablar.
Belə hesablarda müəssisənin əsas fəaliyyətinin döv-
riyyəsindən yayındırılmış yaxud tamamilə götürülmüş
vəsaitlər əks etdirilir. Onlara “Mənfəətin istifadəsi” hesabı
aiddir.
Mühasibat uçotu A.H.Əliyeva
32
Vəsaitin əmələgəlmə mənbələri hesabları aşağıdakı
qruplara bölünür:
Xüsusi vəsait mənbələrini uçota alan hesablar. Bu
qrup hesablarda müəssisənin əsas fəaliyyəti üçün
təyin edilmiş xüsusi vəsaitin əmələgəlmə mənbələri
əks etdirilir. Belə hesablara nizamnamə kapitalı,
əlavə kapital, ehtiyat kapitalı, xüsusi təyinatlı fond-
lar, bölüşdürülməmiş mənfəət, və s. aiddir.
Xüsusi təyinat mənbəli hesablar. Bu hesablarda
xüsusi məqsəd üçün təyin edilmiş vəsait mən-
bələri uçota alınır. Bəzi hallarda həmin vəsait
mənbələri müəssisənin əsas fəaliyyəti üçün də
istifadə edilə bələr. Belə hesablara əsas vəsaitin
köhnəlməsi, məqsədli maliyyələşmələr və daxil
olmalar hesabları aid ola bilər.
Bank kreditləri hesabları. Həmin hesablarda bankın
qısa və uzun müddətli ssudaları uçota alınır.
Kreditorlarla hesablaşmaları uçota alan hesablar.
Burada müəssisənin başqa müəssisələrə, idarələrə
və ayrı-ayrı şəxslərə olan kreditor borcları əks
etdirilir. Bu qrup hesablara malsatan və podrat-
çılarla hesablaşmalar, sosial sığorta və təminat üzrə
hesablaşmalar, əməyin ödənişi üzrə hesablaşmalar,
uzun və qısamüddətli borclar, təsisçilərlə hesahlaş-
malar, gələcək dövr gəlirləri, qarşıdakı xərclər və
ödəmələr üçün ehtiyatlar, şübhəli borclar üzrə
ehtiyatlar aiddir.
|