Mühasibat uçotu A.H.Əliyeva 30 yetirilməsini və konkret mühasibat müşahidəsi obyektinə
aid edilən göstəricilərin qeydiyyata alınmasını həyata
keçirən hesablar planının müəyyən edilməsini nəzərdə
tutur. Mühasibat uçotunda əks etdirilən informasiyaların
iqtisadi məzmunu hesabın hansı məqsəd, yəni hansı ob-
yektdə müşahidə aparmaq üçün nəzərdə tutulmasını xarak-
terizə edir. Bununla əlaqədar olaraq seçilmiş mühasibat
uçotu hesablarının adı da müşahidə obyektinə müvafiq
olmalıdır. Bütün hesabların iqtisadi məzmununun nomen-
klaturası iqtisadi subyektlərdə hesabatın tərtibi, fəaliyyətin
maliyyə təhlili və qiymətləndirilməsi eləcə də idarəetmə
qərarı qəbul etmək üçün zəruri göstəricilərin tam toplan-
masının formalaşmasını təmin etməlidir.
Mühasibat uçotu hesablarının iqtisadi məzmununa
görə təsnifatı müxtəlif ölkələrdə bir-birindən fərqli şəkildə
xarakterizə olunur. Hər bir hesabın iqtisadi məzmunu uço-
tun konkret obyekti ilə təyin olunur. Mühasibat uçotunun
obyektləri onların geniş təkrar istehsal prosesindəki rolun-
dan asılı olaraq təsnifləşdirilir.
Mühasibat uçotu hesabları iqtisadi məzmununa görə aşağıdakı qruplara bölünür:
Müəssisənin təsərrüfat vəsaitini uçota alan hesab;
Vəsaitin əmələgəlmə mənbələrini uçota alan hesab;
Təsərrüfat proseslərini uçota alan hesablar.
Təsərrüfat vəsaitlərini uçota alan hesablar da öz növbəsində bir neçə yerə bölünür. Onlar aşağıdakılardır:
Əsas vəsaitləri, qeyri-maddi aktivləri, kapital qoyu-
luşlarını uçota alan hesablar.
Bu hesablarda əsas vəsait və qeyri-maddi aktivlər ilk
dəyərlə əks etdirilir. Əsas vəsaitləri və qeyri-maddi aktiv-