28
kənarlaşmalar aşkara çıxarılır. Müqayisəedici hesablara
misal olaraq “Məhsul satışı”, “Əsas vəsaitin satışı və cair
xaric olmaları”, “Sair aktivlərin satışı” hesablarını göstər-
mək olar.
Təsərrüfat fəaliyyətinin maliyyə nəticəsini əks etdir-
mək və ona nəzarət etmək üçün istifadə olunan hesablara
maliyyə nəticəli hesablar deyilir. Maliyyə nəticəli hesaba
“Mənfəət və zərər” hesabı aid ola bilər. “Mənfəət və zə-
rər” hesabının debetində zərər, kreditində isə mənfəət əks
etdirilir.
“Mənfəət və zərər” hesabının debet və kredit yazılış-
larının ümumi yekununu müqayisə etməklə hesabat ili
ərzindəki, təsərrüfat fəaliyyətinin xalis maliyyə nəticəsi
müəyyən edilir. Həmin hesabın debet qalığı zərəri, kredit
qalığı isə mənfəəti göstərir.
Balans hesabları ilə yanaşı elə hesablar da tətbiq edi-
lir ki, onlar üzrə qalıq balansa daxil edilmir. Ona görə də
belə hesablar onların balansa münasibətinə görə balans-
arxası hesablar adını daşıyır. Balansarxası hesablarda mü-
əssisədə müvəqqəti mövcud olan və ona aid olmayan qiy-
mətlilər, daha doğrusu, icarə edilmiş əsas vəsaitlər, maddi
mühafizəyə qəbul olunmuş mal-material qiymətliləri,
emala qəbul edilmiş materiallar, ciddi hesabat sənədləri,
ödəmə qabiliyyəti olmayan debitorların borclarının zərər-
lərə silinən məbləği və s. əks etdirilir. Balansarxası hesab-
ların, balans hesablarından əsas fərqi ondan ibarətdir ki,
burada yazılış birtərəfli qaydada, yəni ya hesabın debeti,
yaxud krediti üzrə aparılır.
Mühasibat uçotu A.H.Əliyeva
29
3.3. Mühasibat uçotu hesablarının iqtisadi
məzmununa görə təsnifatı
Mühasibat uçotu hesablarının təsnifatı
-
iqtisadi
məzmununa görə əmlakın, öhdəliyin və təsərrüfat əməliy-
yatlarının oxşar nişanələr üzrə əks etdirilən qruplaşması-
dır.
Mühasibat hesablarının təsnifatı zəruri və mühasibat
obyektlərinin müşahidəsinin qeydə alınmasını, bu obyek-
tlərin konkret hesablar üzrə bölüşdürülməsini, yaradılmış
sistemin müəyyən siniflərə bölünməsini və tələb olunan
nəticələrin əldə olunmasını təmin etmək üçün minimum
hesabların təyin edilməsinə yönəldilir.
Hesabların hər hansı təsnifatı ən azı aşağıdakı üç
məqsədə xidmət etməlidir:
bu və ya digər hesabın təbiətini göstərmək (hər bir
hesab ancaq digər hesablarla müqaisədə anlaşıla
bilər);
hər bir hesabdan istifadə etməyi bacarmaq (yəni
mühasibat yazılışı tərtib edərkən hesabı düzgün
seçmək);
hesablar planının tərtibi zamanı zəruri istiqamət
götürmək.
Təsərrüfat və maliyyə fəaliyyətini əks etdirmək üçün
hesabların iqtisadi məzmununa görə təsnifatı iqtisadi sub-
yektlərin istehsalatda zəruri və lazımi qədər mühasibat
uçotu hesablarının nomenklaturasının təyin edilməsinə
yönəldilməlidir.
Bu cür nomenklaturanın quruluşu təsərrüfat siste-
mində baş verən iqtisadi informasiyaların təhlilinin yerinə
|